Çərşənbə axşamı, Fevral 07, 2012 Bakı vaxtı 18:34

Verilişlər / Oxu zalı

Mirzə Cəlil erməni keşişi və müsəlman axundun fərqi haqda

x

Multimedia

Şriftin ölçüsünü dəyiş - +
Cəlil Məmmədquluzadə “Axund ilə keşişin vəzi” (FELYETON)

Irəvan quberniyasında bir kənd var idi: adı Samanlıqdır.

Kəndin camaatı yarıya qədər erməni və yarısı müsəlmandır.

Bir gün at ilə həmin kəndin mülkədarı Rəhimbəyə qonaq gedirdim.

Yay fəsli idi. Uca atın üstündə oturub kəndin alçaq divarlarından həyətlərin hamısını görürdüm.

Həyətin birində bir erməni arvadı toyuq-cücəyə dən səpirdi, bir həyətdə bir müsəlman arvadı arxın kənarında qab yuyurdu.

Həyətin birində bir erməni uşağı ağacın kölgəsində oturub kitab oxuyurdu.

Bir həyətdə on iki-on üç yaşında bir müsəlman uşağı pişiyin quyruğuna ip bağlayıb həyətin o tərəfindən bu tərəfinə qaçırdı və pişik mızıldaya-mızıldaya uşağın dalicə dalı-dalı hərəkət edirdi.

Həyətin birində böyük tut ağacının kölgəsində bir neçə erməni oturub çörək yeyirdilər.

Keşiş ayaq üstə durub sağ əlini yuxarı qovzayıb danışırdı.

İstəyirdim keçib gedəm, həmin keşişdən bir söz eşidib atı saxladım.

Keşiş uca səs ilə üç dəfə dedi: hayreniq, hayreniq, hayreniq (“hayreniq” erməni dilində “vətən” deməkdir).

Çünki mən erməninin dilini başa düşürəm, bir qədər dayandım keşişin sözlərinə qulaq asam.

Bu hində küçənin bir tərəfindən müsəlman danışığı eşitdim.

Atı qabağa sürüb gördüm ki, küçə ayrımında divarın kölgəsində dörd müsəlman oturub.

Bunların biri Axund Molla Qurbanqulu Molla Qurbanquliyev idi.

Bu axundu mən çoxdan tanıyırdım: özü də İran əhlidir.

Molla Qurbanqulunun əlində bir kitab var idi.

Molla kitabı oxuyurdu və kəndlilər diqqəti-tam ilə qulaq asırdılar.

Keşiş uca səslə kəndlilərə bu sözləri deyirdi:

- Erməni millətinin dünyada üç sevgili balası var: “vətən”, “millət” və “dil”.

Və nə qədər ki biz həmin üç sevgili balaların yolunda fəda olmağa qadirik, nə osmanlının hamidiyyə əsgəri və kürdləri, nə Rusiyanın Qalitsinləri və nə zəmanənin qeyri bir təqazası erməni millətinin bəqasına xələl yetirə bilməyəcəklər.

Keşişin bu sözlərindən sonra Qurbanqulunun səsi gəldi.

Molla kitabdan bu sözləri oxuyurdu: “Babi-həftüm (Yeddinci fəsil). Əgər bir şəxs yata, yuxusunda həcəmət* görə, həmin şəxs dünyada heç bir bəlaya və naxoşluğa giriftar olmayacaq”.

Keşişin belə səsi gəlirdi:

“Ey mənim erməni qardaşlarım, dünya xəlq olunandan indiyə kimi erməni tayfası müxtəlif millətlərin cövr və zülmünə düçar olub.

Qarışqalar at nalının altında əzilən kimi qüvvətli və bimürüvvət tayfaların yumruğunun altında pamal olublar: bunilə belə erməni ölüm halında can verə-verə yenə deyib: “vətən, vətən, millət, hayreniq!”

Ey mənim qardaşlarım, nə qədər ki millət, dil və vətən yolunda fəda olmağa biz qadirik, cəmi dünyanın tayfaları müttəfiq olub bizim üstümüzə hücum gətirələr, biz yenə onların qabağında dayanıb dilimizi və vətənimizi mühafizət edə biləcəyik.

Yaşasın vətən yolunda fəda olan erməni milləti!

Yaşasın millət uğrunda şəhid olan qardaşlar! Getse (Yaşasın), getse hayreniq!”

Molla Qurbanqulu kəndlilərə deyirdi:

- Ağacın altında, suyun qırağına bövl etmək* yaxşı deyil, çünki həmzad, əcinnə, şəyatin insana zərər yetirər.

Çaharşənbə, şənbə və tək günü qəbristana və hamama getmək olmaz, çünki bu günlərdə əcinnə və divlər qəbristana və hamama cəm olub qonaqlıq edərlər və həmin günlər bunların bayramıdır.

İnsanı görsələr, zərər yetirərlər. Əgər bir kəsin belə bir qəza başına gəlsə, durmayıb gəlsin mənim yanıma, vaxt ikən ona “həft həsar” duası yazım...

“Molla Nəsrəddin”, 7 iyul, 1906

* ara həkimlərinin xəstədən qan almaq üçün istifadə etdikləri buynuzşəkilli alət
**
sidik ifraz etmək
Bu forum dayandırılıb
Şərhləri sırala
Səhifə (2)
    Növbəti 
Kimdən: Anonymous
01.03.2010 23:42
Joseph Emin ise (ermeni milletinin gelib-getmish en nufuzlu shexslerinden biri) oz biografik kitabinda mehz ermenilerin oz vetenine laqeydliyini ve qorxaqligini pisleyerek, eyni zamanda Turk muselmanlarinin oz vetenleri ve dinleri ugunda her bir bela chekmeye hazir olduqlari barede yazmishdir.

Kimdən: Orxan Haradan: Gence
01.03.2010 20:48
Baxmış bu müsəlmanlara qəm pəncərəsindən.......

Kimdən: Kamil Haradan: Sumqayit
01.03.2010 20:16
Mize Celil de xain oldu he qardash? Elmar Huseynova da xain deyirdiler. Yaxshi bes ozumuzu teriflesinler he, bu ermenilerin ureyince ola ki ay musluman yat

Kimdən: Kazbek Haradan: Derbent
01.03.2010 18:57
Çox teessüfler olsun ki, Mirze Celilin xeberi olmayıb ki, çar Rusiyası o vaxtlar ermenilere xüsusi ideoloji telim keçirdi! Beli, bizden ferqli olaraq ermeniler nizam-intizamlı, mobil bir millet olmalı idiler! Biz ise, əksine, bütün olub-qalan menevi keyfiyyetlerimizi itirmeliydik ve yaxud başqası ilə əvəz etməliydik. Görünür, rehmetlik Mirze Celilin bundan xeberi olmayıb! Ola da bilmezdi! Çar ona öz milli siyaseti haqqında yeqin ki, izahat vermirdi! Əgər, əksine, Qafqaz Türkiyenin nezareti altında olsaydı onda bu veziyyet de tərsinə olardı.
...Bir defe əlime Mirze Celilin dövründe yaşayan(19-cu əsrin axırları) bir ermeni yazıçısının kiçik bir povesti keçmişdi. Bilirsiz əsərin mənası nədən ibarət idi? Müəllif əsərin qəhrəmanının dili ilə ermənilərə deyir:
- ...Siz niyə bir-birinizi qorumursunuz?! Niyə iki qardaş qardaşla bir-birlərini qırırlar?! ...Türklər sizin davanızı görməməlidirlər!
...Heç şübhəsiz ki, bu əsəri müəllif sifarişlə yazıb! "Yuxarıların" göstərişi ilə! Deməli, hələ o vaxtlardan ermənilərin arasında sosial əlaqələri gücləndirmək üçün tədbirlər görülüb! Çar Rusiyası öz köpəyinin qayğısına qalıb!
Bizə isə belə deyən olmayıb! Daha doğrusu bizi oyrətməyə çalışanların kökünü kəsməyə çalışıblar. Və sosial əlaqələri alt-üst eləməyə çalışıblar! Sözün düzü nisbətən də buna nail olublar.
Rəhmətlik Mirze Cəlil isə bele mövzuda yazmaq evezinə götürüb öz milletini tenqid edib! Pisi pisləməklə düzəltmək olmaz! O bunu bilməyib! Çox teessüfler olsun!
Cavab

Kimdən: Yegane
01.03.2010 20:33
Kishi goerduyunu yazib de. Hem de ki, o vaxt gunah char Rusiyasinda idi, bes bu gun? Rusiya Federasiyasinda? niye bu qeder vaxtda deyishmemishik? chunki gunahi hech vaxt ozumuzde gormuruk. Indi de chal-chaghirda muasir mollalar- ekstrasensler danishir, arada deyishen yalniz televiziyanin movcudlughudur. Aghlimiz deyishmeyib.

Kimdən: ehmed
01.03.2010 15:55
http://www.zerkalo.az/2010-02-27/memories

maragli yazidi,,oxuyun

Kimdən: molla
01.03.2010 15:47
ermenilere hormetim artdi bu yazidan sonra :)

Kimdən: Elchin Haradan: Almaniya
01.03.2010 12:47
"Molla"liq Irandan gelib de bize, onlar ise ne vaxtdan bize dost olub ki?! Turkun turkden bashqa dostu yoxdur.
Cavab

Kimdən: Men
01.03.2010 15:02
Adamlarimiz almaniyada yashasa bele ciliz fikirlerinden bele basha dushmek olar ki, Azerbaycan dunya durdugca bu gunde olacaq.

Kimdən: hüseyn Haradan: bütöv azərbaycandan
01.03.2010 11:34
nə qədər yazdılarsa bu millət düzəlmədiki düzəlmədi.

Kimdən: Anar Haradan: Baki
01.03.2010 11:21
Usdat deyisen hec ne yoxdu. O zaman biz pisikle oynuyurdux indide telefonla oynuyurux. Hele rekordumuzda var Dunyada en cox telefon alan olke. Ölülerde yazirdin "Ya şeyx Nesrullah bu Mirze Celili de dirilt" Yox Usdat dirlme! Dirilib milletin halini gorsen, deyersen menim dovrume shukur.

Kimdən: Qızılüzən Haradan: Bakı
01.03.2010 10:48
Eskişehirli Ali. Salamlar, sayğılar. Mirzə Cəlil Məmmədquluzadəni tanıyıb-tanımadığını bilmirəm. Uzun zaman bir-birimizdən aralı düşmüşük, güman ki, tanımazsınız. O, bizim böyük aydınlarımızdandır. Yazılarında həmişə xurafata, islamı təhrif edən mollalara, insanları istismar edənlərə qarşı mübarizə aparardı. Mən onun əsərlərinin demək olar hamısını oxumuşam, mollaları hər cümləsində tənqid eləsə də, islam haqda nalayiq fikirlərin sahibi olduğunun şahidi olmamışam. İslam haqdakı fikirlərinlə tam şərikəm. Allah amanında.
Səhifə (2)
    Növbəti