Share...
18 Dec 2012 18:17
Kultura.az на русском
Video
Turan
Contact
Arxiv
Səsvermə
Azərbaycan dünyadan nə istəyir?
Ədalət və məhəbbət
Qarabağın qaytarılmasını
Qız qalasına heyranlıq
Azərbaycan həqiqətlərini əxz etməsini
Dolma və Sarı gəlinin bizimki olduğunu bilməsini
Canına azzar istəyir



Nəticələr

Cəmi səslər 340

Səsvermənin arxivi
Banine - Qafqaz günləri (tərcümədə ixtisara salınmış hissə)
Dekabr 18, 2012
Banin – 107

 

 

Bu gün, 18 dekabr 2012 tarixində mühacirətdə yaşamış Azərbaycan əsilli fransız yazıçısı Əsədullayeva Ümbülbanu Mirzə qızının (Banin) doğum günüdür. Banin 1905-ci ilin 18 dekabr tarixində məşhur Bakı milyonçusu Şəmsi Əsədullayevin oğlunun ailəsində doğulmuşdur. Baninin ana babası isə digər tanınmış Bakı milyonçu, Musa Nağıyev olmuşdur. 1920-ci ildən sonra Banin mühacirətə getmiş və Parisdə yaşayıb yaratmişdir.
 
1945-ci ildə Parisdə onun "Qafqaz günləri" (Jours caucasiens) romanı nəşr olunmuşdur. Bu roman müəllifin şəxsi bioqrafiyası üzərində qurulub və XX əsrin əvvəllərinə aid olan Azərbaycan tarixini, o zamanki adət-ənənələri, həyat tərzini və mədəniyyətini ətraflı olaraq özündə əks etdirir. Romanda gənc gəhrəmanın onu əhatə edən insanlara və mühitə münasibəti, müasirlərinin əhval-ruhiyyəsi və onların ətrafda baş verən hadisələrə münasibəti öz əksini tapmışdır. Bundan başqa, Banin “Qafqaz Günləri” romanında erməni-azərbaycan qarşıdurması, Bakıda azərbaycanlılara qarşı törədilmiş qırğınlar, demokratik respublikanın qurulması və onun süqutu, nəhayət qırmızı ordunun Azərbaycanı işğal etdikdən sonra ailəsinin başına qələn faciələr haqda da ətraflı yazır.
 

“Qafqaz Günləri” romanı ilk dəfə 1989-cu ildə Hamlet Qoca tərəfindən fransız dilindən Azərbaycan dilinə tərcümə olunmuş və bir neçə dəfə təkrar nəşr edilmişdir. Sonuncu dəfə bu roman 2006-cı ildə “Qafqaz” nəşr evində çapdan çıxmışdır. Maraqlıdır ki, bütün nəşrlərdə romanda ixtisara salınmış bəzi yerlərə rast gəlirik. Tərcüməçinin və yaxud naşirin nə səbəbə bunu etmələrini aydınlaşdırmaq üçün özümüzə borc bildik ki, həmin yerləri bir daha tərcümə edib siz oxucuların nəzərinizə çatdıraq. Sonda qeyd edim ki, tərcümədə ixtisara salınmış yerlər III fəsldə, kitabın 49-cu səhifəsində olmalıdır. 
 
Gülya Xaki
 
***
 
Banine - Qafqaz günləri (tərcümədə ixtisara salınmış hissə)
 
Hələ çox cavan olan rəqqaslara gəlincə isə onlar qadın kimi yaman nazpərvərdə idilər və rəqs kişiləri tamaha salmaq üçün onların yeganə silahları deyildi. Adətən göyçək, qaşları alınmış və incəbel olan bu rəqqaslar ətrafa ovçuyana və çox vaxt özünü doğruldan baxışlarla göz gəzdirirdilər. Kişilərə aid olanları özlərinə buraxaq. İşvəkar mehribanlığı mənə misilsiz görünən nazəninlərdən birinə həvəslə tamaşa etməyə hazırlaşırdım ki, Əsəd (Əsəd, Şəmsi Əsədullayevin qızı Ağabacının və Xələf Meylamovun oğlu - Baninin bibisi oğlu idi – Ç.V.) ağayana bir tərzdə nifrətlə qulağıma pıçıldadı: 
 
- Buna bax! Kişi deyil ki. Götverənin biridir! (Götverən sözünün  dəqiq tərcüməsini vermək mümkün deyil - müəllif.) (Mətndə bu söz azərbaycanca işlənib. –red.). 
 
Mən böyüyəndə onu....
 
- Hə, doğrudan? 
 
Nə dediyini çox yaxşı başa düşməsəm də, özümü məsələdən başım çıxan kimi göstərdim. 
 
- Bax belə! Təsəvvür et ki, bu gəlinciklər kişilik üçün yaradılmayıblar. Mən isə böyüyüb uşaqbaz olacağam. (Hərfi mənada uşaqbaz fransızca uşaq həvəskarlarına deyilir- müəllif). (Mətndə bu söz azərbaycanca işlənib. –red.). 
 
Bakıda öz həmcinslərindən olan “kişilər” arasında iki növ, passiv və aktiv pederastiya yayılmışdı. Birinci növ adi qarşılanır və bununla bütün kişilər məşğul olurdular, ən azından evlənənə qədər və bu, bir növ ictimai cəhətdən faydalı hesab olunurdu. Bunun əksinə olaraq, aktiv pederastiya ilə yalnız mənfəətcil niyyətləri ucbatından arvadsifət və böyük nifrət bəslənilən oğlanlar məşğul olurdular. Bir kişini təhqir etmək istəyəndə onu “götverən” adlandırırdılar. İşdir əgər ən hörmətcil adamlardan biri uşaqbazlar sırasına məxsus olsaydı, heç kəsin ona söz deməyə cürəti çatmayacaqdı. Dolu bədənli, zahirən cavan olan və yeniyetmə qız uşaqları ilə evlənməkdən suyu üstündə qalmış, canfəşanlıqla xınalanmış-rənglənmiş canısulu bu kişini təqdim etməyi unutmuşam. Fəridə onun dördüncü arvadı olacaqdı. Təbii ki, digər üç arvadı da toya dəvətli idilər, onlar gənc rəqiblərinin böyründə əyləşmişdilər və arada qayğıdolu nəzərlərlə onu süzürdülər; yalnız onlar, övrətlər həmrəyliyindən çıxış edərək buradakı insanlardan fərqli davranaraq, gəlinə azca da olsa diqqət yetirirdilər. Qoca təzə bəyə baxanda toy gecəsinin bütün dəm-dəsgahı ilə bitəcəyinə şübhə yeri qalmırdı, necə olsa, Fəridə hansısa fərsizlə üzbəüz qalmayacaqdı. Onun adaxlısının qıvraq və ümidverən qaməti vardı və ona görə də onun təzə-tər arvadının halına acımaq, məncə, heç kəsin ağlının ucundan belə keçmirdi. Doğrudan da toy gecəsi qənaətbəxş və hər qayda-qanunu ilə keçdi. Fəridə bəylə-gəlinin şərəfinə havaya atəş açan atlıların müşayiəti və nəzarəti altında faytonda ər evinə gətirildi. Sonra diribaş arvadlara təhvil verilən Fəridəni soyundurdular və toy gecəsinə hazırladılar. Bu işə də əncam çəkiləndən sonra oyuna təzə bəy və onun kişilik fərasəti daxil olurdu. Yaşı altmışı keçmiş bu kişi ərlik borcunu yerinə yetirən vaxt qonşu otaqda bir arvad otururdu. Bəs bu ədəbsiz nəyi gözləyirdi? Dəlil və sübutları – gənc qızın bakirəliyinə şahidlik edən və sübutu daşdan keçən qana bulaşmış döşək ağını. Qızın valideynləri həyəcanla bu ağın yolunu gözləyirdilər – nəhayət ki, onlar rahatca nəfəs ala, vicdanları dinclik tapa və Allaha ağızdolusu şükr edə bilərdilər. Bu sübut olmasaydı, aləm bir-birinə dəyərdi; bəy özünü ən əziz malı oğurlanmış biri kimi hesab edə və gəlini atası evinə göndərə bilərdi, bundan artıq üzüqaralıq və rüsvayçılıq ola bilməzdi, lakin Fəridənin pak-pakizə çıxmağı hamının könlüncə oldu. Bəlkə elə fikirləşəcəksiniz ki, mən froylin (almanca subay qız - Ç.V.) Annanın gülməşəkər nümunəvi qızıyamsa, bütün bu hadisələrdən xəbərdar olmaq üçün çox gəncəm və onları başa düşməyə yaşım çatmaz. Heç də yox! Belə olsaydı, əvvəla şərqlilərin yaşından tez böyümə cəhətlərinə nankor çıxmış, digər tərəfdən isə əmim oğlanlarının dərslərini unutmuş olardım. Onlar isə yataq işlərində hər şeyin altını da bilirdilər, üstünü də. Əgər hələ də bu məsələlərdən uzaq durmuşdularsa, bu məlumatsızlıqdan deyil, imkansızlıqdan idi. Bir az dirçələn kimi özlərini yekə kişilərə oxşatmağa başlayırdılar. Bir gün rəfiqəm mənə elə şeylər etiraf etdi ki, mən onların şəhvani oyunlarının təfərrüatlarından da xəbər tutdum. İki düşmən millətin – ermənilərlə türklərin qarışığı olan Tamaranın, ailəsinə gizli bağlılığı olan atası və ərinə xoş gəlsin deyə müsəlmançılığı qəbul etmiş erməni anası vardı. Evin yeganə və valideynlərinin ərköyün qızı olan, alman dayənin xüsusi qayğıyla böyütdüyü Tamara əslində problemlərdən uzaq bir uşaqlıq keçirməli idi, lakin onu bizim yolumuza çıxaran Allah başqa cür qərar vermişdi. Tamaranın atası bizim malikanənin qonşuluğunda özünə bir mülk aldı, dayəsi isə bizim froylin Anna ilə rəfiqəliyə başladı; özü isə bizimlə həmyaşıd olduğundan yaxın yoldaşımıza çevrildi. Tamaranı daimi qonağımıza çevirmək böyük zəhmət tələb etmədi. O, yer üzündəki ən gözəl qızcığaz idi, onun badamı gözləri, dik burnu, parıldayan və möhkəm dodaqlı ağzı və ipək kimi uzun, buruq saçları vardı. Özümüz də hiss etmədən onu incitdiyimiz vaxtlarda o, dərhal gülümsəyir və beləcə, bütün külli-aləmə qarşı mehriban davranırdı. Lətafəti gözəlliyi ilə üst-üstə düşürdü. İki fərqli millətdən belə uğurlu nübarın yaranması türk-erməni yaxınlaşması üçün həvəsləndirici təkan ola bilərdi, amma qətiyyən belə olmadı və möhvumat tüğyan etməkdə davam edirdi. Tamara erməni anasının qiymətini çox baha ödəyirdi. Onun qolundan çimdikləyən Əli (Əli, Şəmsi Əsədullayevin qızı Ağabacının və Xələf Meylamovun oğlu - Baninin bibisi oğlu idi – Ç.V.) deyirdi: 
 
- Tamara, sən murdar, əclaf ermənisən. (Ermənilərə aid edilən murdar sözü aydın olmayan səbəblərə görə böyük təhqir hesab olunurdu – müəllif.) 
 
Ağrıdan Tamaradan bir qışqıraq çıxar, sonra məzlumcasına köks ötürər və məlahətli başını aşağı endirərdi. 
 
- Tamara, dayan hələ, o murdar qarmaqvari erməni burnunu düzəldəcəyəm indi, deyə Əsəd qışqıra-qışqıra özünü yetirər və var gücü ilə Tamaranın qüsursuz burnundan tutub dartardı. 
 
Tamaranın gözlərində yaşlar gilələnər, amma cınqırını da çıxarmazdı. O, layiqli şəkildə hər şeyə cəsarətlə dözərdü. Bayram günlərində ən sevimli oynumuzu – erməni qırğınını oynayırdıq. Rasizmdən cuşa gəlib başımızı itirir və Tamaranı dədə-babalarımızdan qalma ədavətin qurbangahına qurban kimi gətirirdik. Əvvəlcə biz onu əsassız olaraq tatarların qətlində günahlandırır və onu yerindəcə, üstəlik ləzzətindən doymadığımızdan ard-arda bir neçə dəfə güllələyirdik. Onun qanını görüb, gözlərimizin susuzluğunu doyunca yatırır, ardınca isə onu ümumi qayda-qanuna əsasən öldürmək üçün yenidən dirildirdik. Biz onun əl-qolunu bağlayıb yerə uzadırdırq, əvvəlcə bədən üzvlərini – dilini, başını kəsir, onun erməni cəmdəyinə nə qədər nifrət bəslədiyimizi büruzə vermək üçün ürəyini və içalatını çıxarıb itlərə atırdıq. Yırtıcılığımızla qəzəbimizi soyutduqdan və zavallı qızdan ələgələn bir tikə-parça qalmadıqdan sonra taxta silahlarımızı havada yellətməyə, vəhşi heyvanlar kimi ulaşa-ulaşa cəsədin dövrəsində rəqs etməyə başlayırdıq. Həndəvərdə mürəbiyyə və ya böyüklərdən kimsə görünən kimi qorxudan ödü ağzına gəlmiş yarımcan Tamaranı bir göz qırpımında yerdən qaldırır, əlindən tutur və uşaq mahnıları oxuya-oxuya mehribancasına dövrə vurmağa başlayırdıq. Bizdən şikayət etmək Tamaranın fikrindən belə keçmirdi; necə olsa, sonra ona xəbərçi, satqın və bir daha murdar erməni damğası vurulacaqdı və o, bizdən məhrum olacaqdı; onu təhqir etsək, alçaltsaq da, müntəzəm fasilələrlə öldürsək də, o, artıq bizsiz keçinə bilmirdi, bizim yoldaşlığımızın yanında bütün digər münasibətlər ona darıxdırıcı görünəcəkdi. 
 
- Amma bilirsən, - bir neçə il sonra Tamara mənə bunları danışdı, Əsədlə Əli məni sənsiz və Gülnarsız başqa oyunlar da oynamağa məcbur edirdilər. Xəlvətcə. 
 
- Ola bilməz. Özümə gələ bilmirdim və təəssüfdən ürəyim içimə sığmırdı. - Bu ki, maraqsızdır. Nə oyun idi elə? 
 
- Zorlama oyunu, - Tamara pıçıldadı. 
 
- Zorlama? Ah! Bu dəfə özümü naqolay hiss etdim. 
 
- Hə, zorlama, erməninin zorlanması oyunu. Suallar içində başımı itirmişdim. 
 
- Hə, hər şey bürkülü günlərdə, kiminin yatdığı, kiminin isə dincəldiyi günorta saatlarında baş verirdi. Belə günlərdə Əsədlə Əli yanıma gəlir və məni üzümlüyə, şeytanın evinin lap yanına aparırdılar. 
 
Üzüm bağlarının bir qırağında yerləşən şeytanın evi yarıdağılmış bir daxma idi, içini hörümçək toru və kərtənkələlər basmışdı. Şüşəsiz pəncərələrdən insan lənətlənmiş kimi görünürdü, bu da evin adının asanca izahını verirdi. Hətta şeytanı lağa qoyan insanlar da bu xarabalığa yaxınlaşmağı xoşlamırdılar. Niyəsini bir allah bilir. 
 
- Bilirsən, o yer ürəyimə heç yatmırdı, deyə Tamara sözünə davam etdi. Amma onlar məni zorla aparırdılar, deyirdilər ki, onların yanında şeytandan qorxmağa dəyməz, deyirdilər ki, ondan başqalarını da görüblər. İşə bax ha! – heyranlıqla ucadan söylədi. – Onlar məni həmin yerə, əncir ağacının altına aparırdılar, evin solundakı iri əncir ağacını tanıyırsan da. Sonra mənə tumanımı çıxarmağı deyirdilər. Əvvəlcə etiraz edirdim, amma özün onların xasiyyətinə bələdsən; onlar məni döyməyə başlayırdılar, mən də məcburən onu çıxarırdım. Ayaqüstə elə beləcə - tumansız dururdum. Onlar isə arxama keçirdilər və qəribə şeylər edirdilər, əvvəlcə onlardan biri, sonra da o biri. Hərdən elə olurdu ki, eyni şeyi təkrarən edirdilər. Bədənimə istilik gəlirdi! 
 
- Axı onlar nə edirdilər? 
 
- Dedim axı sənə, bir şey baş açmıram. Məndən od çıxırdı. Əvvəldə əncir ağacının kölgəsi üstümə düşürdü, sonra özün bilirsən də kölgə necə tez keçib gedir. Ondan sonra qızmar günəşin altında qalırdım. Əsədlə Əlinin isə vecinə də deyildi. Onlar hərdən bir ağacın altına daldalanıb dincələ bilirdilər. Mənim isə gün başıma döyəcləyir, isti torpaq çılpaq ayaqlarımı yandırırdı. Oyuncaq deyil. Onlar deyirdilər ki, bir tərəfim erməni olduğundan məni cəzalandırmaq üçün belə edirlər. 
 
- Amma mən yenə də onların nə etdiklərini bilmək istəyərdim. 
 
- Yaxşı onda, belə deyim də... Heç kəsə deməyəcəksən ki? Tamara gözlərini iri açıb, ürkək halda mənə dodaqaltı pıçıldadı: - Deyəsən, onlar bizdə olmayan, onlarda isə olan həmin şeylərini ağızsuyu ilə isladır və onu mənim kürəyimə salmağa çalışırdılar. 
 
- Bunlara bax ha! – deyə təəccübləndim, - əgər mürəbbiyələr xəbər tutsaydılar... 
 
- Amma onlar xəbər tuta bilməyəcəkdilər. Bir bu qalmışdı! Mən onlara heç nə deyə bilməzdim. O, köksünü ötürdü. 
 
- Səncə bu pis iş idi? 
 
- Hə, pis! 
 
Çiyinlərimi müdrikyana çəkdim. Pis, yaxşı, yaxşı, pis? Bu işdən baş açan adam bəxtəvər olardı. Bax belə, Tamara kipriklərini döyür, pörtür və göz qapaqlarını aşağı endirir: 
 
- Bilirsən, sənə bir şeyi etiraf edim... Bu heç də həmişə iyrənc olmurdu... zorlamanı deyirəm. 
 
Fransızcadan Azərbaycan dilinə tərcümə: Ç.Vəliyeva
Kultura.Az 

Portalın seçimi
21 Mart, 2012
Pozusuz yazı
15 Dekabr, 2012
Günah keçisi
27 İyul, 2012
Məni söyən uşaqlar
Portalın yazarları
Prof. Niyazi MEHDİ Prof. Niyazi MEHDİ
(Azərbaycan)
Rauf FƏRHADOV Rauf FƏRHADOV
(Rusiya)
Elmir MİRZƏYEV Elmir MİRZƏYEV
(Azərbaycan-Almaniya)
Teymur DAİMİ Teymur DAİMİ
(Azərbaycan)
Seymur BAYCAN Seymur BAYCAN
(Azərbaycan)
Firudin ALLAHVERDİ Firudin ALLAHVERDİ
(Azərbaycan)
Əli ƏKBƏR Əli ƏKBƏR
(İsveçrə)
Tamirlan BƏDƏLOV Tamirlan BƏDƏLOV
(Azərbaycan)
Ülvi MEHDİ Ülvi MEHDİ
(Azərbaycan)
Samir MİRZƏYEV Samir MİRZƏYEV
(Türkiyə)
Arzu MƏMMƏDOVA Arzu MƏMMƏDOVA
(Azərbaycan)
Aydın ƏLİ-ZADƏ Aydın ƏLİ-ZADƏ
(Azərbaycan)
Dr. Rezo ƏLİYEV Dr. Rezo ƏLİYEV
(Almaniya)
Aydın TALIBZADƏ Aydın TALIBZADƏ
(Azərbaycan)
Murad KÖHNƏQALA Murad KÖHNƏQALA
(Azərbaycan)
Elnur ASTANBƏYLİ Elnur ASTANBƏYLİ
(Azərbaycan)
Günel MÖVLUD Günel MÖVLUD
(Azərbaycan)
Aqşin YENİSEY Aqşin YENİSEY
(Azərbaycan)
Zaur QURBANLI Zaur QURBANLI
(Azərbaycan)
Dilqəm ƏHMƏD Dilqəm ƏHMƏD
(Azərbaycan)
Emin ASLAN Emin ASLAN
(Azərbaycan)
Hacı HACIYEV Hacı HACIYEV
(Azərbaycan)
Cavid AĞA Cavid AĞA
(Azərbaycan-Türkiyə)
Tamga
  Site by Jeykhun Imanov Studio