Share...
19 May 2012 14:21
2011-07-02 14:11:38
A+ Böyütmək A+ Balacalaşdır


"Uşaqlarımız nağıllarımızdan uzaq düşüb"

Qocaman yazıçı-tədqiqatçının fikrincə, folklorumuzun məşhur nümunələri də ermənilər tərəfindən mənimsənilə bilər

İstedadlı yazıçı və tərcüməçi Natiq Səfiyev yaradıcılığa keçən əsrin 70-ci illərindən başlayıb. Oxucuların yaddaşında bir çox maraqlı hekayə, nağıl və tərcümələrilə qalıb.
   
   Dünya ədəbiyyatından tərcümə etdiyi "Nağıl və hekayələr", "Köhnə dəyirman" və "Qəribə tütək" kimi çap olunmuş kitabları oxuculara yaxşı tanışdır. Bu günə kimi yazıçının nağıl və heykayələrdən ibarət 9 kitabı işıq üzü görüb. Adətən insan yaşa dolanda sakit bir guşəyə çəkilib istirahət etmək və yaxud yaşıdları ilə maraqlı söhbət etmək fikrində olur. Amma N.Səfiyev yaşının bu ahıl çağında da yorulmaq bilmədən çalışır, kitabxanalara gedərək axtarışlarda olur və dünya xalqlarının ən maraqlı əsərlərini tərcümə edir. Redaksiyamızın qonağı olan Natiq müəllimlə söhbətimiz ölkəmizdə uşaq ədəbiyyatının bugünkü durumu, gənc nəslin estetik tərbiyəsi ilə bağlı oldu.
   
   Natiqtiq müəllim, son vaxtlar Azərbaycanda uşaq ədəbiyyatına o dərəcə fikir verilmir. Ümumiyyətlə, bununla bağlı bir yazıçı, tədqiqatçı və tərcüməçi kimi sizin də fikirlərinizi bilmək yerinə düşərdi.
   
   
-Biz sovet dövründə təhsil almışıq. O, bəyənmədiyimiz dövrdə ümumtəhsil məktəblərində təhsil alarkən Süleyman Sani Axundovun "Qorxulu nağıllar", Eynulla Ağayevin uşaqlar üçün əsərləri, Əmrah Əmrahov, İlyas Tapdıq, M.Ə.Sabirin uşaqlar üçün yazdığı şeirlər, o cümlədən Abdulla Şaiqin hekayə və pyeslərini oxuya-oxuya boyüyüb, tərbiyə almışıq. İndi də kitab mağazalarında köhnə əsərləri görürük. Bu gün məni ağrıdan odur ki, yeni uşaq ədəbiyyatını, yeni nağıl və hekayələri görmürük. Mən uzun müddət müəllim işləmişəm, pedaqoji təcrübəm çoxdur. Biz görmüşük ki, məktəblərdə sinif rəhbərləri şagirdlərin yaş xüsusiyyətlərinə uyğun tərtib etdikləri ədəbiyyat siyahısını uşaqlara təqdim edərdilər. Müəyyən vaxtdan sonra şagirdlər oxuduqları əsərin məzmunu barəsində müəllimlərinə məlumat verərdilər. Bu uşaqların dünyagörüşünün, estetik tərbiyəsinin, o cümlədən ədəbiyyat və incəsənətə marağının artırılması ilə yanaşı, onların formalaşmasında da mühüm rol oynayırdı.
   
   - Hazırda bu sahədə vəziyyət necədir? Orta məktəblərdəki mütaliənin səviyyəsi sizi qane edirmi?
   
   
-Xeyr, hazırkı durumu qənaətbəxş saymıram. Çünki uşaqların mütaliəyə marağı çox aşağı səviyyədədir. Uşaqlar yollarını artıq kitabxanalardan salmırlar. Əksər mütəxəssislər belə hesab edirlər ki, guya uşaqlar internet vasitəsilə istədikləri kitabı oxuya bilirlər. Soruşan yoxdur ki, monitorun qabağında oturub nağıl, hekayə, povest və şeirləri necə oxumaq olar? Necə mütaliə etmək olar?
   
   - Bəs, uşaqların estetik tərbiyəsi, dünyagörüşlərinin formalaşması barədə nə deyə bilərsiniz ?
   
   
-İndi televiziya kanallarında uşaqlar üçün cizgi filmlərindən başqa heç nə göstərilmir. Bəzən də azyaşlılar üçün maraqsız oyunlarla onların başlarını aldadırlar. Onların düşünməsi, uşaq təfəkkürünün inkişaf etdirilməsi, tərbiyə olunması və cəmiyyətə açıq gözlə baxması üçün televiziyalarımızda və mətbuatımızda heç nə verilmir. SSRİ məkanında dövlət televiziyasında pioner və məktəblilərin baş redaksiyası fəaliyyət göstərirdi. Belə ki, həftədə 21 saatlıq "oktyabryat", "pioner" və məktəblilər üçün "Yelkən", "Uçun bizim mahnılar", "Dostluq sərhəd tanımır", "Nağıllar aləmi", "Cırtdan", "Kamillik", "Hər şeyi bilmək istəyirəm", yol-hərəkəti qaydaları ilə bağlı və sair maarifləndirici verilişlər fəaliyyət göstərirdi. Bunlardan əlavə məktəblərdə keçirilən tədbirlərdən, şən startlardan, qeyri-adi istedada malik şagirdlərdən, görkəmli şəxsiyyətlərlə keçirilən görüşlərdən bəhs edən verilişlər hamının diqqətini cəlb edirdi. İndi isə uşaqların psixologiyasına mənfi təsir edən "Harri-Porter" və "Şrekin macəraları" kimi filmlər nümayiş etdirilir. Ancaq onu qeyd etmək lazımdır ki, son vaxtlar Azərbaycanda animasiya filmlərin istehsalına diqqət artırılıb.
   
   - Bu gün uşaq ədəbiyyatına ciddi fikir verılməməsi və bu sahədə sanballı əsərlərin yazılmaması da ürək agrıdan faktlardandır...
   
   
-Sizinlə razıyam. Həqiqətən də bu sahədə böyük bir boşluq yaranıb. Onu aradan götürmək üçün belə qərara gəldim ki, dünya xalqlarının nağıllarından ən maraqlılarını seçib dilimizə tərcümə edərək balaca şəkər balalarımıza ərmağan edim. Mən F.B.Köçərli adına respublika uşaq kitabxanası ilə sıx əlaqə saxlayaraq dünya xalqlarının nağıl kitablarını götürərək, orda olan seçmələri dilimizə tərcümə etdim. Bundan başqa, dünya yazıçılarının nağıl və hekayələrini də tərcümə etmişəm.
   
   - Bəs, uşaq ədəbiyyatının nəşrləri ilə bağlı nə deyə bilərsiniz? Ümumiyyətlə, uşaq kitablarını tərtibat, eləcə də məzmun baxımından normal qəbul etmək olarmı?
   
   
-Xeyr. Uşaq ədəbiyyatı ilk baxışdan bədii tərtibatı, estetik gözəlliyi ilə seçilməli, uşaqları özünə cəlb etməlidir. Bizim kitablarımız bu baxımdan xaricdə çap olunan kitablarla müqayisədə çox aşağı səviyyədədir. Onu da qeyd edim ki, 5 cildlik Azərbaycan nağılları çap olunub. Bu kitabdakı nağıllar müxtəlif ləhcə və danışıq tərzində yazılıb. Uşaq bunu oxuyub necə başa düşə bilər axı. Bu isə dilimizin təmizliyinə böyük xələl gətirir. Nağıl da olsa, ədəbi dildə oxucuya təqdim olunmalıdır.
   
   - Ermənilər həmişəki kimi bu gün də nağıllarımıza sahib çıxmağa cəhd göstərirlər. Bununla bağlı düşmənlərimizə tutarlı cavab verə bilirikmi?
   
   
-Şifahi ədəbiyyatımızda olan nağıllar əsrlər keçdikcə müxtəlif xalqların nağıllarına çevrilir. Biz bilirik ki, "Bağban və ilan" Azərbaycan nağılıdır. Amma Bolqarıstanda türk dilində çap olunan nağıllar kitabında bu bolqar nağılı kimi verilib. Bu nədən irəli gəlir. SSRİ məkanında uşaqlar dünyanın hər yerinə istirahət düşərgələrinə gedirdilər. Orada onlar bir-birilərinə nağıl danışardılar və xarici ölkənin də nümayəndələri bu nağılları götürüb öz dost və tanışlarına danışardılar. Bununla da nağıllar dünya xalqları tərəfindən özününküləşdirilirdi. Nəinki nağıllarımızı, musiqimizi, musiqi alətlərimizi, hətta şairlərimizi, bəstəkar və rəssamlarımızın əsərlərini də öz adlarına çıxanlar var. Bu da ermənilərin murdar və mənfur xislətindən irəli gəlir. Ermənilər özlərini öldürsələr də, "Məlikməmməd" nağılını öz adlarına çıxa bilməzlər. Çünki ermənilərdə nə Məmməd, nə İbrahim, nə də Daşdəmir olub. Bəlamız odur ki, bu gün biz öz milli əsərlərimizə, folklorumuza, musiqimizə, ədəbiyyatımıza və şifahi xalq ədəbiyyatımıza əgər lazımınca sahib çıxmırıqsa, nəinki erməni, hətta başqaları da onları mənimsəyəcək. Bu "Ədəbiyyat" qəzeti bir qrup şair və yazıçının özünün və valideynlərinin təbliği ilə məşğuldur. Bu günün özündə də elə şair və yazıçılarımız var ki, gözəl əsərlər müəllifidirlər. Uşaqlar üçün dəyərli nağıl, şeir və hekayələr yazan gənc yazarlarımız var. Siz deyin: onlar yetərincə təbliğ edilirmi? Şifahi xalq ədəbiyyatı ilə məşğul olan mütəxəssislər bu sahəyə diqqət yetirirlərmi? Uşaq bağçalarında və məktəblərdə bunun təbliği ilə maraqlanan varmı? Heç olmasa onlar tədris müəssisələrində bu məsələlərlə bağlı adi sorğu keçirsinlər. Görək uşaqlarımız xalqımıza məxsus nağıllarımızı nə dərəcədə mənimsəyiblər?
   
   

Qələndər Xaçınçaylı



Natiq Səfiyev








18 2012
17:43
Şura QHT layihələrini yalnız elektron formada qəbul edəcək
17:43
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə daha üç yeni rəis müavini təyin edilib
17:42
Nizami Cəfərov: "Nə erməniyə, nə gürcüyə, məhz bizə tətbiq olunur"
17:42
Səbail rayonunda polis 37 nəfəri saxlayıb
17:42
Azərbaycan hərbçiləri Makedoniyada keçiriləcək təlimə qatılacaq
17:42
QAT ATƏT-in Bakı Ofisinin qarşısında etiraz aksiyası keçirəcək
14:34
Yaponiya səfirliyinin əməkdaşları Tərtərdə olub
14:32
İstiqlal Muzeyində sərgi təşkil olunacaq
14:32
Bu gün Beynəlxalq Muzeylər Günüdür
14:32
Nazirlik jurnalistlər arasında müsabiqə elan edib
14:31
Bakıda 30-a yaxın orta məktəb vaxtından əvvəl tətilə çıxır
14:30
Təhsil Nazirliyi 3 kolleci "kafi" qiymətləndirib
14:29
Zaqatalada qəzalı evlərin sökülməsinə başlanılıb
14:29
Moldovada GUAM-ın iclası keçirilib
14:28
İranlı tələbələr Azərbaycan səfirinə məktub yazaraq hədələdilər
14:28
"Oğlumun qətlində prezident Sarkisyanın əli var"
14:28
Artur Rəsizadə İraqa səfər edəcək
14:23
Qambiyanın XİN başçısı Bakıya dəvət olunub
17 2012
15:05
Azərbaycan İsrailə şirin su ixrac etmək imkanına malikdir
15:04
İranın səfirliyi QMİ-yə məsləhət verdi

"Uşaqlarımız nağıllarımızdan uzaq düşüb" (2757)

"İyulun 3-də respublika üzrə ilk qəbul imtahanları keçiriləcək" (2740)

"Ölkədə kürd problemi yaradılmağa çalışılır" (2498)

Həkimlər həyəcan təbili çalırlar (2471)

Sıfırıncı illər... (2457)

"İsveçlilər uzun illərdir ki, müharibə görmürlər" (2987)

Tanju Tosun Qardaş Türkiyə yolayrıcında (2955)

Mehriban Vəzir "Pənah bəyin bəzi çıxışları heç yerinə düşmədi" (2948)

Norika Nikolay "Siyasi məhbus anlayışı hər bir ölkənin daxili işidir" (2930)

Ömər Yaşılyurd "Bir türk olaraq bunu özümə borc bilirəm" (2921)