Share...
26 May 2012 17:24
Lent.Az|   




Xəbərlər
“Ağ atlı oğlan” niyə itkin düşüb?

Bəs sabah sülh bağlananda?


Nağıllardan çapıb gəl,
Qılıncını qapıb gəl,
Külək kimi qopub gəl,
Küləkdən də becid gəl,
Ey ağ atlı igid, gəl...

Xalq artisti Flora Kərimovanın bənzərsiz səsi və ifasında musiqi dilinə çevrilən bu sətirləri dinləyirəm. Bu mahnı İsi Məlikzadənin senarisi əsasında Ənvər Əblucun iştirakı ilə çəkilmiş “Ağ atlı oğlan” filmindədir. Biz isə eyni adlı nağıldan bəhs edəcəyik.

“Ağ atlı oğlan” nağılı yaşıdlarımın ən çox sevdiyi nağıllardan biri idi. Hələ məktəbə getmədiyim vaxtlarda məndən dörd yaş böyük olan, 4-cü sinifdə oxuyan bacıma yalvarırdım ki, onun ədəbiyyat kitabındakı “Ağ atlı oğlın”ın nağılını mənə oxusun. Çünki həmin vaxt əlifbanı əzbərdən bilsəm də, sürətlə oxuya bilmirdim. Bacıma nağılı o qədər oxutmuşdum ki, 1-ci sinifdə müəllim “kim hansı nağılı bilir” soruşanda mən “Ağ atlı oğlan”ı bilirəm, dedim. Müəllim isə dedi ki, biz bu nağılı yuxarı siniflərdə keçəcəyik, indi isə yaşımıza uyğun nağıllardan danışaq…

“Ağ atlı oğlan” uşaqlığımızın qəhrəmanı idi. Həmişə bir problem olanda xəyal qururduq ki, ağ atlı oğlan gələcək və bizi bu problemdən qurtaracaq. O da ki heç vaxt gəlmirdi. Amma bu həmin nağılın qəhrəmanına olan sevgi və güvəncimizi bir an belə azaltmırdı.

Sonralar ağ atlı oğlanın niyə gəlmədiyini atama sual edəndə, o mənə belə bir izahat verdi: “Görürsən, işlərimiz nə qədər çoxalıb. Tütün, barama qurdu bir yandan, ot biçimi, taxıl yığımı da həmçinin, hələ kolxozun, idarənin işləri bir yana dursun. Bir yağış yağsa, bütün məhsul batacaq. Bizə kömək lazımdı. Bir də görürük ki, Hacı (dayımın ən işgüzar və qoçaq oğlu) darvazanı açıb içəri girir. Bu məqamda Hacı bizim üçün ağ atlı oğlandı. Bizə ot biçməyə, tütünü yığmağa, ipək qurdu üçün tut yarpağı qırmağa, taxılı sahədən daşımağa kömək edəcək. Nə olsun ki, o ağ atla deyil, avtobusla gəlib”.

İlk vaxtlarda dayımın oğluna məhz ağ atlı oğlanın kəndimizdəki versiyası kimi baxırdım. Sonra nəzərimdə ağ atlı oğlanların sayı artdı. Amma ürəyimin kiçik bir guşəsində hər zaman nağıldakı qəhrəmanın yeri görünür...

Bu günlərdə qızıma yeni bir nağıl danışmaq istədim. “Ağ atlı oğlanın nağılı”nı xatırladım. Cəld ikicildlik Azərbaycan xalq nağılları kitabını səhifələdim. Ağ atlı oğlanı axtardım, tapa bilmədim. Əlimi telefona atıb tanışlarımızın məktəbdə oxuyan uşaqlarına zəng etdim.

6-7-8-ci sinifləri bitirən bir neçə uşaqdan soruşdum ki, “Ağ atlı oğlan” nağılını hansı kitabdan tapa bilərəm? Onlar isə təəccüblə dedilər ki, birinci dəfə eşidirik. Qonşuluqdakı ədəbiyyat müəllimindən indi dərsliklərdə bu nağılın olub-olmadığını soruşuram. Deyir ki, artıq neçə illərdir ki, bu nağıl dərsliklərə, əlavə oxu vəsaitlərinə salınmır.

Deməli, indiki uşaqlar bizdən daha realistdirlər. “Ağ atlı oğlanı” tanımırlar və onun gəlməsi, xilaskar obrazda çıxış etməsi ilə bağlı xəyallar da qurmurlar.

Nüsrət Kəsəmənlinin “Daha nağıllara inanmıram mən” şeirindən bir bəndi xatırlayıram:

Çapıb öz atını ağ atlı getdi,
Atları şimşəkdən qanadlı getdi,
Uşaq yaddaşımı qanatdı getdi,
Daha nağıllara inanmıram mən


Bütün insanlar iki həyat yaşayırlar: reallıqdakı və xəyallardakı həyatı. İnsanın təkcə reallıqlarla yaşamasını təsəvvür belə eləmirəm. Xəyallar qurmadan yaşamaq nə qədər darıxdırıcı olardı?! Nağıllar bizim xəyali həyatımızın ilham mənbəyi sayıla bilər.

Biz Təpəgözdən qisas almağı, divləri aldatmağı, tilsimləri qırmağı elə çox xəyal etmişik ki... Məncə bütün uşaqlar nağıllardakı müsbət qəhrəmanların tərəfində dayanırlar. Bəzənsə lap sonralar, böyüyüb nağılların yalan danışdığını duyan vaxtlarında insanlar özləri də bilmədən nağılların bir zamanlar nifrət etdikləri qəhrəmanlarına çevrilirlər.

Var-dövlət hərisi olan, bunun üçün adamları iztirablara düçar edən, öldürməyə qalxan, ipi kəsib Məlikməmmədi quyunun dibində qoyan qardaşlar zəmanəmizdə azdırmı? Əfsanəvi xilaskar Simurğ quşunu xəyalında yox edib əvəzində didib-parçalayan qartalı canlandıranlar azdırmı? Niyə böyüdükdən sonra nağıllardakı müsbət qəhrəmanlara tənə edib, mənfi qəhrəmanların həyatdakı prototiplərinə çevrilirik?

Doğrusu, “Ağ atlı oğlan” yüksək ideyaların təcəssümü, insana məxsus xilas etmək duyğusunun bənzərsiz daşıyıcısı idi. Amma biz böyüyəndən sonra onu lağa qoyur, məzəmmət edirdik. Bu o zaman idi ki, biz artıq ağ atlı oğlanı maddiləşdirmişdik. Dünyada yaxşılıqların, ədalətin mümkünsüz bir şey olduğuna özümüzü inandırmışdıq.

Maddiyyatı mənəviyyətın üstünə çıxarmışdıq. “Pul əl çirkidir” fikrini, “pul hər şeydir” devizi ilə əvəzləmişdik. Ağ atlı oğlana, Məlikməmmədə, Basata, bir sözlə ədalət naminə öz həyatını təhlükə altına atan bütün qəhrəmanlara idiot kimi baxırdıq. Baxmayaraq ki, ən çıxılmaz anlarımızda kimdənsə mədət umur, xilaskarın gəlməsini gözləyirdik. Xilaskarın gələcəyinə ümidimiz, inamımız hardan yaranmışdı bəs? Əlbəttə, nağıllardan.

Çünki biz Tarzan, Mauqli kimi meşə cəngavərlərinin içində deyil, insanların içində böyümüşdük. Biz Tarzan və Mauqli kimi öz fiziki qabiliyyətlərimizə arxalanaraq cəngəlliklərdə baş çıxarmaq, sağ qalmaq imkanına malik deyildik. Bizim fərqimiz onda idi ki, biz yaxşı ilə pisi, doğru ilə yalanı, ədalətlə ədalətsizliyi, mərhəmətlə qəddarlığı ayırmağa çalışırdıq.

Və bu işdə nağıllar bizim ən yaxın bələdçimiz idi. İndi hamı iddia edə bilər ki, onun uşaqlıqdan nağıl qəhrəmanları ilə heç bir əlaqəsi qalmayıb. Bunun kökündən yanlış olduğuna əminəm. Bəlkə də biz o nağılları unutmuşuq, amma onun psixologiyamıza, yaşam tərzimizə təsiri qalıb. Bizi yıxılanı ayağa qaldırmağa hansı qüvvə sövq edir? Bu doğrudanmı instinkdir? Əgər belədirsə, onda bu instinkt heyvanlarda niyə yoxdur?

Bütün bunlara görə “Ağ atlı oğlan”ın dərsliklərdən silinməsi bu sətirlərin müəllifi üçün ağrılıdır. Bu gün dərsliklərdə Xocalı, Qarabağ, ermənilərin türklərə qarşı törətdikləri vəhşiliklər, soyqırımlarla bağlı çox şey var. Milli qəhrəmanların müharibə şücaətlərindən geninə boluna yazılıb. Bunlara etiraz eləmirəm. Uşaqların milli ruhda, vətənpərvərlik ruhunda tərbiyə alması lazımdır.

Amma bu uşaqların böyüyəndə hər şeydən əvvəl insan olması da lazımdır axı. Biz böyük bir nəsli ermənilərə nifrət əsasında tərbiyə edə, bütün şüurlu həyatımızı düşmənə yönəlik antitəbliğata fokuslaşdıra bilmərik. Sabah sülh bağlayanda, ermənilərlə yenidən dostlaşanda (keçmişimizə baxanda, belə bir perspektivin mütləq olduğuna inanıram) eyni ehtirasla nifrət hissini ört-basdır etməyə çalışacağıq.

Mən sevimli nağılımın axtarışına başlayanda kitablarda tərəzinin bir tərəfinin ağır gəldiyinə şahid oldum. Bu qədər siyasiləşmiş ədəbiyyatın niyə uşaqların beyninə yeridildiyini başa düşməyə çətinlik çəkdim. İnternet klublara gedəndə azyaşlı oğlan uşaqlarının hərbi oyunlara və avtomobil yarışlarına necə çılğınlıqla mübtəla olduğuna şahid oluram.

Onlar silahlarla adamları öldürməkdən, maşınla qarşısına keçən hər şeyi məhv eləməkdən necə də həzz alırlar. Ətrafdakı uşaqların silah və maşın manyakına çevrilməsini ürək ağrısı ilə qarşılayıram. Əminəm ki, onlar böyüyüb modern kosmik gəmilər icad eləmək, kosmosun kəşfi üçün daha asan və sərfəli mexanizmlər yaratmaq barədə düşünməyəcəklər. Heç bəşəriyyətin xilası, qorxulu xəstəliklərin aradan qaldırılması yolları da bu insanları maraqlandırmayacaq. Onlar Harvard, Oksford universitetlərinə ona görə can atacaqlar ki, gələcəkdə yaxşı iş yeri və çoxlu pul qazansınlar. Əvəzində isə bahalı maşınlar və silahlar alsınlar. Bu fikri havadan demirəm.

Çoxsaylı uşaqlarla apardığım müsahibə nəticəsində bu qənaətə gəlmişəm. Bütün bu təhlillərin fonunda rəsmilərin “Ağ atlı oğlan hardadır” sualımıza cavabı ilgincdir. Siz də dinləyin. Təhsil Nazirliyinin dərs vəsaitlərinin tərtibi və nəşri şöbəsinin müdiri Faiq Şahbazovdan soruşuram ki, “Ağ atlı oğlan” hardadır?». Sözə dərslik siyasəti ilə başlayır:

“Azərbaycanda dərsliklərlə bağlı siyasəti Nazirlər Kabineti həyatı keçirir. Dərsliklər kurikulumun tələbləri əsasında tərtib olunur. Müəlliflər dərsliyin tərtibatında müstəqildirlər. Bu istiqamətdə alimlər, ekspertlər işləyir. Onlar yəqin ki, dərsliyə nəyin salınıb-salınmaması lazım gəldiyini məndən və sizdən yaxşı bilirlər. Əvvəlcə müvafiq komissiyalarda fənn proqramları yaradılır. Sonra bu proqramların əsasında onların tələbinə cavab verən dərsliklər hazırlanır. ““Ağ atlı oğlan”a gəlincə, onu deyə bilərəm: biz bir nağılın üzərində əsrlərlə qalmalı deyilik ki, ədəbi nümunələr artmalıdır. Çox adamı nostalgiya hisləri bürüyür ki, niyə onların zamanında populyar olan nağıllar indiki dərsliklərdə yoxdur. Düzü bu məsələdə çoxlu fikir ayrılıqları var. Valideynlər bizə şikayət edirlər ki, niyə “Tom və Cerrinin macəraları” nağıl şəklində kitablara salınmır? Çünki o valideynlər və uşaqlar eyni adlı cizgi filminə baxırlar və hesab edirlər ki, onun nağıl variantının kitablara salınması daha uğurlu seçim ola bilər. Əvvəllər Məlikməmmədin nağılını verirdik, bizə irad tuturdular ki, qardaşın ipini kəsib onu quyuya salmaq uşaqlara mənfi hislər aşılayır. Odur ki, bu nağılı çıxardıq. Sonra dedilər ki, Keçəl Həmzə mənfi obrazdır, onu dərsliklərdən çıxarmaq lazımdır. Nə deyirlər, biz də onu eləyirik. Sonra da, bizi bu nağılları dərsliklərdən çıxarmaqda günahlandırırlar”.

“Bəs siz nağılları nə ilə əvəz eləyirsiz” sualımıza nazirliyin səlahiyyətlisi belə cavab verir: “Milli bayramlarımızla, Xocalı faciəsi ilə bağlı müəlliflərin əsərləri ilə. Bu yaxınlarda milli qəhrəman Mübariz İbrahimovla bağlı çox gözəl hekayə yazılıb, fikir var ki, onu dərsliyə salaq”.

“Bu gün dünyada əksər mütəxəssislər o fikirdədirlər ki, uşaq ədəbiyyatı ambisiyalı olmamalıdır. Uşaq ədəbiyyatını siyasiləşdirmək olmaz. Milli bayramlar, Qarabağ, milli qəhrəmanlarla bağlı verdikləriniz yaxşıdır. Bəs qeyri-siyasi nəyiniz var” sualının əsasında F.Şahbazov deyir: “Biz kurrikulum əsasında dərsliklər hazırlayırıq. Bu il 4-cü siniflərə yeni dərslik verəcəyik. Orada dədə-baba dərsliklərindən də nümunələr olacaq”. “Bəs “Ağ atlı oğlan” necə, olacaq?”. Faiq Şahbazov bu sualımıza neqativ cavab verir: “Onu bilmirəm, yəqin ki, olmayacaq, məsləhət görülməyib”. “Niyə” sualınınsa konkret cavabı yoxdur. Guya alimlər, müəlliflər, valideynlər belə istəyibmiş. İçərisində mənfi qəhrəmanlar və neqativ hadisələr olan nağılları dərsliklərə salmaq olmazmış. Guya bu uşaqların psixologiyasını yaralayırmış. Əcəb sözdür, psixologiyanı yaralamaq. Bəs uşaqlar yaxşı ilə pisi necə ayırd edəcəklər? Müqayisə etməyi hardan öyrənəcəklər? Onlara müqayisə imkanı vermək lazım deyil? “İki üçdən kiçikdir, yaxud da altı beşdən böyükdür» müqayisəsi yetərlimi? “Erməni pisdir, biz yaxşıyıq” misalı necə? “Onlar öldürür pisdirlər, biz isə intiqam alırıq, yaxşıyıq” - hansı psixologiyanı aşılayır?

Ona qalsa, gərək Azərbaycanın şifahi xalq ədəbiyyatını tamamən sıradan çıxaraq. Çünki orda mənfi qəhrəmanlardan tutmuş erotikaya qədər hər şey var. Əvəzində isə uşaqlara müasir yazarların özündə heç bir bəşəri, ülvi hissi ehtiva etməyən, adidən adi, primitivdən primitiv sətirləri əhatə edən şeyləri sırıyaq. Mən nənə-babalarımızı çox məsələdə qınaq obyektinə çevirirəm. Bir çox şeyləri hətta onlara heç bağışlamıram da. Amma onların dilindən qopub bu günümüzə qədər gələn nağılların çoxunda hikməti, böyüklüyü, ülvi ideyaları hiss edirəm. Məndən olsa, böyük məmnuniyyətlə “Təpəgözün nağılı”na “qorxulu nağıl” deyərəm. Fəqət müasir yazarların yazdığı nağılları Təpəgözdən daha qorxulu hesab edirəm. Heç olmasa Təpəgözün nağılında bir ideya var. İndikilər isə söz yığınından başqa bir şey deyil. İndi oxucu özü seçsin: hansı daha qorxuludur?

“Ağ atlı oğlan”a gəlincə, bu nağılın olduğu kimi ekranlaşdırılmasını çox arzu edərdim. Klassik xan sarayının, 40-cı otağın, bağçaların, o zamankı geyimlərin təsvir olunduğu, eynən nağılda bəhs olunduğu dekorasiyaların yer aldığı bir filmi tərcih edirəm. Doğrudur, eyni adlı film artıq 1995-ci ildə çəkilib. Amma orada Qarabağın azadlığı uğrunda erməni qəsbkarlarına qarşı aparılan müharibədə yaşlılarla bərabər məktəbli oğlanın da qəhrəmanlıqla vuruşmasından söhbət gedir.

Filmin qəhrəmanı nağıllar aləmində yaşayan, tez-tez nənəsinin danışdığı nağılları yada salan 12-13 yaşlı Muraddır. Onun ən çox sevdiyi “Ağ atlı oğlan” nağılıdır. Bu nağılın qəhrəmanı hər dəfə ağ paltarda, ağ atda gözlənilmədən meydanda görünəndə xalq ədalətin, xeyrin şər üzərində qələbəsinin şahidi olur.

Və günlərin birində Qarabağ uğrunda döyüşlərdə Murad da öz ağ tankında meydanda görünür. Film nikbin sonluqla bitir. Mən də yamanca “happy end” həvəskarıyam. İstəyirəm ki, “Ağ atlı oğlan” nağılının axtarışı “happy end”lə tamamlansın. O nağıl olduğu kimi ekranlaşdırılsın. O nağılın uşaqlarımızın psixologiyasını yaraladığına inananların sırasında özümü görmürəm. İnanmıram ki, o bəndənizin psixologiyasını korlayıb. Siz necə?


Ülkər İSMAYILQIZI

“Ağ atlı oğlan” niyə itkin düşüb? - Lent.az Paylaş: Facebook Twitter GooGle Myspace
  • Oxunma sayı:2050

Şərh Yaz
votedemo
X
Yüklənir........
  Şərhlər Sayı: 11 
Nərmin Bu nağılı mən də bilmirəm. Amma lap maraqlı gəldi, tapıb oxuyaram mütləq. Necə də ürəklə yazmısız Ülkər xanım! Necə də gözəl ürəyiniz var. Sizinlə dost olmaq istərdim. Belə saf adamlara rast gəlmək cox cətindir bu zəmanədə.
Bəturə İstedadlı jurnalist olsanız da təəssüf edirəm ki, istedadınızı Təhsil Nazirliyi ilə mübarizəyə həsr edirsiniz. Min dənə nağıl var onun hamısını Təhsil Nazirliyi dərsliklərdə verə bilməz.əlavə oxu kitablarına salmaq olardı, amma bu işə komissiya cavabdehdir, nazirlik yox, komissiyadakı alimlər nəyi məsləhət bilsələr, o da dərsliklərə salnır. Əsas istəkdir, istək varsa şagirdlər harada olsa ağ atlı oğlanı tapıb oxuyacaqlar
Firudin zemane deyeshib, nagillara hec kim inanmır. inanmali olsaydi adini nagil qoymazdilar.
Lətafət Ağamalı Möhtərəm kulislilər! Ağ atlı oğlanı qara qutuya niyə salmısız? Ona görə ki, uşaq ədəbiyyatı ilə əlaqədar vəziyət qara gündədi?
Faradj Karayev Enver Ebluc rehmetliyin sozu geden filmi yaxsi psixoloji filmdir. Texnikasi zeif olsa da. Helem hec kes bizde naqili bele sujetle ceke bilmeyib. Naqili cekmekle yazidaki ideyalari realize etmek cetin meseledir. Inanmiram Azerbaycanda kino ustalar bunu bacarar. Ulker Ismailqizi yazida jiddi meseleye toxunub. Naqili laq ede-ede biz neqativ obrazlara donuruk o naqildeki. Ehsen deyirem burdaki fikirlere.
Firdovsi NAZİRLİYİN İŞCİSİNİ FİKRİ YAZİNİ KORLAYİR. MUƏLLİF ÖZ FİKİRLƏRİNİ YAZSA BƏS İDİ. FAİQ ŞAHBAZOV KİMİ ADAMLAR BELƏ KÖVREK MƏSƏLƏRİ BAŞA DÜŞMƏZ. MƏN DÜZÜ UŞAQ VAXTI NƏRBALA KİMİ OLMAQ İSTİYİRDİM.
Nurlana Göz yaşlarımı tuta bilmədim bu yazını oxuyanda...Kulisə və onun yazarlarına salamlar!!!
Tufan Faiq Sahbazov ag yalan danisir. Hec valideynin fikrini sorusmurlar. Kim rwsvet verirse, onu da istediyini derc edirler. Men isin icindeyem de, reket jurnalistler indi usaq edebiyati yazir guya. Rwsvet verib kitablara eserlerini saldirirlar, sonra da gedib muellimlerden, mekteblerden pul dilenirler ki, men filan derslikdeki eserin muellifiyem
генерал Нагиев Марахлы публикасийадыр,нагыллары теблигат елемек лазимдир. Бизде хамы прагматик олуб, реалист олуб, алчахлыг да не гедер десен. Креатив душуненлер де горурсен ги нагиллара бош шей кими бахир. Нагилларда чох саф шейлер гизленир. Онлари баша душмеге баш лазимдир. Сиздеки Агшин беле шейлерин елегинедир, гехраманлары сойур. О меневийата пис бахир. Атеист оланда не олар ги, мен де атеисем, араг да ичирем, Амма пис, гара шейлери теблигат елемек писдир. Беле шейлери сайтдан йыгышырсаз йахшидир. Мен беле фикирлеширем, Бу магалайа да ки 5 дейирем, Кешмиш военный кими ки, чох гозел йазиб ер шей.
Aska Ay general, bizdə qəhrəman var? Siz hansı qəhrəmandan danısırsız ki, xalqımız bu gündədi. Sizin kimi alkaş generallardı da anamızı ağladan. Əsgərlərin başına orduda oyun açan sizlər deyil? düz deyirsiz, xalqa nağıl lazımdı ki, oxuyub uyusun, ayıq olsa çox şey başından keçər. ayıq olsa qoymaz sizin kimilər sakit yaşasın.
oxucunuz Ülkər xanım sizinlə görüşüb sizə kitabların çapı ilə bağlı bəzi faktları çatdırmaq istəyirəm. Bu yazını oxudum, sizə qanım qaynadı. Mən jurnalistlərdən qorxan adamam, amma elə bilirəm ki, siz bu məsələlərdə vijdanlısınız. Burda telefonunuzu yazsaz sizə zəng eləyərəm.

Digər yazılar

Varmı başqa sevgi?

Cem Yılmaz evli cütlüklərə paxıllıq edirmiş

Xalq artisti vəfat etdi

İran nə inkar edir, nə təsdiq-YOXA ÇIXMIŞ ŞAİRLƏR

Tərcümə Mərkəzi yaradıldı -Prezident Fərmanı

Azərbaycanda şairlər günü keçirilməsi təklif edilir

«Sərhədsiz Reportyorlar» İrandan açıqlama istəyir

“Ən yeni ədəbiyyat” seriyasında “Yüz il inqilab”

Əli Həsənov İrandakı şairlərdən danışdı:

Ədalət Əsgəroğlu təkzib edir

Kann kinofestivalında Azərbaycanın bayrağı dalğalanır

Diskoteka kraliçası öldü

Aygün Səmədzadə imza günü keçirəcək

Transseksualların gözəllik müsabiqəsi keçirilir FOTOSESSİYA

İran xakerləri saytlara hücum edib

Anar deyəsən gedir-RƏSMİ MÖVQE

Mirvarid Dilbazinin 100 illik yubileyinin keçiriləcək

Ağa Laçınlının kitabı təqdim olundu-FOTOSESSİYA

İmtahana Receb İdevikdən sual düşdü-MARAQLI

Alim Qasımov “Eurovison” finalındakı çıxışından danışdı: “...buna razı deyildim...”

Latın Amerikasına ağır itki üz verdi

“Həbs olunan gənc yazarlarla bağlı İran tərəfiylə bəzi görüşlər keçirilib”

Madonnanın çılpaq fotosu rekord qiymətə satıldı FOTO

İslam aləmi ayağa qalxdı: Hz. Məhəmmədin üzü göstərilməsin!

Alim Qasımov “Eurovision”un finalında oxuyacaq

İstanbulda alış-veriş bayramı

Şimali koreyalı qadınları cənublular fahişə edir

Rafiq Tağının adı Vaşinqtonda əbədiləşdirilir

12 gündür XİN İrandan cavab gözləyir İKİ ŞAİR İTKİNDİR

Nazim Hikmətin Bakı haqda şeiri London metrosunda FOTO

“Qəşəng-qəşəng”i oxuyan meyxanaçı vəfat edib

Obamaya mavi dəstək

Azərbaycanlılar Polat Ələmdara bənzəmək üçün plastik əməliyyat etdirir

Gənc repçinin mürtədliyi haqqında fitva verildi

Stalinin heykəlini təhqiramiz hesab edərək yıxdılar

Bir dəfə çay içdiyi fincan 60 min avroya satıldı

Yuğ Teatrında ictimai qiraət

Macarıstanlı rejissor ustad dərsləri keçəcək

İrandakı həbsin şahidi danışdı

Məşhur tarixi roman - latın qrafikasında!

Bakı Uşaq Teatrından qeyri-adi aksiya

İranda həbs olunan şairlərimizin taleyi bəlli deyil - YENİILƏNİR

Mirzə Ələkbər Sabirə həsr olunmuş kitab bayramı

“Space” cəzalandırılacaq

Qulu Ağsəsin adını siyahıdan kim çıxarıb?

Sabir Rüstəmxanlı «Sənətkara şöhrət» medalını aldı

Fikrət Qocanın oğlunun evi də var…

“Amaci”yə görə “Space”ə hücum oldu

Rus yazıçısı L.A.Anninskinin kitabının Azərbaycan dilində təqdimatı keçirildi

Teylorun acığına soyunmuşdu




Köşə
Proyekt
Fərqlər nələrdir?
Qutu
Cavid CABBAROĞLU
Hücrə
Kulis TV
Foto-xəbər
Sorğu

Sizcə uğurun açarı hansıdır?
İradə və inam
Təhsil və inkişaf
Cəsarət
Ağıl
Maraq
Ümid
Davranış
Sevgi
Digər


Nəticələr

Kulis+
Əyyub Məmmədov

Top 10
HAQQIMIZDA © 2011 Kulis.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 5.x ilə tam dəstəklənir.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.