Share...
18 Oct 2011 13:59

Ramil Səfərova Milli Qəhraman adı verilsin

Date: 16 Oct 2011 Comments: 0

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev cənablarına

“Diaspor və Lobbi” Strateji Araşdırmalar Mərkəzinin sədri Zaur Əliyev tərəfindən

http://zaur-aliyev.info/

Cənab Prezident

Azərbaycan ordusunun zabiti Ramil Səfərov artıq 7 ildir ki, Macarıstanda həbsxanadadır. Bəlli olduğu kimi, ermənizabiti Qurgen Marqaryanı bayrağımızı təhqir etdiyi üçün qətlə yetirən zabitimiz barəsində məhkəmə ömürlük həbs qərarı verib. Bundan sonra onun Azərbaycana ekstradisiyası ilə bağlı məsələ zaman-zaman gündəmə gəlsə də, hələ ki həllini tapmayıb. Bu gün Macarıstan həbsxanasında əsir ola Ramil Səfərovun adının əbədiləşdirilməsi və onun Milli Qəhrəman adı verilməsi Azərbaycanda gənclərin vətənpərvərlik ruhunun artmasına böyük təkan verə bilər.

Bir müddət öncə Milli Ordumuzun giziri Mübariz İbrahimov cəbhə bölgəsində düşməni ciddi canlı itkilərə məruz qoyaraq qəhrəmancasına həlak oldu. Bundan sonra ona SİZ Milli Qəhrəman adın ona verməklə biz gənclərin ürəyində özünüzə böyük yer qazandınız.. Bu iki hadisə arasında oxşarlıq odur ki, hər iki gənc fərqli situasiyalarda olsa da, erməni ordusunun əsgərlərinə qarşı mübarizə aparıb.

Bu gün Ramil Səfərov həbsxanada macar dilindən tərcümə etdiyi “Qapı” romanı tərcümə edib, digər əsərləri tərcüməsi ilə məşğul olur. Macar dilin öyrənib iki xalq arasında körpü rolu oynayır. Bu, onu göstərir ki, bu cür intellekt sahibi heç vaxt qatil ola bilməz. Əgər Ermənistan bizim torpaqları işğal etməsəydi, bəlkə də Ramil heç hərbçi olmazdı. Nasir, hüquqşünas və ya həkim olardı. O məcburən hərb yolunu seçib və bir hərbiçi kimi Müstəqil Azərbaycanın bayrağının təhqir edilməsinə qarşı həqarət edəni əsl türk üsulu ilə cəzalandırıb.

Ramil Səfərov yalnız öz cəzasını yaşamır, Azərbaycanın Qarabağ uğrunda apardığı mübarizənin faciəsini yaşayır. Onun əməlinə verilən qiymət belə olmamalı idi, Bu, tək Ramilə deyil, bütünlükdə Azərbaycanın Qarabağ müharibəsinə verilən qiymətdir.

Cənab Prezident

Sizdən Prezident və  Azərbaycan Silahlı Qüvvələrinin baş komandanı kimi gənclər adından xahiş edirik, Ramil Səfərova Milli Qəhrəman adı verilsin və onun adı əbədiləşdirilsin.

Sizə böyük hörmət və ehtiramla Zaur Əliyev

Leave a Reply