Share...
05 Feb 2012 19:15

 

 

Əsas səhifə

Bəstəkar və şəxsiyyət

Ömür salnaməsi

Genealogiya »

Yaradıcılığı »

Fotoqalereya

Videoteka

Fonoteka

Ədəbiyyat »

Ü.Hacıbəyova ithaf »

Ü.Hacıbəyova dair »

 
 
 
 Rus variantı
Ingilis variantı
Saytın xəritəsi
 

Yaradıcılığı


 

 

 

 

Məzhəkə1

Kəndlinin biri buğdasını, baramasını aparıb bazarda dəyər-dəyməsinə satıb bir dana at, bir dana eşşək və əyninə də bir dəst paltar alıb evinə tərəf gedirdi...

Bir nəfər bəy bunu gendən gördü və təəccüb elədi ki, kəndlinin həmi atı var, həmi də eşşəyi. Daldan kəndliyə yaxınlaşıb başına elə bir qapaz saldı ki, kəndli ancaq bir saatdan sonra ayıla bildi və ayılandan sonra da baxıb gördü ki, eşşək yoxdur.

Yasavul kəndlinin atına baxıb şikayətinə qulaq asdı, amma şikayət «Haqqı» az olduğuna görə kəndliyə bir neçə dana qamçı çəkdi və dedi: Bağla atını burada, get ətrafı gəz, bəlkə eşşəyin tapıla. Kəndli atını yasavula tapşırıb eşşəyi axtarmağa getdi. Çox gəzdi, çox dolandı, hərçənd bəyin qapısında bir eşşək gördü ki, öz eşşəyinə çox oxşayırdı, amma o cürlə şeyləri fikrinə gətirməyə çürət eləmədi.

Və qayıtdı ki, bəlkə yasavul bir kömək eyləyə, amma nə yasavuldan və nə atdan bir nişan da görmədi.

Kəndli xovfə düşdü, oylə bildi ki, bunlar hamısı yuxudur. Onun üçün üzünü çimdiklədi ki, ayılsın, amma gördü ki, xeyr, yatmayıbdır. Bikeyf və bidamaq bir çayın qırağında oturub evinə qayıtmağa utanırdı, gördü ki, bir nəfər sarıqlı gəlir. Kəndli durub iki qat əyildi və genə bidamaq yerinə oturdu. Sarıqlı dedi ki:—Nə var ki, belə bidamaqsan? Kəndli ağalya-ağlaya əhvalatı nəql elədi.

Sarıqlı bunun tazə libasına diqqət yetirib, dedi: — Mən sənə əlac edərəm. Yazıq kəndli şadlığından bilmədi ki, nə qayırsın, özünü yıxdı sarıqlının ayağına. Sarıqlı dedi: — Sənin atını da eşşəyini də cin oğurlayıbdır və o cin də sənin bu libasındadır, Ona görə bu libası ovsunlamaq lazımdır. Və illa başına çox bəlalər gələr. Kəndli cin adını eşidən kimi dəlitək paltarını çıxardıb tolladı. Sarıqlı bir dua oxudu və dedi: — Bir qədər yat!. Onsuz da it kimi yorulmuş kəndli başını yerə qoyan kimi yuxu basdı və yuxusunda gördü ki, eşşəyi də atı da tapılıb, kişniyə-kişniyə bunun yanına çapırlar. Kəndli sevindiyindən oylə çığırdı ki, öz səsinə oyandı və oyanıb gördü ki, nə sarıqlı var, nə paltar. Binəvanı vəhşət basdı. Əlinə bir çomaq alıb özünü qoruya-qoruya kəndinə yetirdi. Xalq yığılıb dedilər ki, a kişi dəli olubsan nədir. Lüt gəzib özünü qoruyursan. Dedi: — Atımı oğurladılar, eşşəyimi oğurladılar və paltarlarımı oğurladılar. İndi qor-xuram ki, özümü də oğurlayalar.

   

 

Keçən səfər rəqiflərimiz ilə mübahisə edirdik. Onlardan biri oxumamış bir çavan idi, amma çox huşiyar və böyük qabiliyyət sahibi görünürdü. Mən çox heyfsləndim va dedim:

— Əgər sən oxumuş olsaydın, çox ola bilsin ki, səndən böyük bir alim çıxar idi.

Cavan atasından şikayət etdi və əz cümlə bunu dedi:— «Siz ki, qəzetədə camaatı elm kəsbinə çağırırsınız və elmin yaxşılığından o cürlə danışırsınız ki, insan sözlərinizə inanmaya bilməyir. Çünki dəlilləriniz o qədər möhkəmdir ki, onun qabağına heç bir söz demək olmur. Məsələn, sair tayfalar bizdən xoşbəxt və xoşvəxt ömür sürürlər, çünki elm sahibidirlər, amma biz müsəlmanların məişət və güzəranı hər bir barədə ağır keçir, başımıza min fəlakətlər gəlir, çünki elmimiz yoxdur. Amma bəz vaxt mən şək və şübhə arasında qalıram. Çünki görürəm ki, bizim bir çox oxumuşlarımız, kurs qurtarmışlarımız oylə pis-pis işlər görürlər ki, mən bu elmsizlik ilə onu özümə rəva görmürəm və bundan başqa, məsələn, sən elm sahibisən, amma mən elmisizəm, halbuki mən səndən varlıyam və çox ola bilsin ki, güzəranım da səndən rahatdır. Bunlara sözün nədir?»

Dedim, sənin ikinci sualının cavabı çox asandır. Əvvəlinci sualına da bir qədər uzun cavab lazımdır. İkinci sualının cavabı — Əgər bu cüzi elmi də mən qazanma-saydım onda acından elənin biri idim. Çünki əvvəldən sənin kimi heç bir dövlətə malik deyil idim. Amma bu çüzi elm mənə bir ruzi qapısı açdı.

Keçək əvvəlki suala. Pəs, deyirsən ki, madam ki, elm insanı insan eylər, bəs nə üçün bizim bir çox elm oxumuşlarımızdan insana layiq olmayan hərəkətlər baş verir? Belədirmi?

— Belədir! Buna təəccüb edirəm ki, bir işkolda, bir müəllimin əlindən çıxmış olan rus, erməni, doğrudan da siz dediyiniz kimi, insan olur, amma onlar ilə bir yerdə çıxmış müsəlman haman əvvəlki xasiyyətində baqi qalır. Pəs, görünür, onda bizim qanımız xarabdır? Nədir?

— Nə qanımız xarabdır, nə ətimiz!

— Bəs nədir?

— Qulaq as, erməni ya rus yeddi yaşına qədər işkola getmir, qalır öz evlərində. Müsəlman uşağı dəxi yeddi, səkkiz, hətta doqquz və on yaşına qədər işkola getməyib evdə qalır. İndi görək erməni, rus uşağı evdə nə qayırır, müsəlman uşağı nə qayırır. Erməni, rus uşağı evdə oxumuş elmli anası tərbiyə edir, vaxtında yatdırır, təmiz havalarda gəzməyə aparır. Ruha və cana qüvvət verən «oyuncaqlar» alıb uşağı məşğul edir. O uşağın qulağı bircə dana da pis ləfz eşitməyir; eşitdiyi nədir? Ruh və bədəni tərbiyə edən gözəl musiqi, böyük «pedaqoq»lar tərəfindən uşaqlar üçün—tərbiyə mülahizəsilə yazılmış şirin hekayətlər, atası ilə anasının dustanə söhbətləri, ədəbli qonaqların əziz danışığı. Uşağın gözü tərbiyəni pozan bir pis şey görməyir. Nə görür? Divarlarda ruhəfza şəkillər, gözəl şəkilli jurnallar, yaxşı güllər, çiçəklər, dörd ətrafında təmizlik və sairə. Çox vaxt anaları uşaqlarını «sinamotoqraf»lara3 aparıb göstərilən şəkilləri onlara qandırırlar.

Neçə gün bundan əvvəl «sinamotoqraf»da Osmanlı inqilabına dair şəkillər göstərilirdi. Mən tamaşa edərkən eşitdim ki. arxa tərəfdə bir xanım iki nəfər uşağını yanına alıb şəkili göründükcə Osmanlı inqialbını başdan-başa onlara nəql edir. Heç bulvara çıxırsanmı? Görürsənmi əcnəbi balaları necə oynayırlar, gülürlər. Həmi ruhları ləzzət çəkir, həm də bədənləri qüvvət tapır.

Amma bizim uşaqlar?! Allah göstərməsin. Eşitdikləri söz-söyüş, qarqış, murdar sözlər, gördükləri pis-pis işlər, ətrafı natəmiz, oynadığı yer tozlu-torpaqlı, küçə oyuncaqları da bişik boğmaq, it döymək, siçan nəftləyib od vurmaq... Belə ki, uşaq işkola, ya məktəbə girincə evi yıxılır, kökündən tərbiyəsi pis olduğuna görə də sonradan pis-pis əmələ sahibi olur...

Budur bizim bədbəxtliyimizin ümdə səbəbi, yoxsa nə qanımız xarabdır, nə sümüyümüz...

Müsahibim razı oldu və şübhədən azad olduğuna görə çox sevindi. — Belədir! Buna təəccüb edirəm ki, bir işkolda, bir müəllimin əlindən çıxmış olan rus, erməni, doğrudan da siz dediyiniz kimi, insan olur, amma onlar ilə bir yerdə çıxmış müsəlman haman əvvəlki xasiyyətində baqi qalır. Pəs, görünür, onda bizim qanımız xarabdır? Nədir?

— Nə qanımız xarabdır, nə ətimiz!

— Bəs nədir?

— Qulaq as, erməni ya rus yeddi yaşına qədər işkola getmir, qalır öz evlərində. Müsəlman uşağı dəxi yeddi, səkkiz, hətta doqquz və on yaşına qədər işkola getməyib evdə qalır. İndi görək erməni, rus uşağı evdə nə qayırır, müsəlman uşağı nə qayırır. Erməni, rus uşağı evdə oxumuş elmli anası tərbiyə edir, vaxtında yatdırır, təmiz havalarda gəzməyə aparır. Ruha və cana qüvvət verən «oyuncaqlar» alıb uşağı məşğul edir. O uşağın qulağı bircə dana da pis ləfz eşitməyir; eşitdiyi nədir? Ruh və bədəni tərbiyə edən gözəl musiqi, böyük «pedaqoq»lar tərəfindən uşaqlar üçün—tərbiyə mülahizəsilə yazılmış şirin hekayətlər, atası ilə anasının dustanə söhbətləri, ədəbli qonaqların əziz danışığı. Uşağın gözü tərbiyəni pozan bir pis şey görməyir. Nə görür? Divarlarda ruhəfza şəkillər, gözəl şəkilli jurnallar, yaxşı güllər, çiçəklər, dörd ətrafında təmizlik və sairə. Çox vaxt anaları uşaqlarını «sinamotoqraf»lara3 aparıb göstərilən şəkilləri onlara qandırırlar.

Neçə gün bundan əvvəl «sinamotoqraf»da Osmanlı inqilabına dair şəkillər göstərilirdi. Mən tamaşa edərkən eşitdim ki. arxa tərəfdə bir xanım iki nəfər uşağını yanına alıb şəkili göründükcə Osmanlı inqialbını başdan-başa onlara nəql edir. Heç bulvara çıxırsanmı? Görürsənmi əcnəbi balaları necə oynayırlar, gülürlər. Həmi ruhları ləzzət çəkir, həm də bədənləri qüvvət tapır.

Amma bizim uşaqlar?! Allah göstərməsin. Eşitdikləri söz-söyüş, qarqış, murdar sözlər, gördükləri pis-pis işlər, ətrafı natəmiz, oynadığı yer tozlu-torpaqlı, küçə oyuncaqları da bişik boğmaq, it döymək, siçan nəftləyib od vurmaq... Belə ki, uşaq işkola, ya məktəbə girincə evi yıxılır, kökündən tərbiyəsi pis olduğuna görə də sonradan pis-pis əmələ sahibi olur...

Budur bizim bədbəxtliyimizin ümdə səbəbi, yoxsa nə qanımız xarabdır, nə sümüyümüz...

Müsahibim razı oldu və şübhədən azad olduğuna görə çox sevindi.  

 


1. Azərbaycan kəndlilərinin bəylər, ruhanilər və hökumət məmurları tərəfindən soyulduqlarını ifşa edən «Məzhəkə» sərlövhəli felyeton «Tərəqqi» qəzetinin 1909-cu il 17 avqust tarixli 184-cü nömrəsinin 3-cü səhifəsində «Filankəs» təxəllüsü ilə dərc edilmişdir.
2. Azərbaycan uşaqlarının tərbiyə və təhsilinə həsr olunmuş bu məqalə «Tərəqqi» qəzetinin 1909-cu il 19 avqust tarixli nömrəsinin 3-cü səhifəsində «Filankəs» təxəllüsü ilə dərc edilmişdir.
3. Sinamotoqraf—o zamanda hələ inkişaf etməmiş kino belə adlandırılırdı.

 

 

 

 
   © Musigi Dunyasi, 2005