Share...
21 Dec 2013 15:31

Köşə yazarları

Online: 182

Pərviz Məmmədov: “Cəvahir - Ən qısa hekayə

Kulis.az Pərviz Məmmədovun “Ən qısa hekayə” müsabiqəsinə göndərdiyi “Cəvahir” (483 işarə) hekayəsini təqdim edir.

        

 

Əlində ov tüfəngi xəyala getmişdi...

        

Həmin gün 20 il əvvəl 26 fevralda yenə hava belə çovğunlu idi. Həyətə çatanda gözlərinə inanmadı. 2 erməni 8 yaşlı qızını zorla maşına mindirmək istəyirdilər. Cəvahiri xilas edə bilməyəcəyini anlamışdı. Bir an düşündü qızının başını nişan alıb tətiyi çəkdi. Cəvahirin cansız bədəni yerə düşəndə qızını aparmaq istəyən erməni ilə göz gözə gəldilər. Tanıdı onu, Haykonu, sifətindəki çapığı 6 ay əvvəl özü açmışdı.

        

20  il sonra yenə Haykonun gözlərinə baxırdı. Amma Haykonun bədəni bu dəfə Cəvahirin qəbrinin ayaq ucunda çapalayırdı.

Yazar

Kulis.az

Oxunub

212 dəfə

Şərh yaz Şərhlərinizdə dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şərəf və ləyaqətini alçaldan ifadələr işlədilməməlidir. Bu tələblərə cavab verməyən şərhlər yayımlanmayacaq..
Adınız
Email
Kod

Şərhlər ( 1 ədəd )

Elshan mentiqsizdi, qizinin basinnan nisan ala bilen adam, ele Haykonun da basinnan nisan ala bilerdi