Share...
09 Dec 2013 21:30
 Ermənilərin "düşmən" elan etdiyi nağıl yazarı Gülzar nənə

 
Zaqataladakı maskalılardan daha biri saxlanıldı / Mahmud Məmmədquliyev: Azərbaycanın Aİ-yə inteqrasiyasında əsas problemlərdən biri Dağlıq Qarabağ münaqişəsidir / Xaçmazda Niyazabad kəndində 3 gün əvvəl talanan evdə yanğın olub / Səninlə fəxr edirəm! / Balakən rayonunda 20 yaşlı gənc intihar edib / Sərnişin qatarı neft tankerilə toqquşub - VİDEO / Avtomobiliniz qışa hazırdımı? / Azərbaycanda yaşlı kişi öz həyətində donaraq ölüb / Gürcüstanın daxili işlər naziri Azərbaycan səfiri ilə görüşüb / Satışı qadağan edilən pirotexniki vasitələrlə bağlı xəbərdarlıq edildi / Rəsmi baş qərargahı olmayan siyasi partiyaların fəaliyyəti qadağan olunacaq / İqbal Ağazadə Rauf Arifoğlu üçün nələr yazdı nələr! / Pərviz Həşimli deputatları Milli Təhlükəsizlik Nazirliyinə çağırdı / QHT-lər haqqında qanunvericiliyə məhdudiyyətlər hazırlanır / Kiyevdə bazarda azərbaycanlılar, gürcülər və ukraynalılar arasında kütləvi dava baş verib / Yağışdan sonranı Bakı sakinləri necə təsəvvür edirlər? / Nicat Əliyevin "Hüquqlarının Müdafiə Komitəsi" bəyanat yaydı / Parlamentinin növbəti iclasının tarixi və gündəliyi açıqlanıb / Böyük Britaniya kəşfiyyatı Edvard Snoudenin ovuna çıxıb / İran diplomatları İsrailin Azərbaycandakı səfirliyini partlatmaq cəhdinə görə həbs edilən İran vətəndaşı ilə görüşə bilməyiblər /
İstifadəçi Adı : Şifrə :
Yeni üzvlük Şifrəmi unutdum

Ermənilərin "düşmən" elan etdiyi nağıl yazarı Gülzar nənə
Şərh yaz

Bağışla məni, baba... Məzarın üstə gələ bilmirəm... Çünki yatdığın məzarlıq düşmən tapdağı altındadır! Amma gözlə məni, mütləq gəlib sənin yatdığın torpaqları düşmən tapdağından azad edəcəyəm. Gec də olsa! Nəsihətlərindən xeyir tapdım, təkcə 3 nəsihətindən başqa!


“Qarşındakının düşmən olduğunu bilsən belə ona o qədər yaxşılıq et ki, həmin adam utandığından dostuna çevrilsin!”.
“Qanı qanla yumazlar, su ilə yuyarlar”, - dedin!
“Qonşuna yaxşılıq et, süfrəni həmişə onun üzünə açıq et, süfrəndən çörək kəsərsə, sənə heç vaxt xəyanət etməz!”.
Sənin nəsihətinə qulaq asıb, obamın ən gözəl yerində düşmən bəslədim... Onunla tikəmi böldüm, ona sirrimi dedim... Dədə-baba yurdumdan didərgin saldı məni... Vətənimi taladı, cavanlarımızı şikəst qoydu... Namusumu tapdadı...

“3 nəsiət” Gülzar İbrahimova

Bu yanaşma nağıl yazarı Gülzar İbrahimovanı (Gülzar nənə) ermənilərin qatı düşməninə çevirib. Və yalnız bu yazı deyil... Məkrli niyyətlərinin kökünü buraxmadan, Azərbaycan nağıllarında məkrli məqamların axtarışına çıxan düşmənlərimizin yuxusuna bu dəfə haram qatan Gülzar nənənin nağılları olub. Artıq xeyli müddətdir ki, erməni ictimaiyyəti, kütləvi informasiya vasitələri və xüsusilə də xəbər saytları Gülzar İbrahimovanın yazdığı nağılları rus və erməni dillərinə çevirərək, müzakirə hədəfi edib.
Gülzar nənə şovinizmdə ittiham olunaraq, erməni millətinin qatı düşmənlərindən elan edilib. Xanım İbrahimovanın nağıllarını anti- təbliğat maşını adlandıran erməni ziyalıları bir məqamı nədənsə unudublar.
Son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən və hər zaman terrorla müşahidə edilən etnik təmizləmə, soyqırım və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən, qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Və bu millətçi-şovinist siyasətin əsas məqsədi azərbaycanlıları tarixi torpaqlarından qovmaqla yanaşı, bu əzəli Azərbaycan ərazilərində ermənilərin uydurduqları "Böyük Ermənistan" dövləti yaratmaq, hər bir erməninin yaddaşından isə həqiqətləri silərək, uydurduqları yalan tarixi beşikdən başlayaraq erməni qadınının laylası ilə millətin qan yaddaşına yazmaqdır.
Bu gün Gülzar İbrahimovanın nağıllarının ermənini qıcıqlandıran yönü həm də 8 cildlik "erməni" nağıllarının 6 cildinin Azərbaycan, 2 cildinin isə türk nağılları əsasında tərtib edilməsi faktı da olmaya?!

Professor Azad Nəbiyevin araşdırmalarına diqqət etsək folklorumuzun erməniləşdirməsi siyasətinin nağıllarımızdan da yan ötmədiyini əyani şəkildə görərik.
Hələ vaxtilə A.Zaxarov, Qriqoryev erməni informatorlarından yarı Azərbaycan, yarı ermənicə eşitdikləri “Süsəngül”, “Naxırçı”, “Çoban Əhdəm” nağıllarını yazıya alıb, onları sonradan erməni nağılları kimi qələmə verirdi. 19-cu əsrin 80-ci illərində isə Azərbaycan kəndlərində yaşayan ermənilərin dilindən qeydə alınan nağıllarımız yenə erməni nağılı kimi qələmə verilib. Bu illər ərzində
100-dən artıq Azərbaycan nağılı eyni aqibəti yaşayıb. Bu zaman onlar nağıllarımızdakı personajları erməni adlarına dəyişir, mətni tərcümə edirdilər. Y.S.Xaçaturyanın tərcüməsi və qeydləriilə 1931-ci ildə Moskvada çap olunan "Armyanskie skazki", A.Qanalanyanın tərtib etdiyi, ön söz və qeydlər yazdığı, Yerevanda 1965-ci ildə çap olunan "Armyanskie narodnıe skazki" kitabları da Azərbaycan nağıllarından tərcümə edilib".
"Vəzirin bir şahısı" nağılını isə guya N.Nalbandyan Leninakan rayonunun Nalband kəndindən toplayıb. Sonrakı illərdə erməni zorakılığına məruz qalmış "Hazaran bülbülü" nağılını "Azaran bulbul" adı ilə oğurlayıblar. "Qızıl balıq" və "Şah qızı və kəndlinin yuxusu", "Balıqçı oğlu", "Danışan balıq", "Sehrli qızılgül" nağılları da eyni qisməti bölüşüb.
Erməni oğurluğu ilə bağlı hadisə "Göyçək Fatma" nağılının başına da gəlib. Azərbaycan nağılının struktur xüsusiyyətləri imkan vermədiyindən ermənilər bu mətni tərcümə edə bilməyib, erməni variantını isə tapa bilmədiklərindən Azərbaycan süjetini yararsız hala salıblar: “Göyçək Fatma"nın ermənicə adı "Arevaat və ilan Pəri"dir. Ermənilər "Oxxayın nağılı", "Yalançı çoban", "İki qardaşın nağılı", "Hiyləgər qarı", "Tənbəlin nağılı", "Sədaqətli xanım", "Gözəl gəlin", "Sənət qızıdan üstündür" nağıllarını da erməniləşdiriblər. Onlar nağıllarımızı özününküləşdirərkən onların Azərbaycan məişətini əks etdirməsi faktını unudub və oxucularını da çaş-baş salıblar.
Erməni mütəxəssisləri Azərbaycan nağıllarının bir çoxunun yaranma dövrünü, məzmun və mündəricəsini başa düşmədiklərindən "Məlikməmmədin nağılı"nı, "Məlik Cümşüdün nağılı"nı, "Məlik Nəzərin nağılı”nı tarixi şəxsiyyət hesab etdikləri erməni məliklərinin adı ilə bağlayıb və onları "Erməni tarixi nağılları" adı altında təqdim ediblər". Ermənilərin Azərbaycan mədəniyyət, folklor soraqlarını oğurlaması faktlarını A.Nəbiyevin əhatəli araşdırmaları əsasında təqdim edən R.Əliyev bu qənaətə gəlir ki, erməni oğurluğunun əsl səbəbi budur: onlar yüngül yolla, əziyyət çəkmədən başqa xalqların malına, sərvətinə ona görə sahib çıxmaq istəyirlər ki, özlərinə müştəri qazansınlar, tərəfdar toplasınlar.
Azərbaycanın xanım nağıl yazarı Gülzar İbrahimovanın sözlərinə görə isə onun yeganə istəyi milləti daha açıq gözlü və ehtiyatlı olmağa səsləməkdir. Və bu missiyanı da nağıllarımızda əlindən gəldiyi qədər yerinə yetirməyə çalışıb. Gülzar İbrahimova hesab edir ki, müharibələr sərhədləri dəyişə bilər, insanlığı deyil...
Gülzar İbrahimova “Open Armenia Worldwide Armenian “forumuna yazılı formada müraciətini də ünvanlayıb.
“Mənim vətənim, təəssüf ki, həm də sizin vətəninizdir. Və uzun tarix boyu biz düşmən olmuşuq! Barışmışıq, sonra yenidən və yenidən düşmən olmuşuq! Bu gün siz məni şovinizmdə ittiham edirsiz, ”Amma özünüz...
Müharibənin öz qaydaları var və döyüş meydanında düşməni məhv etmək olar, amma günahsız körpələri, qadınları amansızcasına qətlə yetirmək, başlarına olmazın müsibətini gətirmək deyil! Bilirsiz, heç kəs artıq təminat vermir ki, bir neçə dəfə yaşanan tarix bir daha yaşanmayacaq. Və mən öz əsərlərimdə yalnız xalqımı daha tədbirli olmağa səsləyirəm”.

Gülzar İbrahimova müraciətində Zori Balayanın 13 yaşlı türk uşağının inanılmaz vəhşiliklə necə qətlə yetirdiyini və bundan nə dərəcədə həzz aldığını detallı şəkildə yazdığı kitabı erməni yazarlarının diqqətinə çatdırır...
“Mən siyasətçi deyiləm, mən xalqımın yazarıyam...”, - deyir xanım İbrahimova.
Bu müraciətdən sonra belə ermənilərin nağıllarımızda düşmənçilik notları axtarışları davam etdirilir. Müxtəlif şərhlər, düşmənin öz çirkin niyyətindən heç zaman əl çəkməyəcəyini bir daha ortaya qoyur. Hətta bəzi forum iştirakçıları daha da irəli gedərək, Gülzar nənəyə hədə-qorxu gəlir, digər bir qrup isə ona və Azərbaycanlılara mesaj göndərərək “Yaxşısı budur, öz xoşunuzla Ermənistanın tərkibinə keçin, belə daha tez bağışlanarsız, deyir”.
Erməni xislətini göstərən “İlham və Fərizə”, ”Pis qonşu”, ”Süsən və Sünbülün nağılı”, “Ən qiymətli nemət”, ”Simuzərin qisası”, “Günahsız qarı“ kimi nağıllar hər bir balaca azərbaycanlıya düşməni tanıdır və ondan qorunmaq üçün ayıq-sayıqlığı əldən verməməyə səsləyir.

Övladıma 3 nəsihət verəcəyəm!
“Oğlum öz zəkanla elə yüksək ki, düşmən sənə baxanda bağrı çatdasın!”
“Oğlum torpağını yağıdan təmizlə... Bir addım da olsa torpağını yağıda qoyma!”.
“Oğul yaxşını pisdən ayır, amma unutma ki, ermənilər yeganə millətdir ki, onların yaxşısı çox azdır”.
Əsas nəsihətim isə o olacaq ki, ermənilər bizim qan düşmənimizdir. Onları heç vaxt bağışlama! Onları bağışlasan Vətən çörəyi, Ata qanı, bir də Ana südü sənə haram olsun!!!
“3 nəsihət” Gülzar İbrahimova

Sevinc Məmmədli

Teqlər :
Ermənilərin - "düşmən" - elan - etdiyi - nağıl - yazarı - Gülzar - nənə -
Paylaş :
Mail Yazdır Şərh yaz 0 dəfə şərh edilib
25-06-2013 10:51 - 1791 dəfə oxunub
Orphus system Mətndə səhv var? Onu siçanla seçin və "Ctrl+Enter" düyməsini basın
Uşaq Aləmi, Ailə
04-12-2013 16:13 10 yaşına qədər qazanılması lazım olan bacarıqlar
29-11-2013 10:33 Qadın və kişi arasındakı daha bir fərq
18-11-2013 11:05 Doğum evlərinin unutduğu ən mühüm məqam
16-11-2013 14:17 Qadın və kişi arasındakı xoşbəxtlik fərqi
12-11-2013 16:45 Boşanmadan əziyyət çəkən ən çox uşaq, sonra da evin xanımıdır
23-10-2013 12:30 Nikahın bağlanması şərtləri: kimlər nikah bağlaya bilməzlər?
05-10-2013 11:52 Ailədaxili ixtilafların dəhşətli səbəbi bu yazıda
02-10-2013 16:13 Müdirinə bir söz deyə bilməyib, həyat yoldaşına gücü çatan kişilər üçün
26-09-2013 17:09 Yeniyetməlik yaşı 25-ə qalxdı
25-09-2013 16:41 Rusiyada 1 ildə yarım milyondan çox ailə boşanıb
20-09-2013 15:49 Qadınlar nəyə görə qeybətə meyl edir?
14-09-2013 11:03 Ailədə qadın və kişi ixtilaflarının səbəbi
30-08-2013 12:40 Ailəni qeyri-zəruri məsələlərə qurban vermək olmaz
24-08-2013 11:50 Həyat yoldaşı seçimində gözəllik axtarışında olanlar üçün
23-08-2013 14:43 Cəmiyyətimizdə övlad tərbiyəsi hansı vəziyyətdədir?
20-08-2013 11:44 Ailə, yoxsa ömür boyu peşimançılıq
26-07-2013 17:12 Baba və nənənin nəvənin həyatında oynadığı müsbət və mənfi rol
24-07-2013 09:26 Azərbaycanda abort yaşı enib
19-07-2013 17:06 Uşaqlarınızı başqaları ilə müqayisə etməyin
16-07-2013 17:31 Uşaqların başqaları tərəfindən bircə dəfə qorxudulması kifayətdir
12-07-2013 16:26 Valideynin ölümü uşaq üçün hansı problemləri yaradır?
09-07-2013 16:56 Övladlığa götürülmüş uşaq həqiqi övladlar tərəfindən ögeylikdə qınanarsa...
05-07-2013 16:42 Həkim qorxusu uşaqları iflic edə bilər
04-07-2013 21:41 Övladını erkən yaşda nikaha cəlb edən valideyn həbs ediləcək
25-06-2013 10:51 Ermənilərin "düşmən" elan etdiyi nağıl yazarı Gülzar nənə
20-06-2013 17:06 Hər şey körpənin "indini” "sonradan” fərqləndirə bilməsindən asılıdır
19-06-2013 13:45 Şərq və Qərb arasında qalan ailə
07-06-2013 15:39 Uşaqlarla hansı işlərdə məsləhətləşmək olar?
03-06-2013 15:43 Pampersin ziyanı barədə bilmədiklərimiz
01-06-2013 15:15 Dərman içmək istəməyən uşaqlar üçün
29-05-2013 16:40 Valideynləri aciz qoyan tərbiyə üsulları
25-05-2013 15:06 Valideynlər övladlarına ən azı kompüter qədər qiymət verməlidirlər
21-05-2013 16:33 Övladım oğurluq edərsə...
17-05-2013 16:02 Körpəniz ağlayır, siz isə sakitləşdirə bilmirsiziniz?
16-05-2013 17:02 Məktəb yaşlı uşaq üçün hansı rəftar qüsurlu sayılır?
13-05-2013 16:30 Valideynin narahatlığını öz geriliyi ilə əlaqələndirən uşaq daha da tormozlanır
30-04-2013 10:13 Uşaqlar cərrahiyyə əməliyyatına və müalicəyə necə hazırlanmalıdır?
23-04-2013 17:15 Şikəstliyi və ya əlacsız xəstəliyi olan uşaq hansı hissləri keçirir?
18-04-2013 15:15 Evlənərkən hansı məqamlara diqqət etməliyik?
15-04-2013 16:34 Valideynlər arasındakı ixtilafdan xoşhal olan uşaqlar
04-04-2013 17:16 Uşaqların boşanma ilə bağlı sualları necə cavablandırılmalıdır?
03-04-2013 17:13 Ata və ana arasındakı münaqişə uşağa necə təsir edir?
29-03-2013 10:48 Pis işlərlə valideynin diqqətini cəlb etmək istəyən uşaqlar
26-03-2013 16:56 Valideynin övladına verə biləcəyi ən gözəl hədiyyə
18-03-2013 17:09 Valideynlər uşaqlarını tənbeh edərkən mütləq bunları nəzərə almalıdır
11-03-2013 17:20 Valideyni aciz qoyan tərbiyə üsulları
07-03-2013 17:17 Hec kim məni başa dusmur
04-03-2013 14:42 Uşağı yuxudan oyatmaq üçün zəngli saatlardan istifadə etmək olarmı?
28-02-2013 16:19 Səhv ayaq yolu tərbiyəsinin fəsadları
21-02-2013 17:44 Rus qadınlar kişilərdə ən çox nəyi bəyənir?
15-02-2013 17:19 Məsuliyyətsiz uşaqla nə etmək lazımdır?
14-02-2013 17:31 Övladlarımız bizdən nə istəyir?
11-02-2013 12:56 Uşaqları kobud rəftara vadar edən amillər
28-01-2013 17:13 Uşağa ayaqyolu qaydaları necə öyrədilməlidir?
22-01-2013 16:47 Naşı həkim övladınız üçün hansı problemlər yarada bilər?
16-01-2013 16:36 "Maşa və Ayı" filminin qəhrəmanı əsl həyatda kimin prototipidi?
09-01-2013 17:36 Çarəsiz xəstəliyə tutulmuş uşağa necə kömək etməli?
31-12-2012 12:15 Körpələr
28-12-2012 14:49 Övladlarınıza kompüter qədər əhəmiyyət verin
22-12-2012 10:16 Atanın övlada verdiyi həyat dərsləri

Xəbər Lenti
Sorğu
Səs ver Nəticələr

Ölkə Siyasət
Dünya Hadisə
Müsahibə Hüquq
İdman İqtisadiyyat
Hərb Media
Araşdırma Top Secret
Analiz Elm-Texnologiya
Tarix Maraq Dünyası
Mədəniyyət Mənəviyyat
Uşaq Aləmi, Ailə Sağlamlıq
Sual-Cavab Foto
Video
Valyuta.com

Get our toolbar!

® 2012 FAKTXEBER.COM - Azerbaijan Online Internet Newspaper

Firefox 3.6+, GoogleCrome10+, Opera 9+, Macromedia Flash, 1360 x 768

Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


Rss - Saytın Xəritəsi - Dizayn : AA Design