Share...
11 May 2012 10:50
Sevinc Pərvanə. Uşaq şeirləri
Sevinc Pərvanə. Uşaq şeirləri

Sevinc Pərvanədən uşaq şeirləri


5-12 yaşındalar üçün

Nilufərə və Nərminə həsr olunur







Səhər

Günəş yuxudan durub
Fırçalayıb dişlərin
Darayıb saçlarını
Dənizə sallayıb, bax
Qızıl ayaqlarını


O, dənizi yandırmır
Dəniz onu üşütmür
İşıq saçan sular da
Günəşi sığallayır
Dəniz günəşin evi
Söndürmür onu dəniz
Oxşayır, qucaqlayır.




Oyuncaq it
Asılmışdı zivədən
Itim bir qulağından
Su damlayırdı ondan
Ağlayırdı deyəsən
Büzüşmüşdü bir az da
Titrəyirdi tükləri
İtim balacalaşıb
Lap pişiyə dönmüşdü
Anam sevinirdi
Bax,
İtin olub ağappaq.


Ağac adam

Qışda qar adam
Yayda ağac adam
Düzəldir atam

Gün vuran kimi
Çıxır aradan
Qar adam

Ağac adamın
Möhkəmdi canı
Qoruyur bağçanı
Sevdiyim sərçələrdən

Acığım tutur
Ağac adama hərdən.

Qəfəsdə ayı

Böyük bir ayını
Salmışdılar qəfəsə

Ayı nə vurnuxurdu
Nə etiraz edirdi
Görməmişdim beləsin
Cizgi filmlərində

Yaxınlaşdım mən ona
Öz küncünə sığındı
Mən balaca uşaqdım
Məndən elə qorxurdu
Sevincimdən titrədim
Toxundumu ayıya
Mənim bu hərəkətim?

O böyük ayı idi
Mən balaca bir uşaq
“Mişka” deyə səsləsəm

Qucağıma qaçacaq
Bir anlıq sandım.

Kaş qorxmasaydım...


Niloşla ayaqüstü söhbət

-Sən ağlama, qızım, qoy erməni bəbələri ağlasın.
-Ana, erməni bəbələri hardadır ki...
-Cəhənnəmin dibində.
-Bəs niyə ağlasınlar, yazıq deyillər.
-Yox, yazıq deyillər, yazıq ilan vursun yalansa onları...
-Bəbələriiiii?
-Yox, bəbələri yox, qızım.
-Bəs bayaqdan deyirdin bəbələri.
-Hirslənmişdim, dedim, daha demirəm.
-Ana, mən erməni bəbələri ilə oynamaq istəyirəm e...
- Qızım Zemkayla oynayarsan .
-Zemka məndən küsüb.
-Barışarsız.
-Yox e...yox e... mən erməni bəbələri ilə oynamaq istəyirəm.
-Olmaz, qızım. Onlar uzaqdadır axı...
-Harda? Cəhənnəmdə?
-Hə... Cəhənnəmdə.
-Ana, cəhənnəm hardadır? Biz gedək də ora...
-Olmaz, qızım. Cəhənnəm pis yerdir. Orda pis adamlar yaşayır.
-Bəbələəər də?
-Yox. Bəbələri demirəm ki...
-Bəs bayaqdan deyirdin bəbələr?
- Bəbələrin ata-anaları cəhənnəmdədir, özləri yox.
-Bəs onda bəbələr hardadır?Ana mən oynuyum da onlarnan.
-Yox qızım. Onlar pis bəbələrdir. Biz onların yanına gedə bilmərik. Sənin oyuncaqlarını alıb sındırarlar.
-Onların özlərinin oyuncaqları yoxdur?
-Var. Səninkini də istəyirlər. Ona görə pisdirlər də.
-Verərəm oynadarlar. Sonra da qaytararlar.
-Qaytarmaq istəməyəcəklər axı. Nə alırlar, geri vermirlər.
- Onda vermərəm oyuncaqlarımı.

Ayna, ayna, varmı məndən gözəl?

Nənəm deyir
Balam su pərisinə oxşayır
Babam deyir
Saçlarım yaşıl mamır
Dayım deyir
Dişlərim incidəndi
Dəcəl balam adamı incidəndi
Əmim deyir
əllərim gül budağı
barmaqlarım saçlarımın darağı
Bibim deyir
Ləçəkdən paltar geyib
Buna bax,
Əlin belinə qoyub
Xalam deyir
Şirinsən
Gözlə, arılar qonar

Anam deyir
Bu ətirdən heç yanda yoxdu
Dayan,dayan qoy iyləyim bir az da.
Atamın sözü çoxdu
Deyir
Bir dənədi
Balamdan yoxdu

-Ayna, ayna
Sən də bir söz desənə
Varmı məndən gözəl
Məndən şirin dünyada?


Robot ana


Robot kimi
Heç yorulmasaydı
Xəstələnməsəydi
İki yox
Dörd əli olsaydı anamın
Nə yaxşı olardı...




 (səs sayı: 22)
 
Xahiş olunur sayta öz adınızla daxil olasınız

Bu mövzuda digər xəbərlər:

  • Sevinc Pervanə
  • S.Pərvanə- Anama
  • Güntay Gəncalp. Ala İnək.
  • Sevinc Pərvanədən günün şeiri
  • S.Pervane yeni kitab


  • Şərhlər (10) | Çap et

    avatar

    Wrermdraw

    Əlavə olundu 26 dekabr 2009 21:29 Qeydiyyat: 18.07.2011
    sevinc,cox gozel seirlerdi cooox. "Nilosla auaqustu sohbet"cox xosuma geldi.Ehsen,bacim. Qizlarin cox xosbextdir senin kimi analari var deye.UGURLAR!!!
    avatar

    FacebookFreak

    Əlavə olundu 26 dekabr 2009 23:57 Qeydiyyat: 16.07.2011
    Gözəl şeirlərdi,ana dilimizin şirinliyi,rəvanlığı əks olunub misralarda...
    avatar

    jijamesq8

    Əlavə olundu 27 dekabr 2009 00:47 Qeydiyyat: 2.07.2011
    Təşəkkür edirəm, dostlar!
    Bu şeirlər də daxil olmaqla, balacalar üçün içində hekayələr, illüstrasiyalar və Niloşla maraqlı söhbətlər olan kitbça hazırlayırıq.
    Gələn ay satışda olacaq, güman edirəm.
    avatar

    FacebookFreak

    Əlavə olundu 27 dekabr 2009 16:56 Qeydiyyat: 16.07.2011
    Tanrı oğlunuza xoşbəxt həyat bəxş eləsin...Əgər onunla birlikdəsənsə, deməli həmin o mərhələləri, xəyalla gerçəkliyin sınırlarını həmişə düzgün ayırd edə biləcəksiniz...
    avatar

    ayxan hasan

    Əlavə olundu 28 dekabr 2009 11:20 Qeydiyyat: 19.07.2011
    yeqin ki burda ushaqlarindan bashqa ozunun de ushaqliq modelinden yararlanmisan, ele ona gore de gozeldiler, teshekkur sevinc. hem ferdi, hem de ictimai menada yeni neslin ushaq sheirleri asossasiasi bagishladi mene.

    yeni il simvollari ile bagli sheirlerin de olsaydi bu arada ushaqli boyuklu oxuyardiq
    avatar

    hivukuxg

    Əlavə olundu 28 dekabr 2009 13:57 Qeydiyyat: 30.06.2011
    Sevinc maraqli olmaga calishan, bu menada inadina sedaqetli xanim shairedi. Ayiq bir insandisa sherhlerde yazilan butun teriflere inanmir. neise
    "Ayna, ayna, varmı məndən gözəl?" sheirini misalcun men maraqla oxudum, ama Niloşla ayaqüstü söhbət-e niye sheir demeliyik bilmirem... Dialoqdu, sheir-zad deyil mence, ozu de cox boyuk metleb barede, bu movzu moddadi.
    Daha ciddisi odu ki, bu sheirlerde ushaga ve ushaq sheirene munasibet enenevidi. Sovet ushaq sheirlerinin 99 faizi bir terbiyevi motivi ashilamagi xoshlayirdi - ushaqlar yuxudan duran kimi... 1-ci novbede dishlerini fircalamalidilar."Günəş yuxudan durub Fırçalayıb dişlərin"
    Sevinc Pervane de bu modeldedi. Umumen bu sheir qarmaqarishiqdi... diqqetli oxucu sonraki misralari oxuyanda bunu yaxshi sezir
    neise yoruldum yazmadqan
    Size ugurlar Sevinc xanim!



    avatar

    Kicielmicky

    Əlavə olundu 31 dekabr 2009 11:39 Qeydiyyat: 18.07.2011
    Duzunu desem umumi sheir formatindan qiraga chixmagi ola biler.Amma bu sheiri oxuyanda nedense mende xususi rahatliq emele geldi.Heqiqeten yaxshi yazmisan.Tebrik
    avatar

    ingelfadvanna

    Əlavə olundu 1 yanvar 2010 17:01 Qeydiyyat: 18.07.2011
    Sevinc xanim cox beyendim lap,usaq olmagim geldi
    avatar

    Reopecoam

    Əlavə olundu 7 yanvar 2010 06:54 Qeydiyyat: 19.07.2011
    Qələmin pas tutmasın Dəmir bəy!
    Yazılarınızdan həmişə ədəbi, bədiii, estetik və s. çoxlu zövqlər alıram.
    Yaradıcı müəlliflər üçün məncə obyektiv fikirlər qədər qiymətli heç nə yoxdur.
    Sizə də uğurlar, sevinc xanıma da!
    Sevinc xanım tənqiddən nəticə çıxarmağı da bacaran istedadlı xanımdır.
    Mən belə deyərdim ki, bu şeirlər uşaq şeirləri olmaqdan daha çox, böyüklərin uşaq üçün yazmaq istədiyi şeirdir.
    Uşaq şeiri yazmaq isə, əslində zahirən asan görünməyinə bxmayaraq daha çətindir.
    Çünki, R.Tağı kimi aforizmə keçsək, sadəlik ən böyük mürəkkəblikdir!
    avatar

    Spaluendanund

    Əlavə olundu 14 yanvar 2010 18:47 Qeydiyyat: 20.07.2011
    Mənuçehr Cavanşir illər boyudur yanlış başa düşdüğü ədəbsəl qonuları türkçülüq hörmətinin örtüsündə yazıq gənclərimizin xorduna verir,baxın bu Məlihə Əzizpura yazdığı məqaləsının ilk sətrində böyük səhv edib,post modernizmi modernizmin kəsgin Antitezi adlandırır,baxın "Rza Bərahəni" nin www.dayaq.org daki müsahibəsinə Bərahəni bu qonunu orada və başqa bir danışıqda kəsgin yanlış bilir,az və ya yanlış oxumuş Mənuçehr(Güntay) bunların (Modernizm və Postmodernizmi) feodalitə və Kapitalism kimi çizgisəl formətdə alana gəldiğini zən edib Məlihə Əziz puru tə'rifləməğinə zəmin yaratmaq üçün böylə yazıb:


    "Modernizmin beşiyi, doğub və evrim (təkamül) evrələrini (mərhələlərini) yaşadığı, daha sonra öz antitezi olaraq bilinen postmodernizmi ortaya qoyduğu yer Batıdır."

    Ədavətimiz yox amma bu cür yazılarla gənclərimiz illər boyu özlərini tapanmayacaqlar,xusus Güney Azərbaycanda.
    Güntay bəy!,şeir və ədəbiyat sizin işiniz dəğil,bunu mən demirəm bunu sizin bu və buna bənzər neçə yazılarınız deyir,az bilmək və yanlış öyrənmək bilməməkdən daha təhlükəlidir,xusus sizin kimi ədəbiyat paltarına geyinənlər tərəfindən, bu yazıdan (heç olmasa) təkcə inciməyin,dərs də alın.sağolun.






    Top xəbərlər

    Sorğu


    Bu gün Azərbaycan ədəbiyyatında hansı hadisə baş verir

    Canlanma müşahidə olunur
    Ədəbiyyat tənəzzül dövrünü keçirir
    Yeni ədəbiyyat yaranır
    Hələ konkret bir fikir demək çətindir

    Təqvim

    «    Dekabr 2009    »
    BeÇaÇCaCŞB
     
    1
    2
    3
    4
    5
    6
    7
    8
    9
    10
    11
    12
    13
    14
    15
    16
    17
    18
    19
    20
    21
    22
    23
    24
    25
    26
    27
    28
    29
    30
    31
     




     



    ONLAYN

    Cəmi: 38        İstifadəçilər: 3
    I2Kaler hbkqxjngs FeeftengalTag