Share...
05 Feb 2012 19:19
DataLife Engine > Köşə > Azərbaycansayağı "düşmənçilik"

Azərbaycansayağı "düşmənçilik"


22 Dekabr 2011. Разместил: admin

Harada gördün erməni...

 

altÖtən günlərdə qonşunun iki uşağının küçədə "Qaçdı-tutdu" oynamasının şahidi oldum. Uşaqların oyunu məni elə maraqlandırdı ki, onları müşahidə eləmək qərarına gəldim. Deməli, təxminən, 5-6 yaşlarında olan qız uşağı özündən bir yaş kiçik olan qardaşı ilə hansının qaçmalı, hansının isə tutmalı olduğunu müəyyənləşdirməkdə çətinlik çəkirdilər. Axırda qərara gəldilər ki, sanama deməklə bu çətinliyi aradan qaldırsınlar. Balaca qızın dediyi sanama öz unikallığı ilə diqqətimi çəkdi. Məhz buna görə onu sizinlə də bölüşmək qərarına gəldim:

"Vay-vay soyuqdur,

Ermənilər toyuqdur.

Harada gördün erməni,

Vur başına gülləni."

Bu sözlər istər-istəməz təbəssümümə səbəb oldu. Eyni zamanda da fikrə getdim ki, yəni, doğrudanmı bizdə də uşaqlar artıq bu yaşlarından erməninin, düşmənin nə olduğunu bilir, ona nifrət edirlər? Doğrusu, buna heç cür inanmağım gəlmirdi.

Bilirik ki, erməni uşağı doğulan gündən onun qulağına "türk sənin düşmənindir" sözləri deyilir. Dığalar lap kiçik yaşlarından özlərinin uydurduğu saxta tarixlərini, yalançı qəhrəmanlıq salnamələrini əzbərdən bilirlər. Türkün qanını tökmək istənilən erməni üçün müqəddəs iş kimi qəbul edilir.

Bütün bunları bildiyimiz halda, biz yenə də uşaqlarımızdan həqiqətləri gizlədirik. Elə düşünürük ki, uşaq kiçik yaşlarından əsl həqiqəti bilsə, qorxar, beyni zəhərlənər, travma alar. Bizim xalq hər addımda uşaqlarını qorumağa çalışır. Hətta bu, əsl həqiqəti gizlətmək bahasına olsa belə. Çox uzağa getməyib, elə özümü misal göstərə bilərəm. Müəyyən yaşlara qədər evdə mənə Çingiz Mustafayevin Xocalıdan olan reportajına baxmağa icazə verilmirdi. Qadağaya "ürəyin ağrıyar, pis olarsan" kimi səbəblər göstərilərdi. Bu hərəkətin nə dərəcədə doğru və ya yanlış olduğunu deyə bilmərəm. Daha doğrusu, deyəcəklərim yalnız subyektiv fikirlərim olacaq. Mənə görə uşağın acı həqiqətdən ürəyinin ağrıması, məlumatsızlıqdan və ya şirin yalanlar ucbatından gələcəkdə başının ağrımasından daha yaxşıdır. Uşağa nifrət deyil, yalnız həqiqəti aşılamağın tərəfdarıyam. Həqiqəti öyrənən balaca kimə nifrət, kimə isə məhəbbət bəsləməli olduğunu özü müəyyənləşdirəcək.

Oyunlarına tamaşa etdiyim qonşu uşaqları bu mənada mənim üçün qeyri-standart azərbaycanlı uşağı obrazına çevrilmişdilər. Öz-özlüyümdə düşünürdüm ki, görəsən, bu uşaqlar başına güllə vurmaq istədikləri erməninin kim olduğunu, bizə nələr etdiyini bilirmi? Yoxsa bu sanama valideynlərindən və ya başqa uşaqlardan eşitdikləri, lakin mənasının fərqinə varmadıqları bir şeydir? Bu düşüncələrlə uşaqlara yaxınlaşdım. Elə bu dəm yaşı altmışı keçmiş qonşu qadın da küçəyə çıxdı. Uşaqlar onu görən kimi bir ağızdan "Salam, Anya xala" dedilər. Qonşu qadın da onlarla mehribanlıqla salamlaşıb, kef-əhval soruşdu.

Yalnız bundan sonra yenidən oyunlarına qayıtdılar. Məlum oldu ki, bir az əvvəl dedikləri sanamanın nəticəsini unudublar. Hansının qaçmalı, hansının qovmalı olduğu məsələsi yenə də mübahisə doğurdu və buna aydınlıq gətirmək üçün yenidən həmin sanamanı deməyə ehtiyac yarandı. Bu dəfə artıq balaca oğlan eyni sözləri deyirdi:

"...Harada gördün erməni,

Vur başına gülləni."

Bu balacaların heç birinin ağlına gəlmədi və heç vaxt gəlməz də ki, "Anya xala" dedikləri bu qadın ermənidir. Və o, Bakıda yaşayan minlərlə ermənidən sadəcə, biridir.

Uşaqlara vermək istədiyim sualları unutdum. Daha doğrusu, gördüklərimdən sonra bu sualların önəmi də qalmırdı. Bir daha əmin oldum ki, biz dəyişməyəcəyik. Bizim düşmənçiliyimiz belə, sözdə, o da yalnız uşaq oyunu səviyyəsində ola bilər. Bu yaxşıdır, yoxsa pis? Mən bilmirəm. Özünüz cavab verin.

 

shabnam1404@mail.ru

 

Şəbnəm Xeyrulla