Share...
30 Apr 2012 20:31
Anasayfa / Genel / DOĞUM ŞÖBƏSİNDƏ QƏTL (Hekayə)

nofeledalet

9 ay önce

DOĞUM ŞÖBƏSİNDƏ QƏTL (Hekayə)

 

Sahilə yüyənsiz at kimi çapan dalğalar qarşısındakı bəndə çırpılaraq yenidən özünə çəkilirdi. Bu mənzərəni seyr edən Esmira gözünü dənizin ənginliklərinə dayayaraq ömrünün ötən illərini varaqlayırdı. O illərin acısı da indi nə qədər şirin idi. Axı o illərdə gəncliyi, qız şıltaqlığı qalmışdı. Bir vaxtlar buralara qonaq kimi gələrdi. Doğma Şuşasının, Ağdamının, Xankəndinin gözəlliklərinə heyran olan bu xanım onu bura qonaq kimi çəkən ayaqlarını yamanlayardı. İndisə bu sahilin kənarı onun ünvanına çevrilmişdi. Doğma Qarabağının xəyalları ilə yaşayırdı bu küləklər şəhərində. Nə vaxtsa ora dönəcəyi ümidi ilə. Elə bu gün də xəyallarının ətəyindən, nəvələrinin əlindən tutub Xəzərin sahilinə, Pirşağı bağlarına gəlmişdi.

Uşaqlar oynaya-oynaya gah yanına yaxınlaşır, gah da sahil qumlarını biri-birilərinin üstünə ataraq o tərəf, bu tərəfə qaçırdılar. Balaca Şaiq birdən uşaqlardan ayrlılıb düz qadının üstünə qaçdı.

- Nənə, ay nənə, ora bax, ora bax.

Esmira, uşağın bu qışqırığından diksindi. Elə bil yuxudan ayıldı.

Hə, Şaiq. Yenə nə oldu?

- Heç nə olmadı, nənə. Sən ora bir bax. Tez bax, indi qaçacaq.

Esmira xanım uşağın nə dediyini əvvəl-əvvəl anlamasa da, dönüb göstərdiyi tərəfə baxdı. Dənizin üzərində aypara göy qurşağı sallanırdı.

-  Şaiq, sən göyqurşağınımı deyirsən?

-Hə, nənə. Bax gör necə də gözəldir, elə bil şəkildi, asmısan göyün üzündən.

- Hə, gözəldir. Get oyna.

Şaiq ondan ayrılıb yenə uşaqların yanına qaçdı. Esmira Şaiqə arxadan baxdıqca kiçik oğlu Ucalın uşaqlığını xatırladı. O da bunun kimi dəcəl, ancaq çox həssas idi. Göyqurşağını çox sevərdi. Esmira xanım bunun səbəbini  onun ilk dünyaya göz açdığı gün səhərin şüalarında yuyunan, günəşlə bir doğulan göy qurşağında görürdü. O günü hec vaxt unutmurdu. Tez-tez xatırlayırdı o günləri, xüsusən də, bir hadisə onu daim izləyirdi...

                   

                * * *

         Gün Xankəndinin başı üzərindən yavaş-yavaş çəkilirdi. Bəzi küçələrdə artıq axşamın kölgələri kirpik çalırdı. Bu vaxtlar olanda Xankəndinin küçələri insanlarla dolub daşırdı, şəhər elə bil yenidən canlanırdı.

        Həmid işdən çıxdı, sürücüyə,- “sən evinə get, mən bir qədər gəzib sonra gedəcəm”- deyib pillələrlə aşağı düşdü. Şöbənin həyətindən küçəyə çıxaraq üzü aşağı getdi. Usta Vartanın qalayçı dükanının qabağından keçib sağa buruldu, bir neçə erməni dığası ağacın dibində nə isə mübahisə edirdilər. Həmidin gəldiyini görən dığalar səslərini kəsdilər. Bu vaxt uşaqların dayandığı qapıdan, Həmidin də yaxşı tanıdığı, Çulçu Aşot göründü. Aşot:

-    Həmid kirvə, yaxından gəl. Nə olub piyada gedirsən?

-   Heç, Aşot, bir qədər piyada getmək istədim. Yolumu sizin küçədən saldım, çoxdandır bu tərəflərdən keçmirəm. Yadımdadır, mən uşaq olanda buralarda yaxşı bağlar vardı. Gəlib uşaqlarla meyvə yığardıq, sonra sizin erməniləri buralara köçürdülər. Onlar üçün buralarda evlər tikildi.

-     Hə. Kirvə, o günlər yaxşı yadımdadır. Biz İrandan gəlmişdik, sizin musurmannar bizi buralarda qucaq aşdı, bunu heş vaxt unutmaram. Kirvə, gedək evə. Yaxşı çaxırım var, oğlum da yaxşı Sevan balığı gətirib.

-Aşot, Sevan yox, Göyçə.

-Kirvə, nə fərqi, Sevan, ya Göyçə hər ikisi bizimdir.

-   Aşot, fərqi var Göyçə mənim baba yurdumdu, adını da babalarımız qoyub. O nə vaxtdan Sevan oldu?

-    Kirvə, pis anlama. Son vaxtlar bu əcləflar bir az şuluqluq salıb. Güya ayrılıb Ermənistana birləşəcəklər, siz də ona görə qəzəblənmisiniz. Kirvə, balalarına qurban, mən çulçu babayam, savadsızın biriyəm. Söz gəlişi Sevan dedim - Aşot ermənilər yaşayan küçəni göstərdi.

      Həmid yol boyu fikirləşdi: Bu Çulçu Aşot nədən belə danışır. Əvvələr bu it uşağı ona salam da vermirdi. İndi nə olub, yoxsa onlar da mənim vəzifəmdən qorxur. Bu düşüncələrdən hələ ayrılmamış gördü ki, artıq mənzilinin qapısına çatıb.

Zəngi basdı, qapını qonşunun qızı açdı. Həmid:

-   Hanı Esmira xalan? - deyib ayaqqabılarını soyunmaq istəyirdi ki, otaqdan həyat yoldaşının boğuq səsi gəldi: Həmid, ay Həmid. Tez ol, həkim çağır, mən bərk ağrıyıram.

Bu vaxt onun otağından bayıra çıxan Tükəz arvad,

-   Ədə, a bala, bu qızı tez xəstəxanaya apar, uşağı gəlir, tələf olar.

     

Sakit bir şəkildə dəstəyi qaldırıb  xəstəxanaya zəng vurdu. On-on beş dəqiqəyə maşın gəldi. Xanımı  maşına qoyub xəstəxanaya apardılar.

       Gecə yarı olmuşdu,  Həmid hələ də xəstəxananın qabağında gəzişirdi. Birdən korridora çıxan tibb bacısı Həmidə yaxınlaşdı:

 -      Müəllim, güzünüz aydın, bir oğlunuz oldu.

-     Esmira necədir?

-    O da yaxşıdır. Siz daha gedin evə, sabah gələrsiniz.

Həmid sevinə-sevinə evə getdi. Çox sevinirdi, Tanrı ona qardaş-bacı verməsə də üç oğul nəsib etmişdi. Necə sevinməyəydi?!

 

* * *

Səhərin dan yeri yenicə qızarırdı, birdən hava tutuldu, çobanalladan yağış yağmağa başladı. Bu cür yağışlar bu vaxtlar buralarda tez-tez yağardı. Yağışdan sonra hava yenidən açıldı. Hər tərəf al şəfəqli günəşin nuruyla yuyundu. Bu mənzərəni seyr edən Esmiranı xəstəxanada yeni işə başlayan tibb bacısı Zaykanın səsi ayırdı.

-    Esmira xanım, uşağınızı gətirdim, süd verməlisiniz.

 Zaykanın köməkliyi ilə durub yastığa söykənən Esmira yaxasını açdı, uşağı döşünə salıb, ona diqqətlə baxdı. Necə də özünə oxşayırdı. Gözünü körpəsindən ayırıb yenə pəncərədən bayıra nəzər saldı. Bayırda yağışdan sonra qanadlarını sallayan göyqurşağı görsənirdi.

Ananın çöhrəsini gülüş bürüdü; bu səhər hər şey necə də gözəl idi: Övladı, göy qurşağı. İnsanlar. Hamı, hamı.

       Uşağı qucağına götürəndə onun qolunda yazılan adına diqqət etdi. Bu  vaxta kimi adını düşünməmişdi. - “İndi ona yaxşı ad qoymalıyam. Həmid gəlsin elə bu gün ona ad qoyarıq” fikirlərini xəyallarında dolandırdı. Zayka yenə bayaqkı incə səslə dilləndi:

-    Uşağı ver, xanım. Bəsdir, həkim ilk günlər uşağın anası ilə çox qalmasına icazə vermir.

Ana övladına bir də diqqətlə baxaraq tibb bacısına uzatdı.

Uşaq qucağında sağdakı palataya keçən Zayka onu, boş beşiklərdən birinə qoyaraq korridora çıxdı.

      Zayka, son günlər xəstəxanaya yeni təyin edilən cərrahla maraqlanır, ona göz qoyur, bir bəhanə ilə otağına girib-çıxırdı. Elə indi də uşağı ona görə anasından tez ayırıb, qoyduğu beşiyin nömrəsinə baxmadan tələsik korridora qaçmışdır.

Yeni cərrahla maraqlanması təsadüfi deyildir. Gizli erməni komitəsinin üzvü olan atası ona bu tapşırığı vermişdi. Tapşırığa görə Zayka həkimlə yaxınlıq etməli, onun şöbəsinə keçməyə nail olmalı və burada gizli komtənin tapşırıqlarına əsasən qeyri erməni pasiyentləri kimyəvi maddələrlə zəhərləməli idi. Şübhəsiz ki, Zayka bunu bacaracaqdı. Atasının dediyinə görə, anası vəfat edənə kimi neçə-neçə türkü belə məhv etmişdir. İndi Zayka anasının yarımçıq işini davam etdirməli idi.

          Zayka korridorla cərrahiyyə şöbəsinin qabağına gəldi. Həkimin qapısı açıq idi. Diqqətini özünə cəlb etmək üçün yanbızlarını əsdirə-əsdirə qapıdan içəri girdi. Əliylə yaxasını bir qədər də geniş açaraq həkimdən nə isə soruşdu və yenə də gəldiyi kimi korridora çıxdı və qapının ağzında dayandı.

    Əynindəki ağ xalatdan onun əzaları incəliyi ilə sezilirdi. Qapının ağzında xalatının ətəyini yellədir, ağ baldırlarını bu dəliqanlı gənc həkimə nümayiş etdirirdi. Hərəkətləri, nəhayət, öz işini gördü. Cavan həkim –Zayka- deyə onu içəri çağırdı. Zayka da nazlana-nazlana içəri girdi. Həkim:

-     Zayka, bu gün, bəlkə, gecə növbəsinə qalasan, mən də qalacam, bir yerdə söbət edərdik. Bu qocalarla mənimki heç düz gəlmir.

-      Ah! Necə istəyirsiniz, mütləq qalaram –deyib həkimin yanında əyləşdi. Ehtirasını cilovlaya bilməyən həkim əllərini onun dizlərinin üstünə qoyaraq sığallamağa başladı. Zayka həkimin bu hərəkətini görüb cəld qapıya qaçdı. Həkim əvvəlcə zənn etdi ki, Zayka inciyib getdi. Ancaq Zaykanın anidən etdiyi bu hərəkət onu sevindirəcək bir sonluqla sona çatdı.  Otağın yarı açıq qapısını örtərək cəftəni vurdu və gəlib bayaqkı yerində əyləşdi.

Zaykanın otağa gəlməsindən bir saatdan çox vaxt keçmişdi. Bu vaxt ərzində həkimin qapısı belə döyülməmişdi. Baxmayaraq ki, onun bura girdiyini şöbənin digər erməni qızları da görmüşdü.

       Zayka otaqdan bayıra çıxdı. Həkim üst-başını düzəldərək öz yerinə keçdi. Zaykanı korridorda ilk görən Arakse:

-    Yaxşı vaxt keçirmisən, deyəsən? Saçını qaydasına sal, yaxanı bağla.

       Zayka tez korridorun sonunda olan güzgünün qabağına qaçdı. Saçlarını qaydasına saldı, yaxasını bağladı. Lakin, boğazında qalan qızartıları gizlədə bilmədi. Heç bunu özünə qəbahət də bilməyərək, uşaq şöbəsinə keçdi. Artıq körpələri anasına verməliydi. O əvvəlcə Esmiranın uşağını verdi, Esmira ilə bir vaxtda Haykanuşun da uşağı olmuşdu, onu da rəfiqəsi apardı.

 Esmira  uşağa baxaraq üzünü Zaykaya tutdu:

-  Zayka, bu mənim uşağım deyil. 

   -   Ola bilməz qoy baxım - deyib yan palataya keçdi. Zaykanın gəlməyini gözləməyən ana bu özgə uşağa ağlamasın deyə süd verdi. Uşaq acgözlüklə ona sığınaraq səsini kəsdi.

Heç aradan bir dəqiqə keçməmişdi ki, korridorda bir qışqırıq qopdu. Kimsə qışqırırdı:

- “Apar bu türk küçüyünü. Hanı mənim uşağım”? Bu harayı eşidən Esmira uşaq qucağında cəld bayıra qaçdı. Qışqıran onunla bir gündə ana olmuş Haykanuş idi.

   Esmira “Uşağın məndədir, bacı” deyərək Haykanuşa tərəf getdi. Haykanuş uşağı qucağına götürməmiş sual dolu nəzərlərini Esmiraya zillədi. Gözündən ölüm qorxusu yağan erməni fahişəsi dilləndi:

- İnandığımıza and olsun, sənin övladına süd vermədim, yalvarıram düzünü de süd verdinmi mənim uşağıma?

-      Hə, verdim. Nə olsun ki, ağlayırdı, ac idi.

Bunu eşidən Haykanuş, bir faciə baş veribmiş kimi qucağında tutuğu körpəni Zaykanın üstünə ataraq palataya qaçdı. Zayka körpəni Esmiraya verib Haykanuşun uşağını dalınca palataya apardı. İçəri girəndə Haykanuşu yatağa uzanaraq qəzəblə ağladığını gördü. Zaykanın gəldiyini görən kimi bağırdı:

-    Apar onu, o lənətə gəlib, türk südü əmib. Yazıq balam! Hələ bundan Robert xəbər tutsa, səni də, məni də, elə bu “it südü əmən küçüyü də” güllələyər.

     Zayka Haykanuşun dediklərinə tam əminliklə inandı. Onun hələ uşaqlıqdan qulağına hər gün  söyləmişdilər ki, türklər onların düşmənləridir. Söz çevirmədən uşağı palataya qoyaraq bayıra çıxdı. Sonra nə düşündüsə yenə içəri girdi. Hirsini boğa bilməyən Haykanuş özünü saxlaya bilmədi. Onun təkrar qayıtması daha da əsəblərini oynatdı. Zaykanın üstünə cumaraq  – “səni öldürəcəm, balamı məhv etdin”-   deyərək saçına əl atdı. Zayka da zəif deyildi, bir anda onu saçından aralayıb döşəməyə çırpdı. Haykanuş  Zaykanın bu hərəkətindən anladı ki, güc gələ bilməyəcək. Hiyləyə əl atdı.

-    Məni qınama, bacı. Sənin üzündən bu küçük lənətə gəlmiş türk südü əmib. Onu nə qədər tərbiyə etsəm də o Robert ola bilməz. Robert, təkcə, ötən gecə Ağdərədə üç türk uşağını oğurlayaraq diri-diri yandırıb.

       Zayka gedəndən sonra Haykanuş qəti qərara gəldi. O bilirdi ki, özü də deməsə uşağının türk südü əmdiyini Robertə deyəcəklər. Robert də elə uşaqla bərabər onu da gecənin birində Xankəndindən çıxaracaq şəhərin arxasındakı meşəyə aparıb izsiz-tozsuz öldürəcək. Bundan qurtulmağın bir yolu vardı, uşağı öldürmək. Bəs bunu necə edə bilərdi, o öz qarnından çıxan balasını necə öldürəydi? Qərara gəldi ki, Zaykadan kömək istəsin. Onun gizli komitədə olduğunu bilirdi. Onu da bilirdi ki, Zayka da onun kimi türkə nifrət edir. Sonra bu fikrindən vaz keçdi.                                              

 

                                        * * *

         Gecə saat bir olardı. Zayka ilə növbətçi həkim Sürəyya oturub söhbətləşirdilər. Birdən Zayka çay gətirmək üçün mətbəxə düşdü, bir qədər keçmiş iki stəkan çayla geri döndü. Çay içəndən beş-on dəqiqə keçmiş artıq Sürəyyanı yuxu tutdu, o elə oturduğu yerdəcə yuxulayırdı. Zayka yarıyuxulu həkimi boş palataların birinə aparıb yatağa uzatdı. Sonra tələsik cərrahiyyə şöbəsinə getdi. Təzə həkim Fazil onu şöbənin giriş qapısında gözləyirdi. Zaykanın gəldiyini görən kimi kabinetinə keçdi, qız da onun ardınca içəri girdi. Qapını bağladılar.

      Səhərin dan üzü görünəndə Zayka həkimin yanından çıxaraq doğum şöbəsinə gəldi. Sürəyya həkim otaqda yox idi. Körpələr palatasından səs-küy gəlirdi. Cəld palataya keçdi. Qapının ağzında onunla qarşılaşan Sürəyya :

- Ləçər, sən nə etmisən? Kim cavab verəcək bu rəzilliyə? Harda idin, yoxsa sən də bu harsınla əlbirsən?

       Zayka Sürəyyanı sinəsindən itələyib irəli keçdi. Palatanın ortasında ağın üzərinə qoyulan, rəngi göyərmiş körpəni görəndə nə baş verdiyini anladı. O saat da dəqiqləşdirdi ki, körpəni kim öldürüb.

Palatada körpəsinin beşiyinə söykənən Esmira hönkürür, mən günahkaram – deyib fəryad qoparırdı. Haykanuşsa kənarda durub etdiyi hərəkətin şokunu yaşayırdı. Bir qədər keçmiş baş həkim palataya daxil oldu. Bundan sonra körpələrin digər palataya keçirilməsinə göstəriş verdi.

Esmiranın qoluna girən Sürəyya dodağı titrəyə-titrəyə dilləndi:

-    Bu həyasızların hərəkətini görürsən?!

 

*  *  *

    Artıq günəşin son şöləsi Xəzərin sahillərinə üzünü sürtə-sürtə yox olurdu. Uşaqlar sudan bir qədər kənarda dayanan maşına doluşmuşdular. Esmiranın yanında dayanan Şaiqsə nənəsinin dalğın gözlərinə baxır, onun nə düşündüyünü sanki, baxışından oxumağa çalışırdı. 

Yorum Yaz
Arkadaşların Burada !
Bu içeriği duvarında Paylaş
  • Bu içeriği arkadaşlarınla paylaş!
  • Yeni içerikler bul!