Share...
08 Feb 2012 16:01
Lent.Az|   




KULİS+
Ermənilər və müsəlmanlar

Biz niyə məğlubuq?

Fəxrəddin Hacıbəyli

Heç kimdən yox, ÖZÜNÜZDƏN inciyin və özünüzü boykot edin.

Hec kim erməninin qara qaşına, qara gözünə heyran olmayıb. Onlar bu günkü günə onilliklər öncə hazırlaşmağa başlayıblar. Gəlin, ermənini özümüzə düşmən bilək, onu lap söyək, lənətləyək... Amma haqqı dəyək, bu uğurlara haqları olduğunu, bunu ağıl və uzaqgörənliklə qazandıqlarını etiraf etməyi bacaraq.
Vaxtilə ermənilər Fransaya elm-təhsil ardınca gedib, oxuyub ORALARDA qalıb, ORALI olanda bizim babalarımız oğurluq-doğurluq qəpiyi-qəpik üstə yığıb Məşhədə, Kərbəlaya, Məkkəyə gedib, "məşədi", "kərbəlayi", "həcı" titulu qazanıb, uzun saqqalını yırğalaya-yırğalaya kənd-kəsəyinə dönər və qalan bütün ömrünü firavanlıq içərisində qəflət yuxusunda mışıl-mışıl uyumaqda keçirərdi.

Nə dünyanın dərdi-sərini, nə gedişatını izlərdi. Bir kimsənin "nə alına qarışardı, nə qalına". Yağlı yeyib, yan yatardı. Ağrımayan başına buz bağlamazdı. Bütün dünya alışıb yansa da, bir "xorum" otu yanmazdı. "Üçdə alacağı yoxdu, beşdə verəcəyi". "Araz aşığından olardı, Kür topuğundan". Bəla ondan ötüb qardaşına dəyəndə elə bilərdi saman çuvalına dəydi. Canı ağrımazdı ağrıyan canları gördükcə.

"Müqəddəs yol"dan qayıdanda da elində-obasında hörmət görürdü, məclislərin başında əyləşdirilərdi, bir dediyini iki eliyən, sözünün qabağında söz deyən olmazdı. Ağzından nə çıxsa, möhür-təsdiqi üstündə olardi. Yalan deyil, kişi "çahardəh məsum"u ziyarət edib, "həccərül-əsvəd"ə üzünü sürtüb,"müqəddəslər"i ziyarət edib gəlib. İmanlı babalarımız heç vaxt əziz-xələf övladlarının gavur məmləkətində, xaçpərəstlərin içərisində haram elmlər tədris eləməsinə, imanına-dininə xilaf işə, naqis əmələ qol qoymasına razı olmazdılar.

Öz övladlarını pak, halal mollaxanalarda, elmi-ürfan, "çərəkə", Quran, "Gülüstan", "Bustan" öyrənməyə yollayardılar. Mollaya da "döy, təki oxusun! əti sənin, sümüyü mənim, a molla" deyib, elmə, mərifətə "sevgi" aşılayardılar. Övladlarının da ayağı falaqqada, başı möhürdə, pak və mömin böyüyüb, iman əhli, din fədaisi olub. Rəhmətlə anırıq babalarımızı, çünki kirpikləriylə od götürüb, din içində din yaşadıb, min əzab-əziyətə qatlaşıb, bizə gözəl ənənə, zamanın sınağından çıxmış adətlər, deqredasiyaya dözümlü, qranit kimi möhkəm mentalitet, pak din miras qoyub gediblər.

Bu gün erməniyə yenilməmizin kökü üzdə, bu günlərdə deyil, dərindədir. Mənim babam balasını "uşqol"a verməmək üçün harada gizləməyi, Akopun, Vazgenin babası isə övladını hansı ali məktəbə təhsilə yollamağı düşündüyü günlərdən qoyulub bugünkü yenilgəmizin bünövrəsi. Akopun babası övladına elm öyrədəndə mənim babam övladına "gündə neçə rükət sünnət namazı qılsa cənnətdə ona neçə huri əta olunacaq" "elmini" tədris edirdi və sonra da gedərdi Mirzə Cəlil demiş, it boğuşdurmağa, xoruz döyüşdürməyə, dərviş nağılına qulaq asmağa, hamamda yatmağa.

Beləcə şanlı, şöhrətli dillər əzbəri olmuş ömür yaşayıb babalarımız. Bəs bu donuz yeyən, murdar erməninin nəyi var? Nə olsun dünyanın hər yanına səpələniblər, hər yanda vardırlar və sözləri də hər yanda keçir? Nə olsun ki, Firəngistanda-mirəngistanda da bir-iki tanınmışları var və o tərəflərdə onlara daha tez inanırlar.

Bizim də qürurumuz, elm və mərifət mənbəyi dinimiz var, qeyrətimiz var, namusumuz var, uca bayraq dirəyimiz var, coşqun Kürümüz, vüqarlı Kəpəzimiz, Neapola oxşayan paytaxtımız var, torpağımızın altı da, üstü də sərvətdir, günəşli vətənimiz var, ilin doqquz ayı günəş Muğanda doğub, Muğanda batır, özümüz də qədim tarixi ənənələri olan millətik, Məhəmməd ümməti, Əli şiəsiyik. Bundan böyük səadət?!

Mirzə Cəlil öz xatirələrində "Molla Nəsrəddin" jurnalının ilk çapının necə əzab-əziyyətlə başa gəlməsindən, mətbəə xərclərini ödəməyə pul tapmamalarından, pul üçün müraciət etdikləri həci-kərbəlayı tüccarların qəzetin-jurnalın mahiyyətini anlaya bilməmələri və buna əhəmiyyətsiz bir iş kimi baxdıqlarından yazır.

Mirzə Cəlilin ürək ağrısıyla qələmə aldığı bu hekayətdə diqqətimi cəlb edən bir cümlə hələ də yaddaşımda ilişib qalıb; "Həmin vaxt (1906-ci il, "Molla Nəsrəddin"jurnalının nəşrinə başladığı il) Tiflis mətbu idarəsində türk bölməsinə baxan iki senzor vardı, ikisidə erməni idi". Bax belə...

Bizlər hələ qəzetin, mətbuatın mahiyyətini yeni-yeni anlamağa çalışırdıq, əksəriyyətimiz hələ də qəzet-jurnalı gərəksiz bir şey sayırdı, amma ermənilər bizim gələcək qəzetlərimizi "sansor" edəcək rütbələrə yiyələnmişdilər, əllərində qayçı bizi "sansor" edirdilər. Necə gedib çıxmışdılar o "yerlərə"? Müsəlmanın sinəsindən geri itələyib, ermənini zorla çəkib "yuxarı başda" otuzdururdularmı? Xeyr!

Erməni atalar "uşqol"a verməmək üçün övladlarını kərmə qalağının içərisində gizlətməmişdilər. Elmi "halal"-"haram" kateqoriyalara bölüb bütün dünyanın intişarına səbəb olmuş fənləri küfr və haram elan edib, özlərinə istisi-soyuğu olmayan, kin-nifrət aşılayan uydurma sadomazoxist əhvalatları elm adına millətinin balalarına əzbərlədib beyinlərini küt və zəlil etməmişdilər. Məzhəb, din savaşlarına vaxt və enerji sərf edib, sonucda gücsüz, zəif, naçar duruma düşməmişdilər. Hansı namazın savabı nə qədərdir və ona cənnətdə neçə huri düşür" kimi səfsəfələrə beyinlərini məşğul etmirdilər.

Əhalinin savadlanması məsələsi ortaya qoyulanda maarifçilər qapı-qapı düşüb "müsəlman" atalara məktəbin, təhsilin, elmin zərurətini anlatmaq üçün minnət edirdilər, erməni atalara deyil. Onlar təhsilin, elmin vacibliyini qapılarına "Rus Əhməd" gəlmədən də anlamışdılar.

İndi insafla deyək – uğur qazanmağa kim daha çox haqlıdır?

Bizmi, onlarmı?



Ermənilər və müsəlmanlar - Lent.az Paylaş: Facebook Twitter GooGle Myspace
  • Oxunma sayı:654

Şərh Yaz
votedemo
X
Yüklənir........
  Şərhlər Sayı: 20 
Narmin Bu adamdan sözün əsl mənasında zəhləm gedir, ama düz sözə nə deyəsən? Ancaq düşünürəm bunu xristyanların elmə yaxınlığı, müsəlmanların uzaqlığı kimi yozmaq olmaz.Çünki inkvizisiya kimi sübut var tarixdə.Lakin avropalılar dini həyat tərzindən və idarəetmədən çıxara bildilər sanki, din qaldı ürəklərdə vicdanda,inanmaq istəyən inansın,istəməyən inanmasın. Bu uğurlu tətbiqetmə idi. Şərq isə get-gedə daha bataqlığa batdı,qurtulmaq əvəzinə.
unknown Cox teessuf ki, eledir. Mirze Celilden bu yana hec ne deyishmeyib.1996-ci ilde Tbiliside bir yigincaq var idi. Umum Zaqafqaziyadan. Men Xocali faciesinden danishanda ermeni ofisinin surucusu dillendi ki, menim milletimin haqqinda niye menfi rey yaradirsan. Amma menim 2 Universitet bitirib, sonra da Amerikada tehsilini davam etmish ziyalim iddia edir ki, Ramin Seferov duz elemiyib, ermenini yatdigi yerde oldurub. Guya ermeniler duz elemishdi Xocalini qiranda, arvad ushagi esir goturub bashina min oyunlar acanda. Ermeni ucun bir meqsed var - denizden denize Ermenistan yaratmaq. Harda olurlarsa olsunlar her sheylerini bu meqsed ugrunda qururlar. Azerbaycanlinin meqsedi yoxdur, yarisi islama, yarisi turke, yarisi rusa meyillidir. burnumuzdan uzagi gormuruk ve pula ve ya qadina aldaniriq. Eslinde hec bu agilla bu Veteni haqq etmirik. Allah yardimimiz olsun. Allah bizim besiret gozumuzu acsin
Omer yene bu ALlahsiz seytani getirdiz bura?biqeyretin biridir bu.
guler biz ürəyi təmiz unutqan millət olmusuq amma ermənilər həmisə bizi ozunə dusmən bilib anam deyir nənəm rəhmətlik hələ 70-ci illərdə həmisə deyərdiki ermənilər bizim dusmənlərimizdi onlara heç vaxt inanmayın deyir bizdə o qədər fərqinə varmazdıx gozlərimiz elə bil bağlanmısdı müharibə baslayanda elə hey dedilər "Allah sənə rəhmət eləsin ay nənə sən düz deyirmişsən"hə bax biz beləyik xəncər ürəyimizə sancıldı sonra ayıldıx
Samir Avropaya deli sevginin arxasindan homoseksualin tuklu baldiri gorunur.
Turan Duz sözə nə deyəsən bizim başımıza gələn bütün bəlalar birmənalı olaraq müsəlmançılıqla bağlıdır. Azərbaycan xalqının tənəzzülü Babəkin məğubiyyəti ilə başladı və hələ də davam edir. Ərəblər bizi də özlərinin rəzil günlərinə saldılar. Yaxşı ki arada 70 il Sovetin tərkibində olduq yoxsa inanın ki indi bundan da betər gündəydik.
someone Mene ele gelir ki ermenilerin basimiza actiqlari musibetlerde uzumuzun unutqanliq gunahi da az deyil.baxin 1918 -den uzu beri ermenler milletimize qarsi nece-nece qirginlar toretmisler,ancaq bulari gore-gore ve bile-bile sovet dovrunde ermeni qiziyla evlenmeyi ozderine prestij sayirdilar,baki ermenilerle dolu idi.(ele indi de az deyil).ermeniler ve ruslar bakinin elitar tebeqesi sayilirdi.oz olkemizde yasiya-yasiya dogma dilimizde danismaq ermenilerin yuxaridan awagi baxiwlari ile musaiyet olunurdu.sizce bunun gunahi kimdedi.men eminem ki ,qarabag munaqisesi hell olandan sonra yuxarda sadaladiqlarim yene tekrar olacaq baxmayaraq ki ermenler daha bir qirgin xocalini toretdiler
Ali Ömer,..sen ibadət əhlisənsə, Mirzə Cəlilin yazdığı şarlatan ruhanilərdən fərlənmirsən. İbadət əhlinin işi-gücü onu-bunu təhqir və lənət etmək yox, oxumaq, düşünmək, analiz etmək, nəticə çıxarmaqdır. Səhv danışanı isə kafir elan etmək yox, arqumentlərlə susdurmaq lazımdır. Mən də ibadət əhliyəm, amma onun yazdıqlarını təsdiqləyirəm. Müsəlmanları inkişafdan saxlayan mollalar və ruhanilər oldu. Həmin ruhanilər Osmanlıya çap maşını, qatar, teleqrafın gəlməsinə mane olnmaqla ölkəni 100 il dala saldılar və az qala İslamın dayağı olan Türkiyəni yem edecekdiler xristian dünyasına. Təsəvvür edirsiniz, ruhanilər təyyarəyə şeytan əməli deyirdiler. Fikirlərini isə əsaslandırırdılar ki, Allah lazım oslaydı insana uçmağa qanad verərsdi...Allah sizin kimi ruhanilərin bəlasını versin ki, bəlkə müsəlman dünyasınnı beyinləri zülmətdən qurtara.
Omer Şərhlərinizdə dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şərəf və ləyaqətini alçaldan ifadələr işlədilməməlidir. Bu tələblərə cavab verməyən şərhlər yayımlanmayacaq..
Samxal Deyilənlərdə həqiqət ola bilər amma bizim Tusimizi , Nizamimizi söyləyin heç deyilsə hə Avropa tarixin bilməyənlər məndəndə bir şərh-Avropa daha 70ci illərdən öncə hamamın nə olduğun bilmirdi.
Hacı Uğurlar...
Müsəlman Ömər sən sapıq müsəlmansan. Geridəqalmış orta əsrlər müsəlmanısan.
yaşar əlivə sağlıq Fəxrəddin bəy. Azərbaycanı bu qara günə salan elə bu islam və mollalar olublar. müsəlmanlar dünya ilə qaynaşa bilmirlər və dünya ilə qaynaşa bilmiyən geri qalacaqdır. indi də Azərbaycani dünya ilə qaynaşmaya əngə olan İslamçılıqdır. umarim ki yeni nəsil ata babalarimiz kimi Ərəblərin fəlakətli kültürü ilə dünyadan təcrid olmasinlar və qaynaşmaya bə bilim öyrənməyə başlasinlar.
yaşar əlivə sağlıq Fəxrəddin bəy. Azərbaycanı bu qara günə salan elə bu islam və mollalar olublar. müsəlmanlar dünya ilə qaynaşa bilmirlər və dünya ilə qaynaşa bilmiyən geri qalacaqdır. indi də Azərbaycani dünya ilə qaynaşmaya əngə olan İslamçılıqdır. umarim ki yeni nəsil ata babalarimiz kimi Ərəblərin fəlakətli kültürü ilə dünyadan təcrid olmasinlar və qaynaşmaya bə bilim öyrənməyə başlasinlar.
yaşar əlivə sağlıq Fəxrəddin bəy. Azərbaycanı bu qara günə salan elə bu islam və mollalar olublar. müsəlmanlar dünya ilə qaynaşa bilmirlər və dünya ilə qaynaşa bilmiyən geri qalacaqdır. indi də Azərbaycani dünya ilə qaynaşmaya əngəl olan İslamçılıqdır. umarim ki yeni nəsil ata babalarimiz kimi Ərəblərin fəlakətli kültürü ilə dünyadan təcrid olmasinlar və qaynaşmaya bə bilim öyrənməyə başlasinlar.
Müsəlman Allah Azərbaycanı İblisə qulluq edən yaşarkimilərin fitnələrindən, Ömərkimilərin mövhumatından saxlasın.
Mömin Şərhlərinizdə dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şərəf və ləyaqətini alçaldan ifadələr işlədilməməlidir. Bu tələblərə cavab verməyən şərhlər yayımlanmayacaq
Mömin Şərhlərinizdə dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şərəf və ləyaqətini alçaldan ifadələr işlədilməməlidir. Bu tələblərə cavab verməyən şərhlər yayımlanmayacaq
Mömin Başa düşmədik, ermənini tərifləyən, gunahın hamısını bu millətin üstünə yıxan bir köşə yazısı bu şərtin altına düşmür amma bizim yazdıqlarımız "Şərhlərinizdə dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şərəf və ləyaqətini alçaldan ifadələr işlədilməməlidir. Bu tələblərə cavab verməyən şərhlər yayımlanmayacaq.." Yoxsa, sizdə də senzurada erməni oturub? Qorxdunuz mənim həqiqətlərimdən? Elə qorxarsınız... Hər şeyin öz adını demədiyinizə görə bu gündəsiniz.
Azer Ozunu beri basdan meglub sayan bu "ustad"a qeddafinin turkiye haqqinda dediyi bir sozu demek lazimdir: Turkiye basqa bir kisi ucun erinden bosanmis arvada oxsayir, bosanmis oldugu ucun teze kisi qebul elemir, basqa kisi uzunden terk elediyi ucun de eri qebul elemir. bax sen avropa medeniyyeti ugruna oz kecmisini oz medeniyyetini ayaq altina alan biri olaraq hemise de o yaziq arvadin gununde olacaqsan, kiminse qucagina girmen de sadece muveqqeti heves oldurme teyinatli olacaq. hansi kecmis hansi medeniyyet deyirsense sene ibn-Rusht, Ibn-Haldun, el-Cabir, ibn-Sina, Ferabi, Biruni, Tusi ve adlari burda sayilmayacaq derecede cox olan insanlari arasdir oxu ve anlamaga calis deyerem. Hansi ki Avropa medeniyyeti elmi ve tereqqisinin kokunde en azindan burda adlari yazilan insanlarin emekleri durur. Hec biri harward mezunu deyildi, meshed, kerbela mekke kimi bir cox sheherlere sadece elm dalinca gedirdiler, elm Chinde bele olsa dalinca gedin deyen Peygemberimizin buyruguna uyaraq, defelerce olan ziyaretlerine baxmayaraq hec biri de haci, mesedi, kerbelayi kimi adlandirilmayib ve xatirlanmayib, heci. sen gelin bunlarin medeniyyetini oyrenek deyeceyine gelin oz medeniyyetimizi oyrenek dirildek ve yasayaq deseydin ehsen dedirderdin ozune, ki cetin olani secdin, asan olani deyil, hansisa qrantla veya maddi destekle ulashan kopekler orkestrinin bir uzvu olmadin. Mensub oldugun (deyisdirmemisense tebii ki hele) dinin hokmlerinde deyilir ki kitab ehli ile sadece yaxsi seylerde yarisin, ve onlar sizinle doyusmedikce siz de onlarla ceng etmiyin. ama sen neyi tovsiye edirsen? gelin karbon kopyasi olaq qerb medeniyyetinin, gec olsa da hele gec deyil; ve cirkin fikirlerini haminin yarali yeri olan meseleleri perde ederek sacirsan Heci, silkelen ve ozune gel, Mevlananin sozu olmasin kim olursansa ol, yene gel hem de

Digər yazılar

Dikkens və Axundzadə işığında

“Başqaları nə deyər?”

Mizantropik məqamlar

Qalstukdan vicdan dərsi

Pol Ostermi, Ərdoğanmı haqlı?

6 günlük qız uşağının küçəyə atılması

Binalarımız hündürləşir, məbədlərimiz alçalır

“Nəfəslərini, həyəcanla döyünən ürəklərinin səsini eşitmək...”

Deutches Requiem

Günəşə öygü

Xətrimə dəyirsən zalımın qızı!

Ermənilər və müsəlmanlar

Məni zorla ağlatdılar...

Çörək, şərab, sən və mən...

“Əksər jurnalistlərdən təxminən iki dəfə çox maaş almışam”

Yel həkimi necə sevindirdi?

Qara taleli qızı ağ kəfəndə dəfn etdilər...

Xallı qızın nağılı

Əsgərlik gündəliyim

Qəmli ana

Oyuncağın gözündəki yaş

Yağış haqqında ən gözəl şeir

Böyüməyən adamlar...

Yazığım gəlir o qadınlara ki...

Günahı insandan xilas etmək

Alimin cəhaləti

“Yasəmən artıq dünyanı çəhrayı rəngdə görən qız deyildi”

“Əli və Nino”nu yazan Məhəmməd Əsəd bəy kim idi?

O şalda qoxun vardı

“Kimdənsə şərqdəsən, kimdənsə qərbdə”

Heç kimə yazar olmağı məsləhət görmürəm

Aqressivliyin son həddi

Axı kimdən utanırsan, ətrafda hamı zorlanıb!

“Nə istəyirsən istə məndən, amma özünü istəmə!”

Şəxsiyyət və yaradıcılıq

“Ətrafımda rəqs et, məni başdan çıxarmağa çalış...“

“Baş daşına bənzəyir dizlərim, baş daşına”

Vahid Qazinin yaddaşından tarix olsun deyə...

“Bəlkə siz kiməsə oxşamaq, onun kimi olmaq istəyirsiniz?”

O müğənni ola bildi?

Zədəli

Polis və xoral

Kədərli banan yeşikləri

Rasim Ocaqovun sehrli kinosu

Yuxu

“Yazdığınız cavabdan ayətullah əllərinin gülab qoxusu gəlir”

Səni nə günə qoydular, ay Mona Liza

Neftin cəhənnəmə çevirdiyi Bakı

Boş skamya

Kinolarımızı bizə də göstərin!




Köşə
İlqar Rəsul
Proyekt
Qara qutu
OMON-çuyla müxalifətçi qız arasındakı sevgi...
Hücrə
Kulis TV
Foto-xəbər
Sorğu

Hanrı rejissorların filmlərini bəyənirsiniz?
Eldar Quliyev (“Babək”)
Rasim Ocaqov (“Ölsəm bağışla”)
Ramiz Əzizbəyli (“Bəxt üzüyü”)
Şamil Mahmudbəyov (“Şərikli çörək”
Həsən Seyidbəyli (“Nəsimi”)
Tofiq Tağızadə (“Uzaq sahillərdə”)
Vaqif Mustafayev (“Yaramaz”)
Arif Babayev ("Uşaqlığın son gecəsi" )
Hüseyn Seyidzadə (“O olmasın, bu olsun”)
Kamil Rüstəmbəyov (“Axrıncı aşırım”)
Həbib İsmayılov (“Ögey ana””)
Cavid Təvəkkül (“Əzizim Fellini”)
Ağrza Quliyev (“Bəxtiyar”)
Heç biri.


Nəticələr

Kulis+
Billurə Tacəddinqızı
Alpay Azər
Kamil Həmidov

Top 10
HAQQIMIZDA © 2011 Kulis.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 5.x ilə tam dəstəklənir.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.