Share...
20 May 2012 20:37
Lent.Az|   




Köşə
İçimdəki erməni

Mirmehdi Ağaoğlu


Ermənilər haqqında təsəvvürlərim bu sloqanla yaranmışdı.

“Oturmayan ermənidi”. Meydan hadisələri başlanmışdı. Milyonlarla adam bu sözə oturub-dururdu. Böyüklər kimi bizim də uşaq sloqanlarımız vardı; “Harda gördün erməni, vur başına vedrəni”.

Bizim bir düşmənimiz vardı. Erməni yağıları. AzTV belə təbliğ edirdi, məktəbdə belə öyrədirdilər. Erməni dığaları.

Ermənilərə nifrət içində böyüyürdük. Təbliğat sistemi hər yerdə bizə ermənilərin qondarma xalq olduğunu, heç bir zaman dövlətlərinin olmadığını, parazit kimi, ucuz fahişələr kimi onun- bunun qoynunda böyüdüyünü öyrədirdi.

Ədəbiyyatda da bu fikirlərimizə yandaş tapırdıq. Aleksandr Dümanın “Qafqaz səfəri”, Puşkinin məşhur ifadəsi.

Babəki erməni Səhl ibn Sumbatın satması bizim üçün istisnasız bütün ermənilərin satqın olması anlamına gəlirdi.

Mənim üçün erməni müsəlman üçün donuz nədirsə, o demək idi. Onlarla heç bir halda ünsiyyət qurmağın mümkün olmadığını düşünürdüm.

Uşaqlığını bu düşüncələr içində yaşa və anidən öyrən ki, sənin ən murdar xalq kimi tanıdığın ermənilərlə həmvətənlərin Rusiyada müştərək işlər görürlər, yoldaşlıq edirlər. Belə insanları qəbul edə bilmirdim. Onlara satqın kimi baxırdım.

Bizə öyrətmişdilər ki, ermənilər kiçik xalqdırlar, dövlətləri, böyük, qədim mədəniyyətləri olmayıb. Ermənilər bizə öyrədilən qədər kiçik, satqın, oğru xalqdırlarsa, bəs nədən hər oxuduğum kitablarda bu qədər erməni kəlməsinə rast gəlirdim? Beləcə, oxuduğum kitablarda, jurnallarda statistika xətrinə gördüyüm erməni kəlmələrinin altını xəttləyirdim.

Əvvəllər lap sadəlövhcəsinə heç olmaya bircə azərbaycanlı kəlməsi axtarırdım ki, özümə təsəlli olsun. Amma əvəzində orta əsrlərdən bəhs edən bir yazıda “erməni tüccarlar” kəlməsinə rast gəlirdim. Başqa bir kitabda ermənilərdən bəhs edən bir abzas olurdu. Altını xətlədiyim sözlərin sayı artdıqca, kinim nifrətim də azalırdı.

Tutalım bunlar özlərindən saxta tarix yarada biliblər. Bəs onda bu saxta tarixi bütün mənbələrində yerləşdirməyə onlara hansı qüvvə kömək edib?

Həqiqəti bilmək istəyirsən. Amma sənə iyirmi-iyirmi beş il öz tarixçilərin, təbliğatçıların yalan öyrədiblər. Üstəlik ermənilərin də öz haqlarında yazdıqları uydurma hesab olunur. Bəla ondadır ki, ermənilər də tarixlərini olduğundan çox şişirdirlər. Di gəl, bu saxta tarix nağılları ilə haqqın yoluna işıq tut.

Rusiya kanallarında hər dəfə bir erməni aktyoru, erməni alimi, bir erməni nümayəndəsi görəndə hiddətlənsəm də, öz -özümə deyirdim: Bunlar belə kiçik, bizim asanlıqla öhdələrindən gələcəyimiz bir xalqdırlarsa, nədən hər yerdə qarşımıza çıxırlar? Nədən biz onlar kimi deyilik? Beləcə, içimdəki nifrət “kiçiklik kompleksi”nə çevrilirdi. Bu illərdə aldanmağıma acıqlanırdım.

“Mail.ru”da sırf inad olsun deyə erməni qızlarla danışırdım. Onlar deyirdillər; “Sizin oğlanlar kobud, əxlaqsızdırlar, söyüş söyürlər, bizi təhqir edirlər”.

Mənsə özümü mədəni göstərməyə çalışırdım. Təbii ki, təhqir etmirdim. Qızlara deyirdim ki, mən fərqliyəm, onlara bənzəmirəm.

Bəzən müharibədən danışırdıq, kimin haqlı olduğunu müəyyənləşdirməyə çalışsaq da unudurduq ki, münaqişənin həllini tapmaqda prezidentlər tapmalıdır, biz heç nəyik. Bu kiçik həqiqəti dərk edəndə saxta pafos itirdi, qayıdırdıq öz həyatımıza. Sadə həyat söhbətləri edirdik.

Məni ən çox təəccübləndirən Rusiyaya, Gürcüstana gedən dostlar idilər. İçində ermənilərə qarşı nəhayətsiz bir nifrətlə qovrulan bu gənclər erməni qızlarla ilə tanış olur, hayıflarını yataqda onlardan çıxırdılar. Mənzərənin nə qədər ironik olduğunu göstərən bir lətifə də yaranmışdı. Erməni qız axırda deyir: “ Sizin daha işğal olunmuş torpağınız yoxdur?”

Erik Hoffer deyir ki, hər kütlə hərəkatı mütləq özünün düşmənini yaratmalıdır. Biz uşaqlığımızın üst-üstə düşdüyü meydan hərəkatlarından üzü bu yana böyük bir erməni düşmənçiliyi yaşatdıq, onu böyütdük, inkişaf etdirdik. Bu düşmənçilik o qədər şişirdildi ki, onu olduğu kimi deyil görmək istədiyimiz kimi gördük.

Əlimizin altında internet varkən ermənilər haqqında nəsə uydurmaq, onları alçaltmaq, kiçiltmək, gerçəkləri gizlətmək mənasızdı. Ola bilsin ki, hər dəfə bu məlumatları oxuyub “qələt eləyirlər, saxtadı” deyənlər tapılacaq. Amma yenə də real düşmənimizin gerçək kimliyini, nəyə qadir olduğunu biləndə hər dəfə o şok hissi yaşanacaq.

İçimdəki erməni - Lent.az Paylaş: Facebook Twitter GooGle Myspace
  • Oxunma sayı:490

Şərh Yaz
votedemo
X
Yüklənir........
  Şərhlər Sayı: 11 
spiker Ümumiyyətlə sosial şəbəkələrdə erməniləri təhqir eden statuslar, şərhlərə rast gəlirəm.Bütün dünyaya ermənilərin cılız, zəif, saxta olduqlarını göstərməyə çalışırlar.Sadəcə bir cavab verirəm o insanlara: Bu dediyiniz cılız, saxta,zəif ermənilər bizim 20% torpaqlarımızı işğal edib ordan məqsədyönlü istifadə edirlərsə görün onda biz nə gündəyik!!!
unknown Oxuyub, savadlanib ireli gedenimiz siz olanda elbette ki, ermeni her yerde qalib gelecek. evvel sahid olub ki, ermeni dusmendir, amma coxlu oxuyandan sonra melum olub ki, yox, ermeni dusmen deyilmis. ermeni tebligat masini nece yaxsi isleyirse, ireli gedenimizin de gozu kor olur. bes Xocali evezine seni seherin dagilib qohumlarin qirilsaydi yene diger tarix yazarlardan delil-subut isteyecekdin?
Emil Ataların gözəl bir sözü var: "Od düşdüyü yeri yandırar". Bu yazıdan belə qənaətə gəlmək olar ki, bu odun müəllifə heç bir ziyanı dəymnəyib. Məhz unutqanlığımızın nəticəsi olaraq BİZİM, bəli məhz BİZİM doğma AZƏRBAYCAN 1 əsr tamam olmamış 3 dəfə soyqırıma, müəllifin içində olan ermənilərin və onların havadarlarının törətdiyi soyqırıma, məruz qalıb - 31 mart 1918-ci il, 20 yanvar 1990-cı il və 26 fevral 1992-ci il. Kim bilir, bəlkə belələrinə görə hələ, Allah qorusun, bir neçə-dəfə də soyqırıma məruz qalmaq təhlükəsi vardır. Hətta şəhidlərimiz və qəhrəman oğullarımızı Vətənə xəyanətdə də ittiham edə bilərlər bunlar. Amma heç olmasa jurnalist olaraq Salatın Əsgərovanı və Çingiz Mustafayevi hərdən yadınıza salın...
Rina İşıq Müəlliflə tam razıyam. Biz yalançı millətçilik edib içimizdəki kin-nifrəti inkişaf etdirən zaman onlar savadlarını, dünya çapında tanınmaqlarını inkişaf etdirirlər. Eyni hissləri mən də çox zaman yaşayıram. ORT də gedən "Жить здорово" və ya digər verlişlərdə ermənilərin gah həkim, gah rejissor,gah erməni restoranının aşbaz qadınının çıxışı mən də ikili hisslər,(müəllifin dediyi kimi"əgər bunlar belə cılız xalqdılarsa niyə hər addımda qarşımıza çıxırlar?!") sualını yaradır.Bu gün bir yerli telekanalın mətbəx verlişinin aparıcısı qonağı ilə sohbət əsnasında- onlar (ermənilər) "adlarını belə çəkə bilmirəm" deyə, bu məziyyəti ilə fəxr də elədi. Guya bu qız ermənilərə o qədər nifrət edir ki, erməni sözünü dilinə belə gətirə bilmir. Torpaqlar verilib, satılıb, işğal olunub-Biz isə hələ də oturub möcüzə gözləyərək içimizdə nifrət böyütməklə məşğuluq. Bununla torpaqlar alınmayacaq. Bunu ölkənin ali baş komandanı fikirləşməlidir. Ölkə başçıları görüşüb yeyib-içməklərində, kütləyə nifrət etməkmi düşür?!Bəli, torpaqlar alınmalıdı. Sülh yolunun mənasız olduğunu hər kəs görür.Və bu xala-xala oyunu hamını bezdirib...
Kamil Muellif deyasan, hec ermenilerle yaxin unsiyyetde olmayib ve onlarin neye qadir olduqlarindan xebersizdir.Menim 50 yashim var ve Goyce mahalinda dogulmusham.Men shexsen melum son hadiselere,yeni, Qarabag hadiselerine qeder,onlara qarshi hec bir dushmencilik munasibetim olmayib.Amma bu hadiselerden sonra heyatim boyu onlarla olan "dostluq",yoldashliq munasibetlerimi arashdiranda sanki yuxudan ayildim ve dehshete geldim.Men o faktlari burada yazsam uzun bir hekaye alinar.Ona gore onlarla uzun muddet unsiyyetde olan ve "dostluq" isleden bir adamin semimiliyine inanin.Ermeniler bizim en qeddar ve hiyleger ,bir neca maska altinda gizlenmish dushmenlerimizdir.Onlara qalib gelmek ucun biz hele cox zeifik.Onlar orqanizmdeki xerceng xesteliyi kimi her orqani zeherleyibler. Onlarin dil acan korpesi de bizi dushmen hesab edir.Onlarda utanmaq, xecalet cekmek hissleri yoxdur.Insanin duz gozlerinin icine baxa-baxa sene mexsus olan sheyi menimseyir ve onun ona mexsus olduguna aid ele bir tarix uydurur ki, ozun-ozune shubhe etmeye bashlayirsan.Inanin, menim bu yazdiqlarim heyatimda shahidi olduqlarim faktlar esasindadir.Kiminse tebligati ve ya bashqa bir shey deyil.
aynur mirəli Aynur Mirəli Sionozmin “atası” ölüb Atasını 102 –ci baharında dəfn edən Soruşmaq olarmı görən?! Fələstində körpələr niyə 1, 02 yaşlarında ölür?! Nə üçün yəhudi sineqoqlarından tarix boyu qan iyi gəlir?! Əsgərlər bu azadlıq aşiqi- səhra çiçəklərini gülləylə biçir?! Netenyahu ailəsində matəmdir bu gün Yaxınları əzizinin qəbri üstündə Yana –yana ağlamağın necə olduğunu biləcək! Ancaq vicdanları Avropa məhkəmə salonlarında dindirilməyəcək Qurbanlıq canlar kimi edama çıxarılmayacaq Uğrunda “Xaç yürüşlərinə” çıxdıqları İsanın müqəddəs torpağının çaylarında Ləkəli ruhları yuyunmayacaq Qeybdən bir əl möhkəm sıxmayacaq boğazlarından Ağlatmayacaq anasını, bacısını Netenyahu ailəsində matəmdir bu gün Sionozmin “atası” ölüb Fələstini 2-yə bölüb Mərmiləri göylərə yağdıran, adam Yox deməyəcəm, başın sağolsun! İstəmərəm behişt ola yeri Bilmirsənsə deyim tikanlar üstə Neçə-neçə Fələstinli çağa yatır Səhər ölü tapılmazsa Günü –günə belə satır! Atasını 102 –ci baharında dəfn edən Daha alınası çoxmu can qalıb?!
Umid Xazar Mənim fikirlərimin dəyişməsinə elm yox, daha çox Seymur Baycanın yazıları və düşüncə tərzim kömək etdi. Qədddar olan hər kəsə nifrət edirəm, millət ayrımcalığım isə yoxdur
Rina İŞıq Yüz yaşa Aynur Mirəli! Sənin bəzilərinin əsas səhifədə dərc olunan şeirlərində də maraqlı, aktual şeirlərin şərh yerində yazsan da diqqətimi cəlb edir. Halaldı, yazdığların ürəyimdən hay verir.Davam et!
Qərib İsmayil "Halal olsun", mən burada gələcəyin Orhan Pamukunu görürəm, yazarlarımız yazdıqca dahiləşirlər, dahiləşdikcə yazırlar. Güya ki, həqiqəti dərk ediblər. Siz milli məsələyə münasibətdə də erməni ziyalılarını (məs., Ş.Aznavuru) nümunə götürün, mail.ru səviyyəsində olanlar heç olmasa Kim Kardaşyanı nümunə götürsünlər. Bir ölkənin ki ziyalıları, yazarları, yol göstərənləri belə "illuminated"lər ola, daha sadə xalqdan nə gözləyəsən?
Heval Mənce müəllifi düzgün başa düşməmisiniz onun yazısında heçdə ermənipərəstlik görmürəm sadəcə Reallıqdan danışır düz deyir heç də biz təsəvvür etdiyimiz kimi deyil ermənilər dünyada bizdən qat qat güclü və qabiliyyətli görsənirlər və bütün dünyanın hər ölkəsində oların alimi də var həkimidə var hələ bir deputatıda ama bizimkilər hələ ki BAZAR alverçisidən yuxarı qalxa bilmirlər həmin ölkələrdə !
spiker Çox qəribədi.Bu yazını yazan adam düşündüyüm qədərincə elə sadə xalqın bir nümayəndəsidi və həqiqəti əks etdirəcək qədər sadə yazını təqdim edib.Hətta yazarın özünün belə sadə hesab etdiyi yazını və yazarın özünü dahi hesab edirsizsə məncə düümənlə mübarizə seçimindən öncə düşüncələrinizdə dəyişiklik etməlisiz
Köşə
Proyekt
”Sədrlikdən getmək fikrim yoxdur”
Qutu
“Bir zamanlar bu evdə Mandelştam və Mayakovski yaşayırdı “
Hücrə
"Seçmə şairlər, seçmə şeirlər": Əli Kərim
Kulis TV
Foto-xəbər
Sorğu

Sizcə uğurun açarı hansıdır?
İradə və inam
Təhsil və inkişaf
Cəsarət
Ağıl
Maraq
Ümid
Davranış
Sevgi
Digər


Nəticələr

Kulis+
(Frans Kafkalara ithaf)

Top 10
HAQQIMIZDA © 2011 Kulis.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 5.x ilə tam dəstəklənir.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.