Share...
30 Apr 2012 20:50

Üç nəsihət

Bağışla məni, Baba, məzarınüstə gələ bilmirəm, çünki yatdığın məzarıstan düşmən tapdağı altında qalıb. Ancaq gözlə məni, mütləq gəlib sənin məzarını düşmən tapdağından xilas edəcəyəm! Gec də olsa!

Baba, öyüdünə, nəsihətinə hər yerdə qulaq asdım. Dedin, böyüyə hörmət elə, elədim, dedin, oxu, oxudum. Dedin, bütün insanlar birdir, sev onları, mən də heç bir insana fərq qoymadan hamını sevdim.

Nəsihətlərindən xeyir tapdım. Tək üç nəsihətindən başqa. Bunlardan birincisi bu idi: “Qarşındakının düşmən olduğunu bilsən də, ona o qədər yaxşılıq et ki, həmin adam utandığından dostuna çevrilsin”. 

İkincisi bu idi ki, “Qanı-qan ilə yox, su ilə yuyarlar”.

Üçüncüsü isə beləydi: “Qonşuna yaxşılıq et, süfrəni həmişə onun üzünə açıq elə, süfrəndən çörək kəsərsə, heç vaxt sənə xəyanət etməz”.

Bu üç nəsihətinə əməl etdiyimdən başıma nələr gəlmədi, Baba! Sənin nəsihətinlə yaxın keçmişimizdə erməni qonşularımızın başımıza gətirdikləri müsibətləri yaddan çıxarıb, onları bağışladım. Faciələri keçmişin avamlığı bildim, köhnə fikirliyə yozub, düşməni bağışladım.

Sənin sözlərinə əməl etdim. “Qanı-qan ilə yumazlar”, - deyib onlarla dostlaşdım, kirvələşdim. Ocağımın başında oturtdum onları. İllərlə erməni qonşularıma mehribanlıq göstərdim. Fikirləşdim ki, bir süfrədən çörək kəssək, heç vaxt mənə xəyanət etməzlər.

Təkcə sənin nəsihətinlə keçmişləri unudub, onları özümə dost bildim. Amma təəssüf ki, həmişə yaxşılıq elədiyim adam utanıb-həya eləmədən üstümə silah qaldırıb məni evimdən, vətənimdən didərgin saldı.

Buydumu sənin mənə nəsihətlərin, Baba? Sənin nəsihətlərinə qulaq asıb, özüm də bilmədən obamın ən gözəl yerlərində düşmən bəslədim. Ona sirrimi dedim. Onunla tikəmi bölüşdüm. Sonunda isə mənə payı o oldu ki, elimi-camaatımı dədə-baba yurdundan didərgin saldı. Başqa xainlərlə əlbir olub, vətənimi taladı. Cavanlarımı əlsiz-ayaqsız qoyub, şikəstə çevirdi. Namusumu, qeyrətimi tapdadı. Mən heç bağışlaya bilərəmmi düşməni, Baba!

İncimə məndən, Baba! Mənə verdiyin nəsihətləri oğluma verməyəcəyəm. Öz övladıma təkcə üç nəsihət verəcəyəm:

Əvvəla, deyəcəyəm: «Oğul, öz zəkanla, kamilliyinlə elə yüksəl ki, düşmən sənə baxanda bağrı çatlasın!».

Sonra isə deyəcəyəm: «Oğul, torpağımızı yağıdan təmizlə! Bir addım da olsa, torpağını düşməndə qoyma!». 

Oğluma həqiqəti deyəcəyəm, heç nəyi gizlətmədən. Deyəcəyəm ki, «Oğul, yaxşını pisdən ayırmağı bacar. Yadında saxla ki, hər millətin yaxşısı da, pisi də olduğu kimi, ermənilər dünyada yeganə millətdirlər ki, onların yaxşısı çox azdır.

Dünyanın sevilən dahi şairi A.S.Puşkin xoşlamadığı adamı “Sən ermənisən!” - deyə söyərdi.

Oğluma ən əsas nəsihətim isə bu olacaq:

«Oğul, eşit və bil ki, ermənilər bizim qan düşmənlərimizdirlər. Qisasımızı düşməndə qoyma! Dünyanın ən sivil ölkəsində belə erməni ilə rastlaşsan, ona millətinin qanını içən varlıq kimi bax!».

Düşməni heç vaxt bağışlama! Onu bağışlasan, Vətən çörəyi, Ata qanı, bir də Ana südü sənə haram olsun!!! 

 

Türkün tökülən qanları bihudə gedərmi?

Diqqətlə düşün, yoxsa bu qan həbsi hədərmi?

Məhəmməd Hadi

 


Müəllif: Gülzar İbrahimova
Mənsur Şeirlər siyahısına qayıt