html { position: absolute; left: 0; top: 23px; width: 100%; } body { _margin: 0; } #peeep_toolbar, #peeep_toolbar div, #peeep_toolbar input, #peeep_toolbar form { display: block; overflow: hidden; margin: 0; padding: 0; text-align: left; zoom: 1; visibility: visible; line-height: 16px; width: auto; height: auto; } #peeep_toolbar, #peeep_toolbar div, #peeep_toolbar input, #peeep_toolbar a, #peeep_toolbar span { outline: 0; border: 0; color: #999; vertical-align: baseline; text-transform: none; white-space: normal; background: none; font: normal 12px Arial, sans-serif; } #peeep_toolbar .peeep_wrapper { padding: 3px 10px; border-bottom: 1px solid #cb5; overflow: hidden; zoom: 1; } #peeep_toolbar img { border: 0; } #peeep_toolbar a:link, #peeep_toolbar a:hover, #peeep_toolbar a:visited, #peeep_toolbar a:active, #peeep_toolbar a:focus { color: #00f; } #peeep_toolbar { position:fixed; z-index: 32768; left:0; top: 0px; width:100%; height: 23px; background: #ffc; } #peeep_toolbar .peeep_date { font-size: .8em; color: #cb5; margin: 2px 1em 0 0; float: left; } #peeep_toolbar.peeep_verified { background-color: #efd; } #peeep_toolbar.peeep_verified .peeep_wrapper { border-bottom: 1px solid #ab9; } #peeep_toolbar.peeep_verified .shares:hover, #peeep_toolbar.peeep_verified .shares.hover { background-color: #dfc; } #peeep_toolbar.peeep_verified .peeep_date { color: #6a4; } #peeep_toolbar .peeep_logo { float: left; margin-right: 1em; margin-bottom: -1em; } #peeep_toolbar .original_link { font-size: .9em; color: #999; height: 16px; overflow: hidden; } #peeep_toolbar .original_link a { color: #999; } #peeep_toolbar .original_link a:visited { color: #bbb; } #peeep_toolbar .shares { float: right; line-height: 10px;/*?see Chrome*/ margin: -3px 20px -6px 2em; padding: 3px 3px; } #peeep_toolbar .shares img { margin: 0; padding: 0; } #peeep_toolbar .shares .share { display: none; margin: 0 0 0 3px; } #peeep_toolbar .shares:hover, #peeep_toolbar .shares.hover { background: #eec; } #peeep_toolbar .shares:hover .grip, #peeep_toolbar .shares.hover .grip { display: none; } #peeep_toolbar .shares:hover .share, #peeep_toolbar .shares.hover .share { display: inline; }
Share...
13 Apr 2014 13:57
Sapı özümüzdən olan ermənipərəstlər" /> Qafqazinfo.az | <b>Sapı özümüzdən olan ermənipərəstlər</b>

Sapı özümüzdən olan ermənipərəstlər

| Xəbər 60 dəfə oxunub

Günel Əhmədova

Milli ideologiyamızın banilərindən Həsən Bəy Zərdabi yazır ki, "Bir baxın, bizim aşıqlarımız toylarda oxuyanda onlara qulaq asanlara. Bu zaman qulaq asanlar ele hala gəlirlər ki, beistilah-i Türk ətini kəssən de xəbəri olmaz. Elə ki, sonra toy qurtardı, aşıqlar evinə getdi, 5-10 gün uşaqlar küçədə gəzəndə, aşıqdan oxuduqları qafiyələri oxuya-oxuya gəzirlər və bir-birinin qələtini düzəldirlər."

Sonra, qeyd edir, "Bizim qonşularımız ermənilər belə şeirlər ilə çox iş görürlər. Bu halda onların küçələrində gözləri kor, əlində tar aşıqları bir uşaq qolundan tutub qapı-qapı gəzdirir. Heç bilirsinizmi, bu aşıqlar nə oxuyurlar? Onlar Ermənistanın keçmişdə olan xoş ve yaman günlərindən, Osmanlı Dövlətinin onlara elədiyi zülmlərdən və qeyri şeirlər oxuyurlar. Odur ki, bir millət işi olanda ermənilərin hamısı birdən qalxıb bir adam kimi iş görürlər. Məgər, bizim belə olmadığımız günahdır?" (Hayat – 8 yanvar, 1906, s. 244-245).

Deyəcəksiniz ki, bu mövzular çeynənmiş mövzulardır. Amma, eyni zamanda, aktualdır. Çünki Zərdabinin yazdıqlarına rast gələndə anladım ki, bizim təfəkkür adamlarımız, aydınlarımız hələ 20-ci əsrin əvvəlində bu məsələlərlə üzləşiblər. Hansı məsələlər?
Əvvəla, deyim ki, bütün qonşu xalqların bir-birinin mədəniyyətindən yararlanmasında heç bir qəbahət yoxdur. Və bu, ən təbii prosesdir. Balkan xalqlarının musiqisini dinləyin, Türkiyənin Balkanlara yaxın ərazilərdəki mədəniyyətinə baxın, olduqca oxşardır. Osmanlının tərkibində yaşamalarının təsiri bir yana, buna ən böyük səbəb qonşu dövlət olmalarıdır. Bəs başqa millətə məxsus mədəni-irsi nələrisə çalıb, özününkü kimi təqdim etmək nə deməkdir? Lap elə götürək, “Sarı gəlin”i. Araşdırmalara görə, “Sarı gəlin” “Apardı sellər Saranı” mahnısındakı həmin Sara adında qız üçün yazılıb. Yəni türklərdə “SARI” ad kimi istifadə olunmayıb. Mahnıdakı “SARI” Sara adının təhrif olunmasıdır. Özü də, bu mahnı əvvəlcə tütək və balabanla ifa edilib. Balabanın Azərbaycanın milli musiqi aləti olmasını sübut edən tarixi mənbələr var. Bunu sənətşünaslar daha yaxşı bilərlər. Zira, ermənilər burda da iddia edirlər ki, balaban onlarınkıdır. “Sarı gəlin”in ermənilərə məxsus olmasını iddia edənlər qoy əks arqumentlərini desinlər.
Hə, indi deyəcəksiniz ki, bizim həll olunmamış o qədər problemlərimiz, Qarabağ məsələsi varkən, niyə “Sarı gəlin”dən yapışmışıq? Onda, məlumatı olmayanlara bir şeyi xatırladım ki, Şostakoviçin II Cahan müharibəsi illərində yazdığı 7-ci “Leninqrad” simfoniyası insanlarda yaratdığı ruh yüksəkliyi ilə şəhərin mühasirədən çıxarılmasında öz əvəzsiz rolunu oynayır və bir musiqinin nə qədər böyük əhəmiyyətə malik olmasını sübuta yetirir. Bəlkə də, “Sarı gəlin” adını çəkdiyim simfoniya ilə müayisəyə gəlməzdir, amma bununla demək istəyirəm ki, musiqi təkcə mədəniyyət deyil, həm tarixi prosesdə öz sözünü deyən və həm də xalqın genoloji kodlarının yatdığı mənbəsidir.

İndi ermənilərə və onların oğurluqlarına haqq qazandıranlara bir şey demək istəyirəm, Azərbaycan türkləri daha çox maldarlıqla məşğul olduğuna və oxuma-yazmada bir qədər tənbəl davrandığına görə öz tarixi və mədəni irsini özündən sonrakı nəsillərə daha çox şifahi yolla çatdırmışdır. Doğrudan da, bizim şifahi ədəbiyyatımız zəngindir. Hə, bəs bu məsələnin ermənilərlə nə əlaqsi var desəniz, ermənilər türklər yaşayan ərazilərdə, onların qonşuluğunda yaşayıb. Köçəri həyat tərzinə üstünlük verən türklərin qapı-bacadakı işlərini görmək məqsədilə ermənilərə ehtiyac olmuşdur. Hətta sovet dönəmində kənd yerlərində qohum-əqrəbası yaşamış adamlardan da soraqlasaz, bunu təsdiqləyəcəklər. Qonşularımızın ən böyük bicliyi də tənbəl olmamaqlarındadır. Zərdabi də eyni sözləri deyir yuxarıda. Biz nəyisə şifahi şəkildə deyirdiksə, onlar tənbəllik etməyib yazırdılar. İndi ermənipərəstlərin içində mənim dediklərimi cəfəng adlandıranlar da az olmayacaq. Bir şeyi də qeyd etmək istəyirəm ki, ermənilər heç də bəzilərinin düşündüyü kimi ağıllı xalq deyillər. Elə olsaydı, onlara indiyə qədər siyasi və iqtisadi baxımdan heç bir xeyir gətirməyən Qarabağı bizə qaytarmışdılar. Ermənilər tarix boyu kimlər üçünsə siyasi arenada aktyor rolunu oynamış xalqdırlar. Onlardan qorxmağa dəyməz...

Allah bizi sapı özümüzdən olan ermənipərəstlərdən hifz etsin.

Şərh Yaz




Şərh əlavə olunmayıb

ŞƏRHİNİZ BİZİM ÜÇÜN DƏYƏRLİDİR!

(mütləq)
A- A A+