Share...
19 May 2012 16:50

HEKAYƏLƏR

SON MƏKTUB


Mən səni sevmişdim illər öncə. İsti yay günləri sevgimizin ilk şahidi olmuşdu. İllər ötdü, həsrət, hicran qapımızı döydü. Payız tilsimi ayırdı bizi – mən ağladım. Sən əsgər getdin. Amma ağlayan təkcə mən deyildim. Sanki təbiət də dərdimə şərik çıxmağa çalışırdı. Payız küləkləri xəzan olmuş yarpaqlarla birgə ah çəkirdi. Mən isə qəlbimdə elə hey «getmə» deyirdim. O zaman mənə elə gəlirdi ki, səni daha görməyəcəyəm. Qorxurdum. Sanki gözlərinlə deyirdin mənə, ay nazlı dilbərim, nədi, nə olub, qorxma qayıdacağam. Eh, mənim başı bəlalı sevgilim, sən ki, qayıdacağam, məni gözlə demişdin? Deyirdin: «Darıxma, sevgilim, mən hər zaman səninləyəm. Bu, vətənə borcumdur. Onu layiqincə ödəmək mənim işim, sənin isə baş ucalığındı. Gözlə məni, gələcəyəm» – deyə-deyə getdin. Aylar mənim səni gözləməyimlə keçərkən, səninlə yazılı şəkildə söhbətləşirdik. Hər bir məktubun sonunda da məndən səni gözləməyimi xahiş edirdin. Burada üzbəüz deyə bilmədiyin ifadələrin sonu «gözlə məni hər bir şey yaxşı olacaq» sözləri ilə bitirdi. O gündən ki, sən əsgər getmişdin, gözlərim yollara dikilmişdi. Bir narahatlıq keçirdi içimdən qorxu ilə birgə. Qorxduğum günlərin bir gecəsində yuxuma gəldin. Qəribə bir görünüşlə «məni gözlə, gözlə» deyib qeyb oldun. Oyandım, qaranlıq, zülmət otağın divarları sənin səsin ilə «Gözlə məni, gələcəm. Özü də tezliklə gələcəm, gələcəm» – dedi mənə. Ara-sıra sənin belə zarafatlarınla rastlaşmışdım. Bunu da növbəti zarafatın kimi hesaba aldım, ay mənim başıbəlalı sevgilim. Nə biləydim ki, bu gecə sən mənə «gələcəm» deyə-deyə dünyadan gedirsən. Nə biləydim…
Nəhayət, o şaxtalı qış gecəsi səhər açıldı. Gecədən səhərə qədər yata bilməyən mən dərin bir yuxuya daldım. Elə bir yuxuya ki, səni hər kəsdən gözəl göstərdi, səni mənə yenidən sevdirdi. Hə, bu gün əvvəlki günlərdən fərqli olacaq. Çox arxayın idim… bütün rəfiqələrimə sənin necə də yaraşıqlı olduğunu və səni sevməkdə haqlı olduğumu anlatacaq qədər arxayın idim. Rəfiqələrimdən biri səni röyada ağ libasda, siması gözəl təsvir edəndə məyus bir vəziyyət aldı. Bunun fərqinə belə varmayan mən bu gün çox xoşbəxt idim. Hətta, hamıdan xoşbəxt. Tezliklə gecənin gəlişini gözləyirdim, səni görmək üçün. Bəli, növbəti səhərin gecəsi gəldi, mən də səni bir sabahın gecəsində gördüm. Amma bu dəfə yuxuda deyildin. Heç mən də yatmamışdım. Evdə oturub səni düşünərkən qəfildən bir səs eşitdim – kim isə ağlayır «Oğlum, oğlum» – deyə qışqırırdı. Özüm-özlüyümdə müəyyən etdim ki, bu qonşumuz Zəhra xalanın səsidi. Sonra canımdan qəribə bir üşütmə keçdi. «Zəhra xalanın bir oğlu var da»… deyə-deyə qapıdan çıxdım. Evimizin qarşısında məni qarşılayan gecənin zülməti, qonşuların hərarəti, bir də sənin cənazən oldu. Bu an yuxularım keçdi xəylımdan. Birdən rəfiqəmi gördüm. O yenə də məyus idi. İndi burada təkcə rəfiqəm deyil, bütün qonşular duruxub qalmışdı. Bircə Zəhra xala mənə yaxınlaşdı: «Oğlum getdi, qızım, mənim oğlum sənsən» – dedi. Mən isə, «Anacan» – dedim, sənin üzünü açdım. Bəli o, həqiqətən də sən deyildin. Əgər sən olsaydın, mənə «məni gözlə» deyərdin. Demədin. Nə səsin eşidildi, nə də gözlərin açıldı ki, bunun sən olduğuna inanım. Sonralar əsgər yoldaşların daim məni düşünüb köks ötürdüyünü və «biz onsuz da qismət olmayacağıq» dediyini bildirdilər. Bəli, sən mənim qismətim olmadın. Qismət torpağın imiş, amma mən səni hələ də sevirəm. Arxayın yat, sevgilim.

 

Babanın ölüm dərsi

 

Biri var idi, biri yox idi bir baba, bircə dənə də nəvə var idi. Nəvə babasına oğul idi. Bir zamanlar babanın babası var idisə indi baba var idi, sabah da nəvə olacaqdı karvana yolçu. Keçən  zamanlarında babalarından, nənələrindən “cırtdan”-ın  nağılını eşidən baba indi nəvəsinə necə axı ““cırtdan”  nağılını danışım” deyə özü-özünü qınayırdı. Baba yaxşı bilir ki, cırtdanı təbliğ etməy, onu uşağa qəhraman kimi göstərmək düzgün deyil. “Bu xalqın Cavanşirləri, Babəkləri olub”, deyə-deyə babalrının ruhu ilə danışırdı-dalaşırdı baba. O nəvəsini nə babaları onu “ürəyi rəhimli” tərbiyə etdiyi kimi, nə də vəhşi kimi tərbiyələndirmək istəyirdi.  Amma…
Babasının balası balasına “cırtdan”-ın nağıllın danısmağa başlar-başlamaz uşaq dindi:   “onu nənəm danışıb”. Kişi övladının yaddaşına heyran olub: “əhsən sənə, oğul dedi.
Biri var idi, biri yox idi, bir keçəl var idi.
Babanın körpə hesab etdiyi uşaq (bəlkə də yeni-yetmə) dinmədi səssiz-səssiz dinlədi babasını. Baba bu nağılları eşidə-eşidə böyümüşdü. Elə oğlunu da bu nağıllarla böyüdmüşdü. Qenetik təsirdən idi, ya nədən idisə indi də nəvənin gələcəy talehi həll olunacaqdı. Olundumu? Birdən  baba  özünü yuxuda imiş kimi hiss etdi. Gözlərini qırpıb açdı, özü də inanmadı özünə.  Oyandı yuxudan illərin əzabini görmüş insan. Qəfildən dəlli çılğınlığı ilə keçəldən erməniyə keçdi. Yeni bir nağıl  danışmağ, onu  bir tək övladına deyil elə əsrlərə də, nəsillərə də nəqil etməyə başladı. Nağılın səyfələrində erməni vəhşiliyi səhnəsəşdirildi. “Oğul erməni vəhşidir dedi” baba. Babasının qeyriinsani səhnələr tesvir etdiyini  görən nəvə onun yalançı olduğunu zənd etdi.  Sonra baba bütün vəhşi heyvanlarla “erməni iti” müqaisəyə gətirdi. Nəvəsinin ona hansı baxışlarla baxdığı da elə indicə kişinin diqqətin çəkdi.
-“Nədi, ay oğul, inanmırsan”?
Bütün bunları ifadə edən bir söz çıxdı demokratit ölkənin babaca vətəndaşının dilindən:
-“Baba, sən məgər yalançısan”?
Sakit  və təmkinlə…
-“Oğul, niyə ki”?
-“Bilirsən, baba, mənə  məktəbdə, ondan da öncə baxçada  bütün heyvanları tanıdıblar. Axı, erməni adlı vəhşi  tanıdığlarımın sırasında yox idi”?
-“Ay, bala, körpə balarımızı doğrayıb, hamilə qadınlarımızı süngüdən keçirib, türkün qanını “ən şirin qan” deyə dilinə çəkib  o vəhşi”.
-“Heç inana bilmirəm”.
-“İnan oğlum, inan, bunu sənə doğma baban deyir, axı.
-“Baba, sən danışdıqca gözüm önününə “Fəryad” filimindəki erməni qızının azərbaycanlı əsrinə su içirməyi gəlir. Axı, o qızın babası neçə vəhşilik edə bilər”?
-“Ay, oğul, bəs Xocalının soyqırımı necə keçmir gözün önündən, görmürsən o vəhşiliyi sən, yoxsa görmək istəmirsən”?
-“Baba, əvvəllər balaca idim baxmağa qoymurdular, indi isə atam köhnəlmiş lentlərdi deyib, televizoru söndürür. Bir də bilirsən, baba, dünən dərsdə müəlliməm Ağayeva Roza xanım dedi ki, biz bir xalq olaraq bucür günləri unutmaliyiq. Müəlliməm onu da dedi ki, biz və siz nəsil unutqanlıq hadisəsini tezliklə həyata keçirməsək gələcəy nəsillər bundan da dəhşətlisi ilə rastlaşacaq”.
“Unudmalısınız” sözü ilə barmaq silkəliyən müəllimənin siması gəlib durdu babanın gözləri önündə. Birdən babanın yadına tarix düşdü. O məktəbli olarkən  tarix dərsini adı bir dərs kimi deyil elm kimi çox yaxşı öyrənirmiş, bir zamanlar tarixçi olmaq da babanın arzusu olmuşdur. O məktəbdə sovet tarixini ən yaxşı bilən şagir idi.  Məktəb, hətta, ölkə birincisi hesab edilirdi. Sovet tarixin beyninə həkk etdirmiş baba, sovetlərin dağılması tarixinin canlı şahidi oldu. Sonralar papaq altında yatan alimlərin dilindən və tədqiqat əsərlərindən türk-ün tarixin yaddaşına köçürdü. Azəri türklərinin talehin öyrənə-öyrənə sovet tarixinin saxta və yalanlar üzərində qurulduğunun şahidi oldu. Artıq çox gec idi. Artıq 1905-ci il təkrarlanmışdı. Amma o özünü və xalqını heç bağışlaya bilmirdi. Bilirsiz niyə. Ona görə ki, biz Cəfər Cabbarlının “1905-ci il” adlı əsərini yazıçı təxəyülünün məsulu kimi qiymətləndirirdik. Baba hər dəfə o əsəri vaxtında, zamanında diqqətlə oxumadığına görə özü-özünə qəzəblənirdi.
Babasının gözlərində kin, küdürəti ilk dəfə görən nəvə müəlliməsinin fizika müəllimi olduğunu xatırlatdı. “Baba, müəlliməm deyir ki, “təsir hər sahədə əkis təsirə cavab verər, elə hərbidə də”. Bir də ay, baba, müəlliməm deyir ki, “bizim ermənini günahlandırmağa haqqımız yoxdu. Cünkü erməninin soyqırım tarixi bütün dünyaya bəlidi.  Axı bizim babalarımız onları niyə qırırdı ki, indi onlar da bizi qırırlar”. O  bizə böyük Ermənistan ordusundan da danışır. Deyir ki, onların əsgərləri vandam kimi güclüdürlər. Vandam kimi ha…
Həri , oğul, sənin müəllimən nə deyirsə düz deyir. Sonuncu dediyi “vandam” sözü də onun elə erməni olduğuna sübutdur. Çünkü dünyaya “vandalizim”-i də elə onlar türkün qanını içə-içə, yurdunu firan qoya-qoya nümaiş etdiriblər.
“Deyirəm də, baba, müəlliməm fizika müəllimi olsa da tarixi çox yaxşı bilir. O bizə tarix dərsin də desə lap yaxşı olar.  Eh onsuzda bizi tarixdən nə maraqlandırırsa elə Roza müəllimə bizim dadımıza çatır da… bütün tarixi günləri də elə o bizim yadımıza salır, mahiyyətin də elə o bizə anladır”.
“Bəs siz necə onun yadına 1905-ci ili salmırsınız? Demirsinizmi ki, biz tarixi boyu sizi bağışlamış, siz isə vəhş gəlib, elə vəhşi də gedirsiniz”.
“Bilirsən, baba, biz tarixi Roza xanımdan öyrənirik. Bunun da çox adı bir səbəbi var: tarix müəllimiz yaxşi dərs keçmir, deyir ki, “humanitar elimləri on birinci sinifdə ripittor yanına gedib öyrənərsiniz””.  Indi de görüm mən xıranalogiyanı bilmədən necə, axı, misal çəkim, həm də tarixi güclü bilən bir kəsin qarşısında.
Yaxşı, mənim ağıllı balam, 1905-i bilmirsən, elə 1992-inidəki baxmağa qoymurlar bilmirsən, heç olmasa soyqırım nədir bilirsən?
-Sözü tərkib hissələrə ayırıb, onu deyə bilərəm ki, hansısa millətin soyunun qırılmasından bəhs edir.
-“Əhsən  sənə, oğul. Bunu da müəllimən öyrədib”?   -“Yox ay, baba, dil-ədəbiyyat müəllimimin sayəsində sözün mənasın tapdım. Mən, axı, ədəbiyyatı sevirəm. Insan ədəbiyyat oxuduuqca zənginləşir, insanlığın nə olduğunu mənə ədəbiyyat öyrədir”.
-“Ay, babanın balası, sənin indi tarixini öyrənən vaxtındı. Sən, axı, bu millətin soyunun dəfələrlə qırıldığını bilməlisən ki, sənin də başın bəla çəkməsin, sən də süngə alınmayasan. Oxu, bala, millətin tarixin oxu”.
Hə, babacan, sən “millət” demişgən yadıma müəlliməmin daha bir sözü düşdü. “O deyir ki, biz millət deyil, sadəcə çoxsaylı xalqlardan biri kimi Azərbaycan ərazisində yerləşmişik. Ümümiyyətlə azərbaycanlıların babaları kimdi? Bu da tarixə bəlli deyil”.
Nəvəsinin dilindən çıxan sözlər babanın halını yamanlaşdırdı, sonra ürək tutması, sonra ölüm oldu alına yazılan yazı.
Indi Roza müəllimənin şagirləri çaşıb  qalmışdılar. Şagirdlərin nənə və babaları da nağılın sonunda göydən üç alama deyil ölüm gözləyirlər, erməni vəhşiliyi qismətləri olmasın deyənə.

 

«Leylican Leyli»

 

Uzaqdan bir səs gəlirdi. Bu səs çağırırdı- əlini ağzına qoyub  çağırırdı. «Gəl oynayaq» deyirdi. Hər kəs gəlirdi, səsə səs verirdi-masabəyi də «ay maşallah» deyirdi. Yenə də səs uzaqdan gəlirdi. Leyli hərdən bir «məni çağırırlar» – deyə tədarüklənirdi. Sonra; «yox Əşi» – deyib köks ötürürdü. «Kimə lazımsan e sən, Leyli? Hələ bir də o «leylican» oynayanlara heç lazım deyilsən. «Sən öz mahnını çal» deyib Leyli özü-özünə göstəriş verdi. İllərin rəngini ağ libasına həkk etdirmiş royal onu yenə özünə çəkdi. Hələ uşaq ikən o lirikani çox sevərdi. Bayaqdan «leylican» qulaqlarını elə zəbt etmişdi ki, Leyli sanki günlər idi sevimli, üst-başından lirika tökülən royalını görmürdü. Bəyaqdan bu qoca royal heç yada düşmürdü. Bayaq onu ruhlandıran sintizator idi. Yeri göyə qatan sintizator indi susmuşdu, gənc piyanoçu da qoca royal qarşısında çaşqın-çaşqın donub qalmışdı. Leyli dünyaya gələndə bu royalin nə az nə azacıq qırx yaşı var idi. O zamanlar cavan idi. İndi də yetmiş idi. Sabah da kim bilir neçə olacaqdı.  Amma, Leyli doğulanda, yeri göyə calaq edən sintizator yox idi. Yaranmamışdı, doğulmamışdı. Qəribədi,  Leylidən kiçik, cansız  bu əşya bütün musiqi alətlərinin elə Leylinin ifa etdiyi royalın da səsin çıxarırdı. Bəlkə də Leylinin musiqi savadı olmasaydı o da toy evinin uzaq qonşuları kimi belə deyəcəkdi: «Maşallah Filankəs toyuna bütün çalğı alətləri gətirtmişdi». Bəli, Leyli həm bir  ali savadlı piyanoçu kimi dərk edirdi ki, bu səsləri orjinal musiqi alətləri çıxara bilməz. Həm də Leyli dərk edirdi ki, kasıb Filankəsgildə ansanbl çala bilməz. Dərk etməy istəməyə-istəmyə edirdi ki…
-bu dərketmə də Leylinin dünyasında qısqanclığı doğurdu.  «Bu sintizatordu, hər bir musiqi alətində çala bilər» deyirdi Leyli özü-özünə. İndi Leyli qəfildən televizorda seyr  etdiyi dünənki şou praqramlardan birini xatırladı. Orada özünü öyə-öyə danışan gənc həmkarının səsi yenidən qulaqlarını zəbt etdi.  Dünən Leyli özü-özünə «Aman Allah, bu yazığa bir gecədə hər şey verib ki, Tanrım» demişdi. «Yazıq qız həm söz yazıb, həm musiqi bəstələyib, həm də nəfəsi gedib, gəlməyə-gəlməyə ifa edib». Dünən ki, gənc bu gün bəlkə də artıq qocalmışdı. Bəlkə də indi kaf-kaf edən kafdar idi. Yazıq…
Leyli birdən qeyri ixtiyarı onu çağıran royalın dillərini seyr etdi. Hər bir dilində Leylinin barmaq izləri var idi. İllər idi Leyli bu dillərə dərdin deyirdi, illər idi ki, Leyli bu royalin üstünə  əllərin ölçürdü, başın qoyurdu. İllərlə etdiyi hərəkətləri bu gün də təkrarlayacaqdı. Əvvəl əllərin öçəcəkdi, sonra başın qoyacaqdı onun qucağına. İndi Leyli royalda «leylican» çalacaqdı. İndi ağzı var idi bu royal sintizator kimi qışqırmayaydı?! Vallah, Leyli hər şeyə son qoyardı.  Bəyaz arıq əllər royala tərəf gəlirdi. Royal o əllərin hərarətini və qəzəbini bədəninə  toxunmadan hiss edirdi. Əllər dil açmışdı: «Bu dəqiqə «leylican» çalmasan səni boğacam» deyirdi. Yetmişi  haqlayib səksənə adlamış royal bu gecə həm sözlə, həm də zərif əllərlə döyüldü. Bir zaman Şopenə köklənən royal, bir zaman düşüncələr çalan bu əllər, indi «leylican» çalmaq istəyirdi. Amma alınmırdı. Qəribə bir ehtiras Leylini daşa, divara çırpırdı. «Sənin royalın çalmalıdı» deyirdi. Leyli də ehtirasının səsinə səs verirdi. «Çal !.. çalmalısan!» qorxudan rəngi-rufu qaçmış royala.
O günlərdə kiliplərdən birində Leyli bir ağ royalın yanmasını seyr etmişdi. Neçə gün idi ki, rejissorun bu sərsəm səhnəsinin mənasını axtarırdı. Bu da məna. «Keçmişin qalığını yandırarlar da?! Bir alət ki, səni sevindirə bilmir, daim ağladır aaa… niyə saxlayasan?! Məhv edəcəm səni», -  deyib royalın üstünə getdi Leyli. Bir azdan royal qara rəng alacaqdı-qapqara qaralacaqdı. Amma indi dil, dil yerə tökülürdü. Leylinin ayaqlarına düşən dillər Leylinin əlləri ilə sökülüb atılsa da yalvarırdı. Özü ayaqların görüşünə gəlmiş günahgarlar kimi  yalvarırdı. «Leyli, mən bacarmadım, məni bağışla» deyirdi. Leyli isə əvvəlkindən çox fərqli idi. Elə bil Leyli getmiş, Leylican gəlmişdi. Əvvələr Leyli öz başına döyüb ağlardı. İlk sevgilisi ilə ayrılanda da öz başına döymüş royalı sığallamışdı. Birinci əri qarabağa gedib qayıdmayanda da royal sığallanmışdı. Yalnız Leyli ikinci dəfə ərə gedəndə royalı sığallamamışdı. Onda da royal ağlamışdı. İndi isə Leyli gülə-gülə royalı məhv edirdi. İndi Leyli royalda ərini öldürən erməni itin simasını görürdü. İlk sevgilisinin anasını görürdü. Royal dil tökürdü. Amma Leyli qərarlı idi. Sabahdan bir sintizator və son. Leylinin royallı günlərinə son qoyuldu. Sintizatorun yadaşına ilk «leylican» yazıldı. Sonra Leylican bəstəkar oldu bu sintizatorun sayəsində, sonra müğəni, şairliyi də ki, əvvəldən təbiətində var idi. Bir iki qafiyəli söz və bir iki musiqili hərif səslərini də bildikləri sirasına daxil etdi Leylican oldu bəstəkar-müğəni. İlk praduserindən (ikinci ərindən) ilk sənət sualını aldı. Leylican xanım (artıq evdə hər kəs onu belə çağırırdı, hətta, qaynanası da). Niyə axı bəstəkar müğəni Leylican?  Siz həm də şairəsiz, elə deyilmi? Yox qardaş (artıq bir neçə ay idi ki, o həyat yoldaşına qardaş deyirdi), mən şair olmaq istəmirəm. Birdəki kimdi eee… indi şair adı çəkən. Birdən Leyli dik atıldı ərinə: «bilirsən düz etmirlər də musiqi sözün üzərində yaranır. Axı dədə-babamız belə edib. Sözlə yaranmışıq da»… Yenə Leyli susdu Leylican dilləndi «hə sabahdan mən də şairə bəstəkar müğəni Leylican olaram. «Nə də olsa sözə qiymət verənlərin sevgisini qazanmış olacam da», – dedi. Bayaqdan pul sayan praduser arvadının yenidən ağılandığına sevindi. «Leyli, biz sabah televiziya çəkilişindəyik buna görə də hazırlaşmalıyıq axı»! dedi. Leyli praduserinə qoşulub imarətinin studiyasına gəldi. Əvvəlcədən yazılmış kiçicik disk öz yerini alar-almaz başladı «Leylicanlıq» etməyə. Leylican da əlinə sönük mikrafon alıb bolluca klonluq etdi. «Sabaha hazıram» dedi. Sabah efir qarşısında kim bilir dədəsinə nələr deyəcəkdi azadlıq carçısı tamaşaçı.  Sonra da bu tamaşaçı özünü danlayacaqdı. «Bu da sənin demakratiyan» deyəcəkdi. «Bir gözəl çalğıdan savayı heç nə yoxdu bu azad və demakrat qızda» deyəcəkdi. Leylican həqiqətən də gözəl çalırdı. Bunu ona ilk sirdaşı royal öryətmişdi.
Həftə əvvəli günlərdən biri idi. Bu gün Leylicanın yaradıcılıq günü idi. Bu gün elə bir gün idi ki…
Leylican nə isə yaratmaqda israrli idi. Qarşısında Mortsartın və Hacıbəylinin əsərləri var idi.  Leylican Leyliyə ürək-dirək verirdi: «Qorxma, hərəsindən bir not götür və qurtar bu işi». Leyili elə başlamışdı ki, praduseri gəldi. «Leyli, elə indicə qəzetlərin birindən zəng etmişdilər. Məndən soruşdular ki, Leylican xanım təzə hansı işlər üzərində işləyir? Mən də bu dəqiqə Hacıbəyliyə düzəliş edir, – dedim. Muxbir dedi ki, bu əla xəbərdi. Hətta Leylican xanımın şou karyerasını quracaq xəbərdi. Sabah bütün Azərbaycan, bütün dünya səndən danışacaq. Leyli, bilirsən sən məhşur olacaqsan e… mənim Leylicanım» deyə-deyə praduser getdi. Yenə də Leyli ilə Leylican tək qaldı. İndi Leyli Leylicana yalvarırdı. «Bu yolun sonu uçurumdu» deyirdi. Sabah Leylican məhşur olacaqdı. Bütün Azərbaycan ondan danışacaqdı. Leylican  da Hacıbəylinin səhvin dünyaya elan edəcəkdi. Amma bu gecə o çox ehtiraslı idi. Qarşısındakı sintizator da onun yaradıcılıq ehtirasına dözüm gətirə bilmirdi. O royal axtarırdı. Hər yerdə gözünə royal görünürdü. Ağ royal Leylinin yuxusunu zəbt etmişdi. Leylican sabah  Hacıbəylinin əsərlərində tutduğu səhvi, məhz royalda sübut etməli idi. Bu işdə ona ancaq royal kömək edə bilərdi. Gecə ilə Leylicana bir royal tapdılar. Royal başdan ayağa qara geymiş dəfn iştirakçısına bənzəyirdi. Matəm günü başlandı. Leylican bu gün öz əlləri ilə bir nəsli öldürəcəkdi, Leylican bu gün bir milləti məhv edəcəkdi. Millət də etiraza gücü olmadığından-halsızdıqdan susacaqdı. Leylican Motsartdan götürdüyü notlari dahi Hacıbəyli əsərinə calaq edəcəkdi, millət susacaqdı. Bu gün millət başını aşağı əyib bir tikə çörəyin qazanacaqdı ki, balası ac qalmasın. Sabah da bu millət yurdsuz qalacaqdı. Başın aşağı əyib yenə də səngərlərdə vuruşacaqdı ki, balası yurdsuz qalmasın. Amma bu gün düşmən yararlanacaqdı. Öz oğru adını Hacıbəyliyə qoyacaqdı. Əlinə Leylicanın vucudundan balta alıb millətimi çapacaqdı.
Nəhayət, dəfn açıqlaması başladı. Kimi «əhsən» deydi, kimi də…
Jurnalistlər biri birini döydü. Rəsmi açıqlamalar başa çatdı. «Gəlin Leylican xanımı dinləyək» dedi alfons ər. Əsər də dinlənildi. Yenə də jurnalislər biri-birini döydü. Matəm iştirakçısı royal burda-bu məkanda, bu zamanda çaşıb qalmışdı. Bilmirdi ki, döyüşən şou əhlinə baxsın, yoxsa Leylicanın sərif əllərinə, onun buyruğuna. Bilmirdi… Leyli qeyri ixtiyari olaraq royalda «leylican» çalırdı. Royal da sintizator səsi çıxarırdı. Musiqi sədaları altında kimisinin başından qan axa-axa rəqs edir, kimisi də döyüb, başın yardığı ding-ding həmkarının üstünə əl-qolun olçur; «mən haqlıyam» deyirdi. Leyli də elə hey çalirdi…
İndi alfonus ər o qədər ruhlanmışdı ki, bir zaman gələcəkdə şöhrətə uyub Leylinin onu atib, özgələrinə gedəcəyindən qoxmurdu. Leyli üçün nöbəti qalmaqalı şou uğurun mövzusun fikirləşirdi. Leyli elə hey çalırdı. Əri də yeni xəyallar qururdu. Ər birdən «tapdım» dedi. Leyli yenə çalırdı. Əlləri royal üzərində görünməyən Leyli bir azdan   bütün iştirakçılar kimi alfonus ərin dilindən növbəti açıqlamanı eşidəcəkdi. Musiqi bitər-bitməz Leyli halsız royalın üstünə yıxıldı. Bir ordu jurnalist olan prezintasiyada praduser nöbəti açıqlamanı etdi. «Dinlədiyiniz bu əsər Leylican xanımın gənclik illərində bəstələdiyi həmin o əsərdi ki, oğurlanıb, illərdi anonim səsləndirilir».
«Anonim əsərin müəllifi tapıldı» sərlöhvəli yazılar sabah qəzetləri də baltaya sap edəcədi. Bu gün isə royalin üstünə sərilmiş Leyli birdən qara royalın rənginin çıxdığını-ağardığını görüb diksindi və oyandı. Başını ağ royalın qucağında  tapdı.